Məhkəmə qərarları › İş №e-2(002)-1869/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1869/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1869/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 333890-CNS-42845 saylı müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 4626.59 manat məbləğində əsas borc, 295.24 manat məbləğində faiz borcu, 313.20 manat məbləğində cərimə borcu olmaqla cəmi 5235.03 manat, xx.xx.2021-ci il tarixli, 333890-OVR16935 saylı müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 83.92 manat məbləğində əsas borc, 9.39 manat məbləğində faiz borcu, 52.65 manat məbləğində cərimə borcu olmaqla cəmi 145.96 manat, iki müqavilə üzrə ümumilikdə 5380.99 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 73.81 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 333890-CNS-42845 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”-yə əsasən Cavabdeh 6214,22 manat mövcud borcu 59 ay müddətinə illik 13 faiz olmaqla restrukturizasiya edilmiş və xx.xx.2021-ci il tarixli, 333890-OVR-16935 saylı “Kredit xətti müqaviləsi”nə əsasən illik 25 faiz olmaqla 36 ay müddətinə 300 manat bərpa olunan kredit xətti açılmışdır. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 333890-CNS-42845 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən və 333890- OVR-16935 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə 5380.99 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. İddiaçı ASC-nin nümayəndəsi ərizə göndərərək, iddia tələbinin müdafiə etdiyini bildirərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 333890-CNS-42845 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən Cavabdeh 6214,22 manat mövcud borcu 59 ay müddətinə illik 13 faiz olmaqla restrukturizasiya edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 333890-OVR-16935 saylı “Kredit xətti müqaviləsi”nə əsasən illik 25 faiz olmaqla 36 ay müddətinə 300 manat bərpa olunan kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 333890-CNS-42845 saylı müqaviləsinə əsasən 4626,59 manat məbləğində kredit bоrcu, 295,24 manat məbləğində faiz bоrcu və 313,20 manat məbləğində cərimə borcu olmaqla cəmi 5235,03 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 333890-OVR-16935 saylı müqaviləsinə əsasən 83,92 manat məbləğində kredit bоrcu, 9,39 manat məbləğində faiz bоrcu və 52,65 manat məbləğində cərimə borcu olmaqla cəmi 145,96 manat borcu mövcuddur İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli, 333890-CNS-42845 saylı Kart kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı banka 6214,22 manat krediti 60 ay müddətinə 13 % dərəcəsi ilə hər ay 143,08 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Qaradağ rayonu Puta qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyindən məhkəmə daxil olmuş arayışdan görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişi oğlu-X2 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdeh X1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli, 333890-OVR-16935 saylı və xx.xx.2023-cü il tarixli, 333890-CNS-42845 saylı kredit müqavilələri bağlanılaraq iddia bank tərəfindən cavabdehə kredit verilmiş və cavabdeh isə kredit müqavilələri üzrə öhdəliklərini icra edəcəyini öhdəsinə götürmüşdür Nəticədə iddiaçı bank müqavilə üzrə öhdəliyini tam icra etmiş, “Kredit alan” isə verilmiş krediti qəbul edərək öhdəsinə götürdüyü krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməyərək müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hazırda iddiaçı cavabdehdən həmin müqavilələr üzrə yaranmış borcunu tələb edir, cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da, məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu cavabdeh iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçının iddia tələbi üzrə kredit müqavilələri üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və belə ki, cavabdehdən xx.xx.2021-ci il tarixli, 333890-OVR-16935 saylı müqaviləsinə müqaviləsi üzrə dəbbə pulu olaraq 20 manat, xx.xx.2023-cü il tarixli, 333890-CNS-42845 müqaviləsi üzrə isə 50 manat məbləğində dəbbə pulun tutulması ədalətlidir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçı bankın xeyrinə xx.xx.2021-ci il tarixli, 333890-OVR- 16935 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 83,92 manat, faiz bоrcuna görə 9,39 manat və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2023-cü il tarixli, 333890-CNS- 42845 saylı üzrə əsas borcuna görə 4626,59 manat, faiz bоrcuna görə 295,24 manat və 50 manat məbləğində dəbbə pulu olmaqla, iki müqavilə üzrə cəmi 5085,14 manat borc tutulmalıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 73,81 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Hazırki iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (5085,14 manat) 70,85 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutlmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 333890-OVR-16935 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 83,92 manat, faiz bоrcuna görə 9,39 manat və dəbbə puluna görə 20 manat, xx.xx.2023-cü il tarixli, 333890-CNS-42845 saylı üzrə əsas borcuna görə 4626,59 manat, faiz bоrcuna görə 295,24 manat və dəbbə puluna görə 50 manat olmaqla, iki müqavilə üzrə cəmi 5085,14 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 70,85 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli, 333890-OVR-16935 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 83,92 manat, faiz bоrcuna görə 9,39 manat və dəbbə puluna görə 20 manat, xx.xx.2023-cü il tarixli, 333890-CNS-42845 saylı üzrə əsas borcuna görə 4626,59 manat, faiz bоrcuna görə 295,24 manat və dəbbə puluna görə 50 manat olmaqla, iki müqavilə üzrə cəmi 5085,14(beş min səksən beş manat on dörd qəpik) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 70,85(yetmiş manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinət vəasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar