Məhkəmə qərarları › İş №e-2(002)-2019/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2019/2024

15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2019/2024 15.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı dörd övladı doğulmuşdur (xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 960595, xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ 459219, xx.xx.2013-cü il tarixli AZ-İİİ 193965 və xx.xx.2013-cü il tarixli AZ-İİİ 193966 nömrəli doğum haqqında şəhadətnamə).

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(002)- 3082/2022 saylı qətnaməsi ilə qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 155 manat olmaqla, ümumilikdə 620 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. İş materiallarında olan iş yerindən arayışa əsasən, Cavabdeh N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin Nəzarət ölçü cihazlarına xidmət sahəsi bölməsində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingir vəzifəsində 1212.75 manat əmək haqqı alaraq işləyir. İddia tələbi

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehlə birgə nikahımızdan dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü X1 xx.xx.2010-cu il təvəllüdlü X2 xx.xx.2013 cü il təvəllüdlü X3 və xx.xx.2013 cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşa q üçün “X5” Azərbaycan Respublikasının Qanununda uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə müəyyən edilmiş məbləğdə alimentin tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə baxışının hazırlanması mərhələsində İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən Azərbaycan respublikasının Ailə məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq həmcinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı bunun üçündə əmək haqqının 2/1 hissəsi kimi aliment kəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yenidən ərizə təqdim edərək, Cavabdehlə birgə nikahımızdan dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü X1 xx.xx.2010 -cu il təvəllüdlü X2 xx.xx.2013 cü il təvəllüdlü X3 və xx.xx.2013 cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün “X5” Azərbaycan Respublikasının Qanununda uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə müəyyən edilmiş məbləğdə hər uşaqa 235 manat olmaqla cəmi 940 manat alimentin tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mən xx.xx.2006-cı ildə Cavabdeh ğlu ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşam bu nikah Qaradağ rayon VVADQ şöbəsində bağlanmış və 220 nömrəsi ilə qeydə alınıb. Həmin nikah Qaradağ rayon məhkəməsinin mülkü kollegiyasının haki Fuad Hüseynovun sədrliyi ilə xx.xx.2016 cı il iş № 2(002)-4678/2016 saylı qətnamə ilə nikahmız formal olaraq pozulub Səbəb cavabdeh bank ödənişlərindən yayınmaq məqsədi ilə olub ümümilikdə 800manataliment tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edib. nikah pozulduqdan sonrada Cavabdeh 19.12. 2022 ci ilə kimi bizimlə birlikdıyaşayıb birailə kimi davam etmişik. Cavabdehin iddia ərzəsi ilə xx.xx.2022 ci il iş № 2(002)-3082/2022 saylı qətnaməsi ilə alimentin miqdarıazaldılaraq 620manat olması barədə qərar qəbul edilib cavabdehlə birgə nikahımızdan xx.xx.2007-ci il təvəllüdlü X1 xx.xx.2010 -cu il təvəllüdlü X2 xx.xx.2013 cü il təvəllüdlü X3 və xx.xx.2013 cü il təvəllüdlü X6 anadan olmuşdur. Əvvəllər ailə münasibətlərimiz yaxşı olsa da, sonradan pisləşmiş və ailəmizi qorumaq ümkün olmamışdır. Halbuki, məhkəmə himayəmdə olan azyaşlı uşaqlarımın mənafeyini deyil, məhzcavabdehin iqtisadi durumunu və bazar qiymətlərini əzərə almaqla ədalətli qərar qəbuletməmişdir. Belə ki,“Azərbaycan Respublikasında 2024-cu il üçün X5” 14 noyabr 2023-cü il tarixliAzərbaycan Respublikası Qanununa sasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edildiyi nəzərə alınmalıdır.

8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikasında 2023-cü il üçün “X5” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. İddiaya etiraz

9. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsində bildirmişdir ki, uşaqlara verilən 620 manat məbləğindəki aliment övladları üçün yetərli deyil buna görə də, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün “X5” Azərbaycan Respublikasının Qanununda uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə müəyyən edilmiş məbləğdə alimentin cavabdehdən Cavabdeh tərəfindən qarşılanaraq verilən aliment artırılsın. xx.xx.2024-cü il tarixdəki iddiaçı tərəfindən verilən vəsatətə əsasən cavabdehdən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3 3 və daha çox uşağa görə-qazancının (başqa gəlirlərinin) yarısı bunun üçündə əmək haqqının ½ hissəsi kimi aliment kəsilməsi barədə və iddiaçının iştirakı olmadan qərar qəbul etməyini bildirirərək iddia tələbinin dəqiqləşdirilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində birinci baxış iclası keçirilmiş lakin məhkəmə təxirə salınmışdır. Daha sonra həmin gün iddiaçı tərəfindən növbəti “iddia tələbinin dəqiqləşdirilməsi barədə” vəsatət elektron sistemə yerləşdirilmişdir.

10. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı məhkəmə iclasına ərizə ünvanlayaraq, iddianı müdafiə etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini qəbul etmir, hazırda 620 manat aliment ödəyir. Əmək haqqısı rəsmi 1500 manatdır, ancaq əmək haqqından iş yerində yemək üçün 300 manat tutulur. Yenidən ailə həyatı qurub, həmin nikahdan bir uşağı doğulub. İddiaçıdan fərqli olaraq o, kirayədə qalır və 30000 manat banka borc ödəyir. Aliment məbləği çıxıldıqdan sonra özünün xərcləməyinə pul qalmır. Hər ay maksimum 700 manat aliment ödəyə bilər. Cavabdeh tərəf iddia tələbinin təmin edilməməsini xahiş edir.

13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini qəbul etmir, Ailə Məcəlləsinə əsasən üç və daha çox uşağa alimentin məbləği şəxsin əmək haqqısının yarısı olaraq müəyyən edilib. Belə olan halda qanunvericilik 3 uşaqdan yuxarı uşağa görə belə əmək haqqının yarısını cavabdehə saxlayır. Odur ki, sabit pul məbləğində aliment tutulduqda bu nəzərə alınmalıdır. Əlavə olaraq, cavabdeh yenidən ailə həyatı qurub, həmin nikahdan bir uşağı var, yəni himayəsində azyaşlı uşaq var. Cavabdehin 700 manatdan artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının:

14. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın:

16. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın:

17. 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

18. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

19. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

20. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

21. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

22. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

23. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

24. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əsaslandırma

31. İddia qismən təmin edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında tərəflərin birgə nikahından 4 uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə bir uşağa görə 155 manat olmaqla, 620 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı yaşayış minimumu məbləğinin artmasını, uşaqların xərclərinin artmasını əsas götürərək alimentin artırılması tələbi irəli sürmüşdür.

33. Yuxarıda sadalanan milli və beynəlxalq hüquq normalarının tələbinə əsasən, valideynlər uşağın saxlanmasına borcludurlar. Ailə qanunvericiliyi alimentin məbləğinin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.

34. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

35. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

36. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, indiki halda aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətinin yaxşılaşmasına dair dəyişikliyin müəyyən edilməsi mümkün olmamışdır. Əksinə, cavabdeh yeni ailə qurmuş və həmin nikahdan bir övladı dünyaya gəlmişdir. Cavabdeh məhkəmənin müəyyən etdiyi 620 manat alimenti ödəyir, iddiaçı ilə nikahları pozulan vaxt özü hər ay 800 manat aliment ödəməyə razılığını bildirmiş və ilk olaraq alimentin miqdarı hər ay cəmi 800 manat olmaqla müəyyən edilmişdir. Sonradan cavabdehin ailə vəziyyətində yaranmış dəyişiklik, onun əmək haqqının 1212,75 manat təşkil etməsi nəzərə alınaraq alimentin miqdarı azaldılaraq 620 manat sabit pul məbləğində müəyyən edilmişdir.

37. Məhkəmə hesab edir ki, yalnız yaşayış minimumu məbləğinin artması halı alimentin miqdarının artırılması üçün mütləq əsas qismində çıxış etməsə də, tərəflərin birgə nikahından doğulmuş uşaqların böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan xərclərini nəzərə alaraq, uşaqların saxlanmasının valideynlərin hər ikisinin vəzifəsi olması və dörd uşağa görə yaşayış minimumu həddində aliment təyin edilməsinin faktiki olaraq cavabdehi çox çətin iqtisadi vəziyyətə salacağı ilə bağlı işin faktiki hallarını birlikdə qiymətləndirilərək aliment miqdarının artırılması barədə iddia qismən təmin edilməli və hər uşaq üçün 180 manat olmaqla cəmi 720 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

39. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

40. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

41. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 106.4 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edilməsini əsas götürərək qeyd edir ki, iş üzrə ödənilməli olan 106.4 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Nəticə

42. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırlaraq, Cavabdeh hər ay hər bir uşaq üçün 180 manat olmaqla, cəmi 720 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş ödənilməli olan 106.4 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.

43. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-3082/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırlaraq, Cavabdeh hər ay, bir uşaq üçün 180 manat olmaqla, cəmi 720 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 106.4 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar