Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2073/2021 24.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" (Azərbaycan) ASC Cavabdeh qarşı nağd pul kredit müqaviləsi üzrə borc tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" (Azərbaycan) ASC Cavabdeh qarşı nağd pul kredit müqaviləsi üzrə borc tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.06.2019-cu il tarixli 125868-1-17370/2 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 28 aprel 2021-ci il tarixə Banka borclu olduğu 3.312,39 (üç min üç yüz on iki manat 39 qəpik) AZN məbləğində əsas borc, 7,60 (yeddi manat 60 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 3319,99 (üç min üç yüz on doqquz manat 99 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" (Azərbaycan) ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə -Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 03.06.2014-cü tarixli 125868-CNS-5115 №-li “Nağd pul krediti müqaviləsinə əsasən- Z.Hüseynova istehlak məqsədilə illik20 (iyirmi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 5.250 (beş min iki yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir.Cavabdeh R.ZHüseynovun 03.06.2014-cü tarixli 125868-CNS-5115 №-li “Nağd pul krediti müqaviləsi” üzrə Banka olan borcunun bağlanması məqsədilə Bankla 06.07.2015-ci il tarixli '25868-1-17357 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 32 (otuz iki) ay müddətinə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 4.302 (dörd min üç yüz iki) ABŞ dolları məbləğində kredit verilmiş və verilmiş kredit vəsaiti hesabına onun 23.06.2014-cü tarixli 125868-CNS-5115 №-li “Nağd pul krediti müqaviləsi” üzrə Banka olan borcu silinmişdir.Bank ilə Cavabdeh arasında bağlanmış 06.07.2015-ci il tarixli 125868- 1-17370 №-li Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 26.02.2016-cı il tarixli 01 saylı Razılaşmaya əsasən Cavabdeh 26 fevral 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 4.198 (dörd min bir yüz doxsan səkkiz) ABŞ dolları məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 30 otuz) ay müddətinə, 26.08.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.Cavabdeh 06.07.2015-ci il tarixli 125868-1-17357 №-li “Nağd pul krediti müqaviləsi”-nə həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 26.02.2016-cı il tarixli 01 saylı Razılaşma üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında 04.06.2019-cu il tarixli 125868-1- 17370/2 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 3.622,62 (üç min altı yüz iyirmi iki manat 62 qəpik) AZN məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illiki (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür.Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 04 noyabr 2020-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 28 aprel 2021-ci il tarixə 3.312,39 (üç min üç yüz on iki manat 39 qəpik) AZN məbləğində əsas borc, 7,60 (yeddi manat 60 qəpik) AZN məbləğində faiz borcu, ümumilikdə isə 3.319,99 (üç min üç yüz on doqquz manat 99 qəpik) AZN məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında cavabdeh tərəfindən qismən ödənişlər edildiyindən 24.08.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair dəqiqləşdirmə ərizəsi verərək, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.06.2019-cu il tarixli 125868-1-17370/2 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 24 avqust 2021-ci il tarixə Banka borclu olduğu 2580,98 manat məbləğində əsas borc olmaqla,ümumilikdə 2580,98 manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 03.06.2014-cü tarixli 125868-CNS-5115 №-li ‘Nağd pul krediti müqaviləsi”dən görünür ki, iddiaçı "xxxx" (Azərbaycan) ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20% (faiz) ödəmək şərti ilə 5250 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında 04.06.2019-cu il tarixli 125868-1-17370/2 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 3622,62 manat məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 04.06.2019-cu il tarixli 125868-1-17370/2 №-li “Nağd pul krediti müqaviləsi”-nin ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 3622,62 manat məbləğində borcu 60 ay müddətinə aylıq 77,02 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 avqust 2021-ci il tarixə borcu aşağıdakı kimidir:- 2580,98 manat məbləğində əsas borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 03.06.2014-cü tarixli məxaric orderindən görünür ki, iddiaçı cavabdehin hesabına 03.06.2014-cü tarixdə 5250 ABŞ dolları köçürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, "xxxx" (Azərbaycan) ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, iş materiallarında olan 04.06.2019-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" (Azərbaycan) ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1(bir) faiz ödəmək şərti ilə 3622,62 manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdü. “Kredit alan” isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və “ödəniş cədvəli”nə əsasən ödənişlər edilməsini öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı 04.06.2019-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazıminca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 2580,98 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 2580,98 manat pul borcu və ödənilmiş 30 (otuz) manat 40 qəpik dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 2580( iki min beş yüz səksən) manat 98(doxsan səkkiz) qəpik pul borcu və ödənilmiş 30 (otuz) manat 40(qırx) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-2073/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2073/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver