Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1896/2023 26.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-in xeyrinə 289.51 manat əsas, 52.54 manat faiz borcu olmaqla, cəmi 342.05 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun habelə 0.40 manat bank xidmətinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-3.2.2-ci maddəsinə görə, iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) kiçik iddialara dair ərizədə göstərilməlidir. 284-3.5-ci maddəsinə görə, kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddia ərizəsinin məzmunundan aydın olur ki, hazırkı mülki iş üzrə iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmunda tərtib edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlərə cavabdehin vəsiqə məlumatları və yaxud maps arayışı əlavə etməmiş, təqdim etdikləri vəsiqə məlumatları isə köhnə şəxsiyyət vəsiqəsi olduğu üçün qüvvədən düşmüş və cavabdehin faktiki və ya rəsmi yaşayış ünvanını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya ərizənin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalı və iddia ərizəsi geri qaytarıldığı üçün ödənilmiş 30 manat dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.1 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: 995627416, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: İddiaçı, VÖEN: **********) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" ASCyə geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-1896/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1896/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver