Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-202/2025 02.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 vərəsəsi Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 5562.06 AZN və vəfat etdiyi tarixə faiz borcu üzrə 0.01 AZN olmaqla, cəmi 5562.07 AZN borcun, 75.63 AZN dövlət rüsumunun ve 0,40 (qırx qəpik) AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, bordlu X11 ilə "xxxx" ASC-nin Qaradağ filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsinə əsasən X6 48 ay müddətinə 19 faiz dərəcəsiylə 11000 AZN (on bir min manat) məbləğində nağd kredit verilmişdir. Lakin əldə olunmuş məlumata görə X11 xx.xx.2023-cü il tarixində vəfat etmişdir.Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, arvadı- Cavabdeh1 X4 miras əmlakı üçün vərəsəlik işinin açılması ilə bağlı olaraq notariat ofisinə müraciət etmişdir.Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən görə X4 Banka əsas borc üzrə 5562.06 AZN və vəfat etdiyi tarixə faiz borcu üzrə 0.01 AZN olmaqla cəmi 5562.07 AZN borcu ödənilməmiş qalmışdır.Cavabdehin X4 miras əmlakını qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ve X7 cavabdehler qismində cəlb olunmasını və X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 paylarına mütənasib olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********88 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 5562.06 AZN və vəfat etdiyi tarixə faiz borcu üzre 0.01 AZN olmaqla, cəmi 5562.07 AZN tutulması, həmçinin, 75,63 manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002-202/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X7 mülki iş üzrə əlavə cavabdehlər kimi cəlb edilmələri qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002-202/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X12 yetkinlik yaşına çatmayan cavabdelər- Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi kimi tanınması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında izahatında qeyd etdi ki, cavabdehlər mirası faktiki qəbul etməsinə dair notariusa ərizəsi var. Eyni zamanda tərəflər 3 ay ərzindən mirasdan imtina etmirsə o, faktiki qəbul sayılır. Bu səbəbdən məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh6 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında qeyd etdi ki, cavabdehlərdən Arzu onun gəlini və digərləri isə nəvələridir. Mərhumdan miras qalan əmlak olan-maşın vurulmuşdu, elə də qaldı. Maşını vermək istəmir, aybaay bankın pulunu ödəyəcəklər. Kredit Arzunun pensiya kartından tutulsun, Cəlalın iş yerindən uşaqlara pul verilir. Uşaqlar indi onunla qalır. Ayxan ilə Nahid azyaşlıdır. Maşın vurulmuşdu deyə sənəd almayıblar. Maşın bahalı maşındır, 10000-15000 manat civarındadır. Cəlalın başqa əmlakı yoxdur. Maşın ustadadır, onu düzəltdirib, böyük nəvəsinə verəcək ki, sürücülük etsin. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh mərhum X6 illik 19 %-lə, 48 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışın surətindən görünür ki, X5 əsas borc üzrə 5562.06 AZN və faiz borcu üzrə 0.01 AZN olmaqla, cəmi 5562.07 manat borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli xəbərnamədən görünür ki, iddiaçı bank pretenziya qaydasına əməl edərək, mərhumun vərəsəsindən müqavilə üzrə yaranmış borcu miras qalmış əmlak dəyərinin civarında tələb etmiş və əksi təqdirdə məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəs İnziabti Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə üvnanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 üvanalanmış məhkəmə bildirişi oğlu X13 tərəfindən imzalanaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 350198 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 460 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 857 saylı məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X4 ölümündən sonra Bakı şəh, ünvan 1 ünvanda qeydiyyatda qlan vərəsəsi arvadı Cavabdeh1 Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və tərəfindən 28/2024 nömrəli vərəsəlik işi açılmışdır. Lakin vərəsəlik işinin açılmasına baxmayaraq tərəflərə vərəsəlik Hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 1320 saylı məktuba əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X4 ölümündən sonra Bakı şəh, ünvan 1 ünvanda qeydiyyatda qalan vərəsəsi arvadı Cavabdeh1 notoriusa ərizə müraciət edərək, ərizən miras qalmış əmlakınəqliyyat vasitəsini qəbul etdiyini bildirmiş və digər vərəsələr- Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5(mərhumun oğulları) və Cavabdeh6 Mirağa qızıdır.(mərhumun anası) İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Mercedes Benz C220" markalı **- LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən X4 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 356387 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 519 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X9 arasında nikah xx.xx.2002-ci il tarixdə 11 nömrəli akt qeydi ilə bağlamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ataları X11, anaları Cavabdeh1dır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü i ltarixli arayışdan görünür ki, Cavabdeh1 həyat yoldaşı X4 xx.xx.2023-cü il tarixədək – ölən günədək Bakı şəhəri, ünvan 3 ünvanda qeydiyyatda olmuş və yaşamışdır.Əlavə olaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Mirağa qızı da həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdılar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanaladığı xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, "Mercedes Benz C220" markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonuncu mülkiyyətçisi kimi X11 göstərilmiş və qeyrisinə özgəninkiləşdirilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, X11 ilə "xxxx" ASC-nin Qaradağ filialı arasında xx.xx.2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsi bağlanmış, X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 1320 saylı məktuba əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, X4 ölümündən sonra Bakı şəh, ünvan 4 ünvanda qeydiyyatda qalan vərəsəsi arvadı Cavabdeh1 notoriusa ərizə müraciət edərək, miras qalmış əmlakı-nəqliyyat vasitəsini qəbul etdiyini bildirmiş və digər vərəsələr- Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5(mərhumun oğulları) və Cavabdeh6 Mirağa qızıdır.(mərhumun anası). Lakin vərəsəlik şəhadətnaməsi verilməsədə vərəsəlik işi aşılmışdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, avtonəqliyyat vasitəsi cavabdehlərin faktiki sahibliyİndədir. Cavabdeh4 və Cavabdeh3 yetkinlik yaşına çatmayan olduğundan onların qanuni nümayəndəsi kimi anaları Cavabdeh1 tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 99-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: https://e-qanun.az/framework/488 vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə qeyd edir ki, cavabdehlər siyahıya alınmalı olan digər əmlakların olduğunu məhkəməyə sübut kimi təqdim etməmişlər. Digər bir halda avtonəqliyyat vasitəsi ilə əlaqədar şəhadətnamə almaq üçün notariat ofisinə müraciət edilmiş və vərəsələri dairəsi müəyyən edilmişdir. Həmçinin Cavabdeh6 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, əmlak olan-maşın vurulmuşdu,maşını vermək istəmir, aybaay bankın pulunu ödəyəcəklər. Uşaqlar indi onunla qalır.Maşın vurulmuşdu deyə vərəsəlik almayıblar. Maşın bahalı maşındır, 10000-15000 manat civarındadır. Cəlalın başqa əmlakı yoxdur. Maşın ustadadır, onu düzəltdirib,böyük nəvəsinə verəcək ki, sürücülük etsin. Belə olan halda məhkəmə qeyd edir ki, mirasın faktiki qəbulu məhkəmə iclasında müəyyən edilir və bunun üçün ayrıca iddia icraatı çərçivəsində proses açmağa lüzum yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixdə ölmüş X5 vərəsələri- X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 paylarına mütənasib olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********88 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 5562.06 AZN və faiz borcu üzrə 0.01 AZN olmaqla, cəmi 5562.07 manat və həmçinin, iddia ərizəsi üçün ödənilmiş 75,63 manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh5, X2-(həmçinin, Cavabdeh4 və Cavabdeh3 oğlunun qanunui nümayəndəsi olaraq) və Cavabdeh6 Mirağa qızından paylarına mütənasib olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********88 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 5562.06 manat əsas, faiz borcu üzrə 0.01 AZN olmaqla, cəmi 5562.07(beş min beş yüz altmış iki manat yeddi qəpik) manat və iddia ərizəsi üçün ödənilmiş 75,63(yetmiş beş manat altmış üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-202/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-202/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver