Məhkəmə qərarları › İş №e-2(002)-1821/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1821/2025

18.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1821/2025 18.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, İddiaçı cavabdeh Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “mənzilə istifadə hüququnun tanınması və icarə müqaviləsinin bağlanmasının cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 123 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzillə bağlı icarə müqaviləsinin bağlanmasının cavabdehin üzərinə vəzifə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə ərizə icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati möbahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 153.2.1ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göründüyü kimi, İddiaçı onunla icarə müqaviləsinin bağlanmasının cavabdehin üzərinə vəzifə qoyulmasına dair tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Digər tərəfdən qeyd edilməlidir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı tələblə inzibati məhkəmə icraatı qaydasında baxılmalı tələblər birləşdirilə, onlara bir icraatda baxıla bilməz. Hər bir halda iddiaçı həmin tələbləri nəzərdən keçirərək, hansının mülki məhkəmə icraatı qaydasında hansının isə inzibati məhkəmə icraatı qaydasındsa baxılmalı olduğunu müəyyən etməli, iddia ərizəsini aidiyyəti üzrə məhkəməyə təqdim etməli idi. Beləliklə, İddiaçı izah edilməlidir ki, o, inzibati orqanın üzərinə vəzifə qoyulması ilə bağlı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 114.1.2-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmaq üçün qəbul edilməkdən imtina edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.2-ci və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “mənzilə istifadə hüququnun tanınması və onunla icarə müqaviləsinin bağlanmasının cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı aidiyyəti üzrə inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar