Məhkəmə qərarları › İş №e-2(002)-2046/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2046/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2046/2022 10.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh və onun vəkilinin iştirakı ilə, İddiaçı "xxxx" KB QSC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC (Ləğv prosesindədir) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1xx/xx/114323/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2611,89 (iki min altı yüz on bir manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 1429,72 (min dörd yüz iyirmi doqquz manat yetmiş iki qəpik) manat məbləğində faiz borcu, 341,64 (üç yüz qırx bir manat altmış dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 4383,25 (dörd min üç yüz səksən üç manat iyirmi beş qəpik) manat məbləğində pulun, 63,83 (altmış üç manat səksən üç qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırki, QSC "xxxx" KB (bundan sonra –Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 01 iyul 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/114323/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 2611,89 (iki min altı yüz on bir manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 1429,72 (min dörd yüz iyirmi doqquz manat yetmiş iki qəpik) manat məbləğində faiz borcu, 341,64 (üç yüz qırx bir manat altmış dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 4383,25 (dörd min üç yüz səksən üç manat iyirmi beş qəpik) manat məbləğində borcu qalmışdır. Qeyd olunan hallarının nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında hazırki mülki iş üzrə təyin edilmiş müvafiq ekspertizanın nəticəsi ilə razı olmadığını, faiz borcunun bu qədər fərqlə qeyd edilməsinin düzgün olmadığını, cavabdehin müvafiq kredit müqaviləsi üzrə Kredit Bürosunda ödənilmiş statusunda qeyd eidlməsi halının texniki səhv olduğunu, həmin Büronun yalnız onların təqdim etdiyi məlumatlar əsasında həmin məlumatları yenilədiklərini, bu halda texniki səhv ucbatından olmuş, hazırda isə həmin səhv aradan qaldırılmışdır, onun səbəbləri barədə məlumatsız olduğunu, bu halların nəzərə alınaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, ona qarşı olan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.Beləki məhkəmənin nəzərinə çatdırmaq istəyir ki,həqiqətəndə QSC “Bank Standart” ilə 01 iyul 2015-ci il tarixli 1xx/xx/114323/15 saylı kredit müqaviləsi bağlanmışdır.Hər ay vaxtı vaxtında bank ödənişlərini qrafikə əsasən ödəyirdi.Devalivasiya zamanı gəldi 1 iyul 2015-ci ildə kredit götürəndə bankla müqavilə var ki,fors major göstərilir ki,təbii fəlakətlər hərbi əməliyyatlar iqtisadi böhran,devalivasiya qanunvericiliklə dəyişiklik və s.nəticəsində bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar.Əlavə olaraq Cənab Prezidentə sevimli X3 teleqram göndərdi ki,Devalivasiya,İqtisadi böhran təsadüf edildiyinə görə borcunu silinməsinə köməklik göstərəsiniz.Dəlil və sübut üçün Ədliyyə Nazirliyinin 8 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş Azərbaycan Kreditlər Bürosundan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci tarixli çıxarışı,28 mart 2022-ci ildə Azərbaycan Kredit bürosundan məlumat bazasında 28 mart 2022-ci il tarixinə Cavabdeh Yavər oğlunun “Bank Standarta” təqdim edilmiş **********315 hesab nömrəli öhdəlik Azərbaycan Kreditlər Bürosunun baş direktoru Elçin Həbibov tərəfindən öz imzası və möhrü ilə təsdiq edilmişdir ki, "xxxx" statusundadır.İddiaçı QSC “Bank Standart” KB cavabdehin tələbinə dair iddia tələbinin rədd edilməsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək,etirazın dəlillərinə uyğun izahat verərək, öz izahatında ekspert rəyi ilə tanış olduğunu,ekspert rəyi il razı olduğunu, həmin rəydə qedy edildiyi kimi əsas borcunun qaldığını, qalan hissədə isə iddia tələbini qəbul etmədiyini, çünki həmin borcun indiyə kimi qalmasının səbəbkarı bank olduğunu, onlar məlumat verdilər ki, borcun yoxdur, ona görə də indiyə kimi ödənilməyib, ona borcunun olmaması deyildiyindən, o da arxayın olub, daha ödəniş etməyib, özü də bir dəfə yox, dəfələrlə maraqlanıb, soruşub, hər dəfəsində də ona eyni cavabı veriblər, yoxsa indiyədək o borcunu ödəyib qurtarmışdır, ona görə də hazırda həmin faizlərin ödənilməsini istəmədiyini, çünki bunda onun təqsirinin olmadığını, bnakın səhvinə görə o əsassız yazılmış cərimə və ya faiz borcunu ödəməli olmadığını bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək, cavabdehin izahatının məzmununa uyğun izahat verərək, öz izahatında ekspert rəyi ilə tanış olduğunu, ekspert rəyində olan borc məbləği ilə razı olduqlarını, qalan hissədə isə iddia tələbinin təmin edilməməsini istədiklərini, çünki həmin gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun yaranmasında təqsirin cavabdehdə olmadığını, buna səbəb onun borcunun ödənilmiş statusunda olması olduğunu, yoxsa indiyədək cavabdeh öz borcunu ödəmiş, borcu qlamamışdır, onların texniki səhvinə görə cavabdeh əsasız faiz ödəməli olmadığını bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin qismən təmin eidlməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC (Ləğv prosesindədir) tərəfindən Cavabdeh 48 ay müddətinə illik 24 faiz ödəmək şərtiilə 7000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, "xxxx" QSC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə əsas borc 7000 manat məbləğində, 48 ay kredit müddəti müəyyən edilməklə hər ay üçün 228.21 manat ödəniş məbləği müəyyən edilmişdir. Maliyyə arayışının məzmunundan aydın olur ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/114323/15 saylı kredit müqaviləsi üzrə Banka 2611.89 manat məbləğində əsas borc, 1429.72 faiz borcu, 341 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 4383.25 manat məbləği təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7214 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Bank Standart” ASC tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli 1xx/xx/114323/15 saylı kredit müqaviləsinə dair hesabdan çıxarış məlumatlara əsasən əsas kredit borcu xx.xx.2022-ci il tarixə 2611.63 manat əsas borcu,faiz borcu 295.76 manat olduğu qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Kreditlər Bürosunun məktubunun məzmunundan görünür ki,xx.xx.2022-ci il tarixinə Cavabdeh Yavər oğlunun kredit tarixçəsində məlumat təchizatçısı Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən təqdim edilmiş **********315 hesab nömrəli öhdəlik "xxxx" statusundadır.Əlavə olaraq bildirilir ki, Büroda məlumat təchizatçılarının təqdim etdiyi informasiyalar yalnız texniki emal olunur və bu məlumatların hər birinin dəqiqliyi Büro tərəfindən yoxlanılmır. Xahiş edirik nəzərə alasınız. Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh Yavər oğlunun kredit tarixçəsində məlumat təchizatçısı Ləğv prosesində olan QSC Bank Standart KB tərəfindən təqdim edilmiş **********315 hesab nömrəli öhdəlik 12 avqust 2015-ci il tarixdən 25 aprel 2022-ci il tarixinədək “Tam öədnilmiş” statusunda olmuşdur. Əlavə olaraq bildirilir ki, Büroda məlumat təchizatçılarının təqdim etdiyi informasiyalar yalnız texniki emal olunur və bu məlumatların hər birinin dəqiqliyi Büro tərəfindən yoxlanılmır. Xahiş edirik nəzərə alasınız. Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, QSC “Bank Standar” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/114323/15 saylı kredit müqaviləsinə əsasən 7000 manat kredit verilmiş, xx.xx.2020-ci il tarixə kredit müqaviləsi üzrə 2611,89 manat əsas, 424,67 manat faiz borc öhdəliyi mövcuddur. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 01.16-2-2022-12693 nömrəli məktubun məzmunundan görünür ki,Cavabdeh ilə ləğv prosesində olan QSC "xxxx" KB arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanın təsir dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanılmış, cavabdeh tərəfindən müqavilənin predmeti olan 7000 manat məbləğində kredit təhvil alınmış və cavabdeh həmin kredit məbləğini aylıq ödəniş etməklə 48 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində qalıq borcun yarandığını və həmin borcu gecikdirilməsinə görə faiz borcunun yaranmasını əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür. Cavabdeh iddia tələbi üzrə əsas borcu qəbul edərək, faiz borcunun isə ekspert rəyində qeyd edildiyi hissədə qəbul etmiş, qalan hissədə iddia tələbinə etiraz etmiş, etirazın əsası kimi onun həmin müqavilə üzrə tam ödənilmiş statusunda olması, buna görə də borcunun olmadığını ona dediklərindən ödənişi dayandırması, bunun təqsirinin onun özü olmamaması, bankın səhvinə görə onun məsuliyyət daşımaması kimi hallara istinad etmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş ekspert rəyi, cavabdehin izahatı və digər sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin həmin kredit müqaviləsi üzrə 2611,89 manat qalıq əsas borcu vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, iddiaçı qeyd edilən kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə yaranmış faiz borcunun məbləğinin 1429,72 manat olduğunu bildirsə də, həmin hala dair heç bir mötəbər (təqdim edilmiş sənədlər onun özü tərəfindən tərtib edilmişdir) sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş müvafiq ekspert rəyinin məzmunundan aydın olur ki, həmin kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 01 iyul 2019-cu il tarixə yaranmış faiz borcunun məbləği 295,76 manat təşkil edir. İddiaçı qeyd edilən hala etiraz etsə də, etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə qeyd eidlən halları əsas götürərək, müvafiq ekpsert rəyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi müqavilə müddəti üzrə hesablanmış faiz borcu hissəsində qismən (295,76 manat hissəsində) təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən borclu şəxs təqsirli olaraq (qəsd və ya ehtiyatsızlıq formasında) vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşıyır, borclu şəxs onun cavabdeh olmadığı hallara görə məsuliyyət daşımır. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən kredit müqaviləsi üzrə borcun vaxtında ödənilməməsinə və ya ödənilməsinin gecikdirilməsinə cavabdehə həmin kredit müqaviləsi üzrə borcun “ödənilmiş” statusunda olması barədə Azərbaycan Kredit Bürosu tərəfindən məlumat verilməsi halı səbəb olmuşdur. İddiaçı bankın nümayəndəsi tərəfindən verilmiş izahatından məluma olur ki, qeyd edilən texniki səhv olaraq baş vermişdir. Bu halda, məhkəmə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu ilə bağlı hesab edir ki, borcun ödənilməsinin gecikdirilməsi məhz borclu şəxsin təqsiri nəticəsində baş verməldir. İndiki halda isə müvafiq kredit müqaviləsi üzrə yaranmış qalıq borcun müqavilə müddəti bitdikdən sonra ödənilməsinin gecikdirilməsi halının məhz cavabdehin təqsiri nəticəsində baş verməsinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən hüquq normalarının tələbini əsas götürərək, iddia tələbinin təmin eidlmiş hissəsini nəzərə alaraq, hesab edir ki, ödənilmiş dövlət rüsumunun 49,08 manat məbləğində olan hissəsi cavabdehdən tutularaq, iddiaçıya ödənilməli, qalan hissədə iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/114323/15 saylı kredit müqaviləsi üzrə 2611.89 manat məbləğində əsas borc, 295.76 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 2907,65 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 49,08 manat dövlət rüsümu tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" KB QSC-yə ödənilməli, həmçinin ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti tərəflərdən müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/114323/15 saylı kredit müqaviləsi üzrə 2611.89 manat məbləğində əsas borc, 295.76 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 2907,65 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 49,08 manat dövlət rüsümu tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" KB QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti iddiaçı Ləğv Prosesində olan "xxxx" KB QSC-dən və Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar