Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2091/2022 13.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi; 683 manat 08 qəpik əsas borc, 20 iyun 2022-ci il tarixə 82 manat 92 qəpik faiz, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurduğu zərər (Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5 % olmaqla) 3 manat 4 qəpik, 20 iyun 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 35 manat 17 qəpik dəbbə pulu (cərimə) olmaqla, cəmi 804 manat 21 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 may 2021-ci il tarixli 001/KM/104/5239164/190521 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 18 % ödənilməsi şərti ilə 1.000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə öhdəliklər götürmüşdür. Lakin həmin öhdəlikləri lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun banka iddia qaldırılan günə 683 manat 08 qəpik əsas borc, 20 iyun 2022-ci il tarixə 82 manat 92 qəpik faiz, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurduğu zərər (Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5 % olmaqla) 3 manat 4 qəpik, 20 iyun 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 35 manat 17 qəpik dəbbə pulu (cərimə) olmaqla, cəmi 804 manat 21 qəpik borcu yaranmışdır. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc banka qaytarıldığı halda, bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001/KM/104/5239164/190521 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 1.000 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka 683 manat 08 qəpik əsas borc, 20 iyun 2022-ci il tarixə 82 manat 92 qəpik faiz, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurduğu zərər (Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5 % olmaqla) 3 manat 4 qəpik, 20 iyun 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 35 manat 17 qəpik dəbbə pulu (cərimə) olmaqla, cəmi 804 manat 21 qəpik məbləğinin borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001/KM/104/5239164/190521 saylı kredit müqaviləsi ləğv edilməli, 683 manat 08 qəpik əsas borc, 20 iyun 2022-ci il tarixə 82 manat 92 qəpik faiz, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurduğu zərər (Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5 % olmaqla) 3 manat 4 qəpik, 20 iyun 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 35 manat 17 qəpik dəbbə pulu (cərimə) olmaqla, cəmi 804 manat 21 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001/KM/104/5239164/190521 saylı kredit müqaviləsi ləğv edilsin. 683 manat 08 qəpik əsas borc, 20 iyun 2022-ci il tarixə 82 manat 92 qəpik faiz, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurduğu zərər (Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5 % olmaqla) 3 manat 4 qəpik, 20 iyun 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 35 manat 17 qəpik dəbbə pulu (cərimə) olmaqla, cəmi 804 manat 21 qəpik məbləğində pul vəsaiti və ödənilmiş30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-2091/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2091/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver