Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1832/2024 25.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3), Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3), Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 8.325,78 manat əsas borc, vəfat etdiyi tarixə 9,25 manat faiz olmaqla, cəmi 8.335,03 manat pul vəsaitinin; xx.xx.2019-cu il tarixli BPM**********20 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4.035,58 manat əsas borc, vəfat etdiyi tarixə 0,01 manat faiz olmaqla, cəmi 4.035,59 manat pul vəsaitinin və ödənilmiş 163,72 manat dövlət rüsumunun və 0,8 manat xidmət haqqının cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3), Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli tam kart çərçivə müqaviləsi və xx.xx.2019-cu il tarixli BPM**********20 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2021ci il tarixli BPM**********28 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən X3 illik 20 %-lə 36 ay müddətinə 8.500 manat nağd kredit və xx.xx.2019-cu il tarixli BPM**********20 nömrəli kredit müqaviləsinə əsasən illik 24 %-lə 45 ay müddətinə 9.900 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. 221042 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Sabirabad regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 2620 nömrəli məktubdan görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Sabirabad regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X2 xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 8.325,78 manat əsas borc, vəfat etdiyi tarixə 9,25 manat faiz olmaqla, cəmi 8.335,03 manat; xx.xx.2019-cu il tarixli BPM**********20 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4.035,58 manat əsas borc, vəfat etdiyi tarixə 0,01 manat faiz olmaqla, cəmi 4.035,59 manat borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixdə 6-2-22/2-3136/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3) və Cavabdeh3 iddianı qəbul etməyib onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3), Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3), Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli tam kart çərçivə müqaviləsi və xx.xx.2019-cu il tarixli BPM**********20 nömrəli kredit müqaviləsi bağlanmış; xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən X3 illik 20 %-lə 36 ay müddətinə 8.500 manat nağd kredit və xx.xx.2019-cu il tarixli BPM**********20 nömrəli kredit müqaviləsinə əsasən illik 24 %-lə 45 ay müddətinə 9.900 manat nağd kredit verilmişdir. Təqdim olunmuş digər sənədlərdən görünür ki, borcalan X4 xx.xx.2021-ci il tarixdə, Biləsuvar şəhərində, dəqiqləşdirilməmiş kəskin miokard infarktından vəfat etmişdir. Bu barədə Sabirabad rayon Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə müvafiq akt qeydləri kitabında 830 saylı akt qeydi aparılmışdır. Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Sabirabad regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşin qeyd edilən halı, Sabirabad regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli 2620 nömrəli məktubla təsdiq olunur. Təqdim edilmiş maliyyə arayışında qeyd olunmuşdur ki, mərhum borc alanın banka xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 8.325,78 manat əsas borc, vəfat etdiyi tarixə 9,25 manat faiz olmaqla, cəmi 8.335,03 manat; xx.xx.2019-cu il tarixli BPM**********20 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4.035,58 manat əsas borc, vəfat etdiyi tarixə 0,01 manat faiz olmaqla, cəmi 4.035,59 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan cavabdehlər mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras pay həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, cavabdehlərdən qeyd olunan məbləği ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 163,72 manat dövlət rüsumu və 0,8 manat xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 8.325,78 manat əsas borc, vəfat etdiyi tarixə 9,25 manat faiz olmaqla, cəmi 8.335,03 manat pul vəsaiti; xx.xx.2019-cu il tarixli BPM**********20 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4.035,58 manat əsas borc, vəfat etdiyi tarixə 0,01 manat faiz olmaqla, cəmi 4.035,59 manat pul vəsaiti və ödənilmiş 163,72 manat dövlət rüsumu və 0,8 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3), Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 8.325,78 manat əsas borc, vəfat etdiyi tarixə 9,25 manat faiz olmaqla, cəmi 8.335,03 manat pul vəsaiti; xx.xx.2019-cu il tarixli BPM**********20 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4.035,58 manat əsas borc, vəfat etdiyi tarixə 0,01 manat faiz olmaqla, cəmi 4.035,59 manat pul vəsaiti və ödənilmiş 163,72 manat dövlət rüsumu və 0,8 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3), Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1832/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1832/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver