Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1908/2023 03.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissəsi: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5145,48 manat (beş min bir yüz qırx beş manat, 48 qəpik) məbləğində vəsaitin, 71,45 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Bakı Nəqliyyat Agentliyi” X2 məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı BMC Procity 12M markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JH-*** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" ASC ilə "xxxx" ASC arasında sığortalı nəqliyyat vasitələrinə dəymiş zərər üzrə tələbin güzəşti müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh1 barəsində TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərar çıxarılmış və sürücü təqsirləndirilərək cərimə edilmişdir. Zərərçəkən, nəqliyyat vasitəsinə zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı"xxxx" ASC-yə müraciət etmişdir. Sığortalı 99-JH --218 dövlət qeydiyyat nişanlı İveco Crealis markalı nəqliyyat vasitəsinin zərəri qiymətləndirilmiş, xx.xx.2020-ci il tarixli zərər aktına əsasən 5145,48 manat (beş min bir yüz qırx beş manat, 48 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli“ Sığorta aktı”na əsasən 5145,48 manat (beş min bir yüz qırx beş manat, 48 qəpik) məbləğində sığorta ödənişi zərərçəkən nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddianın rədd edilməsini xahiş edir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən və xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə protokol tərtib edilmiş, daha sonra həmin maddə ilə Cavabdeh1 AR İXM-nin 327.1-cı maddəsi ilə yol hərəkəti qaydalarını pozaraq inzibati xəta törətdiyinə 40 manat məbləğində cərimə edilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirməsinin surətindən görünür ki, **-JH-*** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 5145,58 manat məbləğində vəsait tələb olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli subroqasiya tələbinin güzəşt edilməsi barədə 134 nömrəli müqavilədən görünür ki, xx.xx.2020-ci il tarixli MV-C(Q) 00048-20-64 saylı sığorta müqaviləsi üzrə sığortalanmış İveco Crealis markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixində baş vermiş sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 5145,48 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və buna görə də "xxxx" ASC-nin həmin məbləğdə subroqasiya hüququ yaranmışdır. "xxxx" ASC həyata keçirilmiş 5145,48 manat məbləğində sığorta ödənişinə əsasən malik olduğu subroqsiya hüququnu "xxxx" ASC-yə güzəşt edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC sığortanın predmeti qismində İveco Crealis markalı **-HJ- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə,habelə sığorta ödənişi və əmlaka dəymiş zərər 5145,48 manat məbləğində göstərilməklə, həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində göndərilmiş bildirişdən görünür ki, ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli təkrarsığorta müqaviləsindən görünür ki, **-JH-*** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə dair "xxxx" ASC (təkrarsığortaçı) ilə , "xxxx" ASC arasında təkrarsığorta müqaviləsi imzalanmışdır. Tətbiq edilmiş hüquq normaları: Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 883.2-ci maddəsinə əsasən Təkrarsığorta müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 655.1 maddəsinə əsasən Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 656 maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən idarə olunan “Bakı Nəqliyyat Agentliyi” X2 məxsus **- JU-*** dövlət qeydiyyat nişanlı BMC Procity 12M markalı avtonəqliyyat vasitəsi X1 tərəfindən idarə olunan İveco Crealis markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və cərimə olunmuşdur. Hadisə baş verərkən İveco Crealis markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5145,48 manat məbləğində zərər dəymişdir. xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, həmin zərər məbləği "xxxx" ASC tərəfindən ödənilmişdir. xx.xx.2021-ci il tarixli subroqasiya tələbinin güzəşt edilməsi barədə 134 nömrəli müqaviləsindən görünür ki, "xxxx" ASC həyata keçirilmiş 5145,48 manat məbləğində sığorta ödənişinə əsasən malik olduğu subroqsiya hüququnu "xxxx" ASC-yə güzəşt etmişdir. "xxxx" ASC tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixində göndərilmiş bildirişdən görünür ki, cavabdehdən ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir.. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh1 təqsiri, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq digər avtomobilə maddi ziyan vurması qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarı ilə sübuta yetirildiyindən , Mülki Məcəllənin tələblərinə və tələbin güzəşti barədə müqavilələr əsasən iddiaçının Cavabdeh1 qarşı subroqasiya hüququ yarandığından, iddia tələbi təmin edilərək, Cavabdeh1 5145,48 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 71,85 manat dövlət rüsumu Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, Cavabdeh1 5145,48 manat məbləğində verilmiş sığorta ödənişi və 71,85 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 5145(beş min bir yüz qırx beş) manat 48(qırx səkkiz) qəpik məbləğində verilmiş sığorta ödənişi, 71(yetmiş bir) manat,45(qırx beş) qəpik dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-1908/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1908/2023
03.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver