Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-199/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh Oqtay oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC cavabdeh Hacıyev Oqtay Kazım oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Hacıyev Oqtay Kazım oğlundan əsas məbləğ üzrə 138.13 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 15.48 manat, cərimə borcu üzrə 11.22 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 29.00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 4.80 manat olmaqla, cəmi 198.63 manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun “X3 Azərbaycan” QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3 Azərbaycan” QSC iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü ildə “X3 Azərbaycan” QSC və Hacıyev Oqtay Kazım oğlu arasında Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı bəndinin şərtlərinə görə, Bank tərəfindən borcalan Hacıyev Oqtay Kazım oğluna istehlak yönümlü 500.00 manat məbləğində kredit kartı limiti ayrılmışdır. “X3 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Hacıyev Oqtay Kazım oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X3 Azərbaycan” QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 138.13 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə: 15.48 manat, cərimə borcu üzrə: 11.22 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 29.00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 4.80 manat, cəmi borc: 198.63 manat təşkil edir. Sonradan cavabdeh Hacıyev Oqtay Kazım oğlunun qanun üzrə vərəsəsi Cavabdeh Oqtay oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, cavabdeh Hacıyev Oqtay Kazım oğlu onun atasıdır, xx.xx.2022-ci ildə atası xroniki qaraçiyər çatışmazlığından vəfat etmişdir. Ona görə də, Hacıyev Oqtay Kazım oğlunun hüquqi varisi müəyyən edilənədək iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsii xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(002)- 3382/2022 saylı qərardadı ilə iddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdeh Hacıyev Oqtay Kazım oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işin icraatı cavabdeh Hacıyev Oqtay Kazım oğlunun hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bundan sonra iddiaçı “X3 Azərbaycan” QSC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, notariat ofisiniin məlumatına əsasən X1 vəfat etməsi ilə əlaqədar xx.xx.2023-ci ildə 3 saylı Bakı Asan Xidmət mərkəzində vərəsəlik işi açılmış, vərəsəlik hüququ üzrə miras əmlak vərəsə olaraq Cavabdeh Oqtay oğluna keçmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə cavabdeh Hacıyev Oqtay Kazım oğlunun cavabdehlikdən çıxararaq, qanun üzrə 3 saylı Bakı Asan Xidmət mərkəzi tərəfindən vərəsə kimi tanınmış Cavabdeh Oqtay oğlunu cavabdeh kimi işə cəlb edilməsini, eyni zamanda iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(002)-199/2023 saylı qərardadı ilə mülki iş üzrə Cavabdeh Oqtay oğlu cavabdeh Hacıyev Oqtay Kazım oğlunun hüquqi varisi kimi tanınaraq işin icraatı təzələnmişdir. Daha sonra “X3 Azərbaycan” QSC-nin nümayəndəsi Pərviz Bayramov Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh Oqtay oğlundan cərimə borcu üzrə 22.36 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 manat olmaqla, cəmi 27.16 manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun əvəzinin “X3 Azərbaycan” QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin hüquqi varisi Cavabdeh Oqtay oğlu məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin və Cavabdeh Oqtay oğlunun iştirakı olmadan baxılmasını mümkün sayir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı “X3 Azərbaycan” QSC ilə cavabdeh Hacıyev Oqtay Kazım oğlu arasında Bank hesabı, debet kartı və kredit kartı haqqında qarışıq müqavilə imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki Hacıyev Oqtay Kazım oğlunun iddiaçı “X3 Azərbaycan” QSC-yə hazırda əsas məbləğ üzrə 138.13 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 15.48 manat, cərimə borcu üzrə 11.22 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 29 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 4.80 manat olmaqla, cəmi 198.63 manat məbləğində kredit kartı borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Hacıyev Oqtay Kazım oğlunun iddiaçı “X3 Azərbaycan” QSC-yə hazırda cərimə borcu üzrə 22.36 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 4.80 manat olmaqla, cəmi 27.16 manat məbləğində kredit kartı borcu vardır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 284290 saylı, 30 iyun 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyev Oqtay Kazım oğlu xx.xx.2022-ci il tarixdə xroniki qaraciyət çatışmazlığından vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 25 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Oqtay oğlu cavabdeh Hacıyev Oqtay Kazım oğlunun hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh Hacıyev Oqtay Kazım oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən onun vərəqəsi Cavabdeh Oqtay oğlundan cərimə borcu üzrə 11.22 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 4.80 manat olmaqla, cəmi 16.02 manat məbləğində kredit kartı borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manatı tutularaq, “X3 Azərbaycan” QSC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı cərimə pulunun tutulmasına dair tələb irəli sürərkən, cərimə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 11.22 manat məbləğində cərimə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı,11.22 manat məbləğində dəbbə pulunun tutulması “X3 Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinə dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Oqtay oğlundan cərimə borcu üzrə 11.22 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 manat olmaqla, cəmi 16.02 manat məbləğində kredit kartı borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun 20 manatı “X3 Azərbaycan” QSC-nin хeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-199/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-199/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver