Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-200/2023 11.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, hər uşağa görə hər ay 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X4 anadan olmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və uşağın saxlanması üçün hər ay qazancının 1/3 hissəsi və əlavə olaraq 40 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh uşaqla ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, övladları ilə maraqlanmamışdır. Cavabdehlə qonşu olmaqlarına baxmayaraq övladlarının heç biri atasını tanımır. Övladları - xx.xx.2014-cü il təvəllüdlü X3 222 saylı orta məktəbin 2-ci sinif şagirdidir, xx.xx.2016-cı il təvəllüdlü X4 məktəbəqədər hazırlığa gedir. Cavabdeh valideyn olaraq övladları ilə maraqlanmır və heç bir xərcini ödəmir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh ilkin müdiasiya sessiyasında iştirak etmək üçün rəsmi olaraq dəvət edilsə də, iştirak etməmişdir. İlkin mediasiya sessiyasından keçmmək üçün iddiaçı tərəfindən 50 manat ödəniş edilmişdir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini bildirmiş və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini, uşaqların mənafeyini nəzərə alaraq sabit pul məbləğində hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, hal-hazırda işləmir, hər uşağa görə hər ay 130 manat, ümumilikdə 260 manat aliment ödəmək iqtidarındadır. Məhkəmə iş materiallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ İ N 375637 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/5-03487 nömrəli “ilkin medeiasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görnür ki, iddiaçının nümayəndəsi Vəkil məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-166/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və əlavə olara hər uşağa görə 40 (qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Belə ki, Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması üçün aşağıdakı əsaslardan biri olmalıdır: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa; - valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyilsə, çətinlik törədirsə və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozursa. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmçinin AM-nin 112.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Aliment verməyə borclu olan valideynin daimi qazancı və ya sair gəliri, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının iddiaçının və uşağın marağına uyğun olduğu müəyyən edilmədiyindən, uşağın saxlanması üçün müəyyən olunan alimentin miqdarı dəyişdirilməli və aliment hər ay ödənilməli olan sabit pul məbləğində tərəflərin razılığa gəldiyi həddə tutulmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Sabit pul məbləğinin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşaqların tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, valideynlərin hər biri uşaqlarını saxlamağa borclu olduğu üçün iddia tələbi aliment hissəsində qismən təmin edilərək Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən onun rəsmi işləməsinə və aylıq sabit gəlirə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırki mübahisə üzrə aliment ödəməli olan valideynin qazancını müəyyən etmək mümkün deyildir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 130 manat cəmi 260 manat məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, № 8-2/2016 saylı Qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi ilə bağlı olduğundan, dəyişdirilmiş məbləğdə aliment qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. MPM-in 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Alimentin alınması barədə iddia üzrə isə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, qeyd edilən tələb üzrə 51 manat 20 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112.1.3-cü, 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-166/2020 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh olğundan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İş üzrə ödənilməli olan 51 manat 20 qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə, Cavabdeh alınaraq, dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-200/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-200/2023
11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver