Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1969/2023 16.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 133202-CNS-10096/2 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 28 mart 2023-cü il tarixə Banka borclu olduğu 5.265,34 manat məbləğində əsas borc və 20,22 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.285,56 manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,86 manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 qırx qəpik məbləğində xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 133202-CNS-10096 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə 498.000,00 RUB məbləğində kredit verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi isə 22 % müəyyən edilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 133202-CNS-10096 №-li “Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı Razılaşmaya əsasən Cavabdeh 10 avqust 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 451.658,28 RUB məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu 60 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək qaytamağı və kreditdən istifadəyə görə illik 22 % ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2014cü il tarixli, 133202-CNS-10096 №-li “Nağd pul krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı Razılaşma üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 133202-CNS- 10096/2 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 9.696,03 manat məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik1 % (bir faiz) hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 28 mart 2023-cü il tarixə 5.265,34 manat məbləğində əsas borc və 20,22 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.285,56 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 133202-CNS-10096 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə 498.000,00 RUB məbləğində kredit verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi isə 22 % müəyyən edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh banka əsas borc məbləği üzrə 5265,34 manat, faiz borcu üzrə 20,22 manat, cərimə borcu üzrə 0,00 manat, cəmi 5285.56 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosesual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qənamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 133202-CNS-10096/2 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 28 mart 2023-cü il tarixə Banka borclu olduğu 5.265,34 manat məbləğində əsas borc və 20,22 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.285,56 manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,86 manat dövlət rüsumunun və onun ödənilməsi üçün ödənilmiş 0,40 qəpik məbləğində xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 133202-CNS-10096/2 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 28 mart 2023-cü il tarixə Banka borclu olduğu 5.265,34 manat məbləğində əsas borc və 20,22 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.285,56 manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,86 manat dövlət rüsumunun və onun ödənilməsi üçün ödənilmiş 0,40 qəpik məbləğində xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №e-2(002)-1969/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1969/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver