Məhkəmə qərarları › İş №e-2(002)-1943/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1943/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1943/2023 08.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Məhkəməsinin 2(073)-61/2023 saylı mülki iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2016-cı il təvəllüdlü X1 üçünhər uşağa ayda 220 manat olmaqla ümumilikdə 440 manat alimentin və uşaqların digər xərclərinin ödənilməsi üçün hər ay 100 manat sabit pul məbləğinin və mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O,Cavabdeh ilə 15 oktyabr 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 02 noyabr 2014-cü il təvəllüdlü X4 və 15 yanvar 2016-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cəlilabad rayon Məhkəməsinin 2(073)-61/2023 saylı mülki iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə aralarında 15 oktyabr 2014-cü ildə Cəlilabad rayon Qeydiyyat şöbəsində 593 № ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2016-cı il təvəllüdlü X3 onun yanında qalması və 25 yanvar 2023-cü ildən başlayaraq iddiaçı Cavabdeh 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bildirir ki, məhkəmə icraatı ilə bağlı məlumatsız olmuş, bu səbəbdən də müəyyən edilmiş aliment məbləğinə etiraz edə bilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prossesual müddət üzürsüz səbəbdən ötürüldüyü üçün apelyasiya şikayəti verə bilməmişdir. Bildirir ki, Cəlilabad rayon Məhkəməsinin 2(073)-61/2023 saylı mülki iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği cox azdır. Baxmayaraq ki, 2023-cü il üçün usaqların yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Bu səbəbdəndə cavabdehə qarşı aliment məbləğinin artırılması və uşaqların əlavə xərclərinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. “Mediasiya haqqında” AR Qanununa əsasən, vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Həmin qanun tam olaraq xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd olunanlara əsaslanaraq bildirir ki, Cəlilabad rayon Məhkəməsinin 2(073)-61/2023 saylı mülki iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2016-cı il təvəllüdlü X1 üçün hər uşağa ayda 220 manat olmaqla ümumilikdə 440 manat alimentin və uşaqların digər xərclərinin ödənilməsi üçün hər ay 100 manat sabit pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir Hesab edir ki, uşağın saxlanılması xərcləri yetərli və davamlı olması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində olmaqla, bir uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən olunmuş həddə - 220 manat müəyyən edilməlidir. Belə ki, 2023-cü il yanvarın 1dən qüvvəyə minmiş Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o iki xəstə olan uşaqla 350 manatlıq kirayədə qalır, cavabdeh isə özəl şirkətdə işləyir, öz evində qalır və uşaqları üçün aylıq müəyyən edilmiş 280-300 manatdan əlavə yardım göstərmir. Cavabdeh isə məhkəmə iclasında izahatında qeyd edir ki, o təkcə aliment ödəmir, uşaqların digər xərclərinə də köməklik edir. Hal-hazırda o yalnız 320 manat aliment ödəyə bilər qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cəlilabad rayon Məhkəməsinin 2(073)- 61/2023 saylı 25 yanvar 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə aralarında 15 oktyabr 2014-cü ildə Cəlilabad rayon Qeydiyyat şöbəsində 593 № ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2016-cı il təvəllüdlü X3 onun yanında qalması və 25 yanvar 2023-cü ildən başlayaraq iddiaçı Cavabdeh 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İİİ seriyalı № 421182 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 noyabr 2014-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası Nəzərova (Kərimova) Pərvin Zabil qızıdır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İİİ seriyalı № 701274 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 yanvar 2016-cı il təvəllüdlü X3 atası Cavabdeh, anası Nəzərova (Kərimova) Pərvin Zabil qızıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 81.1. maddəsinə əsasən Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflərin iki övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin iki övladlarının olması, uşaqların iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (iki uşağa görə 280 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, uşaqları saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cəlilabad rayon Məhkəməsinin 2(073)-61/2023 saylı 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 200 manat, iki uşağa görə cəmi 400 manat sabit pul məbləğində aliment və mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbinin cavabdehdən iddiaçının xeyrinə hər ay uşaqların digər xərclərinin ödənilməsi üçün 100 manat sabit pul məbləğində əlavə xərcinin tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yaranmış müstəsna hallarla əlaqədar olaraq məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cəlilabad rayon Məhkəməsinin 2(073)-61/2023 saylı 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 200(iki yüz) manat, iki uşağa görə cəmi 400(dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya sessiyasında iştirak edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar