Məhkəmə qərarları › İş №e-2(002)-1845/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1845/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1845/2023 23.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı MMC-in Cavabdeh Fəxrəddin oğluna qarşı nəqliyyat vasitəsinin qaytarılması və müqavilə üzrə yaranmış borcun və vurulmuş maddi zərərin ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-in Cavabdeh Fəxrəddin oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 450 (dörd yüz əlli) manat (18 gün) icarə haqqı, 68 (altmış səkkiz) manat inzibati cərimə ödənişinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun (ümumilikdə 548 (beş yüz qırx səkkiz) manat) tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsinə və müqavilə üzrə icarəyə verilmiş 20AF260 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq iddiaçı Revivals MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə riayət edilmədiyindən ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin məcəllənin 284-4.1.2 -ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin məcəllənin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması ərizəçinin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Hazırkı iş üzrə iddiaçı cavabdehdən müqavilə üzrə ödənilməmiş 450 manat icarə haqqı, 68 manat inzibati cərimə ödənişinin, 30 manat məbləğində dövlət rüsumunun və müqavilə üzrə icarəyə verilmiş Toyota-Prius (Hibrid) markalı, 20AF260 dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş edir. Göründüyü kimi, tələbin avtomobillə bağlı hissəsində iddianın qiyməti müəyyən olmadığından, ümumilikdə isə iddianın qiyməti beş min manatdan artıq olması aşkar olduğundan hazırkı işə sadələşdirilmiş icraatda baxılmasına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 284-1-ci maddəsinə əsasən yol verilmir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği 30 manat hazırkı iddianın qiymətinə uyğun hesablanmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun dərəcəsi “30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi” hesablanaraq müəyyən edilir. Beləliklə, məhkəmə hazırkı iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan artıq olduğundan və belə iddialara 23-1 fəslə uyğun olaraq sadələşdirilmiş icraat qaydasında baxılmadığından ərizənin qəbul olunmasından imtina edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-in Cavabdeh Fəxrəddin oğluna qarşı “müqavilə üzrə ödənilməmiş 450 (dörd yüz əlli) manat (18 gün) icarə haqqı, 68 (altmış səkkiz) manat inzibati cərimə ödənişinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun (ümumilikdə 548 (beş yüz qırx səkkiz) manat) tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsinə və müqavilə üzrə icarəyə verilmiş 20AF260 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq iddiaçı Revivals MMC-yə qaytarılması” tələbinə dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi:**********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: İddiaçı MMC, VÖEN **********, hüquqi ünvanı: Gəncə şəhəri, Nizami rayonu, Nizami, ev 12, mənzil 1) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC-yə geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması ərizəçinin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar