Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2092/2022 15.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC iəl Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 027R********** saylı krеdit razılaşmasının və onaəlavəedilmiş sazişlərin ləğv edilməsi; Cavabdеhlər Cavabdeh1ğaseyran oğlundan, Cavabdeh3, ŞıxlıBilal İlham oğlundan müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 3248.84 manat məbləğində krеdit bоrcu, 563.33 manat məbləğində faiz bоrcu və 808.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4620 (dörd min altı yüz iyirmi) manat 72 (yetmiş iki) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 66.21 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1ğaseyran oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 05L000003758 saylı krеdit xətti müqaviləsinə əsasən 120 (yüziyirmi)aymüddətinə 30000 (otuzmin) ABŞ Dollarıməbləğində krеdit хəttiaçılmışdır. Bumüqaviləyəəsasən cavabdehə vеriləcək məbləğ və müddətayrıca оlaraq Krеdit razılaşmasıilə müəyyən оlunur. Kredit xəttimüqaviləsi üzrə Cavabdeh1ğaseyran oğlu "xxxx"QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 027R********** saylı krеdit razılaşmasıəsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manatməbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 027R**********S saylı, xx.xx.2021-ci il tarixli 027R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1ğaseyran oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ciiltarixdən banka qaytarmamışdır. Cavabdeh1ğaseyran oğlu götürdüyü krеdit bоrcundan 1751.16 manat ödəmiş, onun 3248.84 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ciiltarixə 288 gün üçün hesablanmış faiz borcu 563.33 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 288 gün üçün hеsablanmış cərimə 808.55 manat təşkiledir. Kredit xəttimüqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alanmüvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitamvеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xəttimüqaviləsi üzrə Cavabdeh1ğaseyran oğlunun öhdəliklərinin icrasınıtəmin еtmək məqsədiləcavabdеhlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit хəttimüqaviləsi üzrə krеditin qaytarılmasıilə bağlı onun bütün öhdəlikləriniicraеtməlidirlər. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına ərizə ünvanlayaraq hazirki mülki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini,məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı QSC ilə Cavabdeh1 arasında 06 iyun 2013-cu il tarixli kredit xətti müqaviləsinin məzmunundan görünür ki, həmin müqaviləyə əsasən bank kredit alan qismində Cavabdeh1 30000 manat məbləğində kredit xəttini açır, kreditlər tərəflər arasında bağlanılmış kredit razılaşması formasında ayrıca razılaşma əsasında verilir, istənilən məbləğ 120 ay müddətinə 6 iyun 2023-cü il tarixdən gec olmayaraq verilir, verilən kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi tərəflər arasında bağlanan Razılaşma il\ müəyyən edilir. xx.xx.2020-ci il tarixli 027R********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1, 24 ay müddətinə 5000 manat məbləğində 2,0833 faiz dərəcəsi ilə kredit verilmiş, borcalan həmin kredit məbləğini aylıq öədnişlər etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş planının məzmunundan görünür ki, 027R********** saylı Kredit Razılaşması üzrə Cavabdeh1 5000 manat məbləğində krediti 24 ay müddətində hər ay 270 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür, həmin öədniş planı zamin qismində çıxış edən Cavabdeh3 və Cavabdeh2 tərəfindən imza edilmişdir. 19 aprel 2019-cu il tarixli 027S**********03 saylı və 027S**********01 saylı zaminlik müqavilələrinin məzmunundan görünür ki, 06 iyun 2013-cü il tarixli kredit xətti müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan Kredit Razılaşması üzrə yaranmış öhdəliklərin icrasının təminatı qismində iddiaçı bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələləri bağlanılmış, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərin Cavabdeh1tərəfindən vaxtında icra edilməsinə görə onunla birgə kreditor qarşısında birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşlər. 09 fevral 2021-ci il tarixli Kredit Razılaşmasının məzmunundan görünür ki, borcalan Cavabdeh1 ilə iddiaçı bank arasında 06 iyun 2013-cü il tarixli kredit xətti müqaviləsi və 09 fevral 2021-ci il tarixli kredit razılaşması üzrə qalıq kredit məbləğinin 09 fevral 2021-ci il tarixli Ödəniş Planına uyğun ödənilməsi barədə razılıq əldə edilmişdir. 09 fevral 2021-ci il tarixli Ödəniş Planının məzmunundan görünür ki, Cavabdeh1 restruktruzasiya olan qalıq kredit məbləğini 3443,73 manat məbləğində krediti 16 ay müddətində hər ay 270 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüş, zamin qimsinə çıxış edən Cavabdeh3 həmin öədniş planı ilə tanış olaraq, imzalamışdır. 08 iyul 2021-ci il tarixli Ödəniş Planının məzmunundan görünür ki, 027R********** saylı Kredit Razılaşması üzrə Cavabdeh1 23 ay müddətinə hər ay 186 manat ödəniş etməklə, qalıq 3316,99 manat məbləğində (restruktruzasiya olunan qalıq kredit məbləğini) banka qaytarmağı öhdəsinə götürmüşdür, zamin qimsində Cavabdeh3 həmin ödəniş planı ilə tanış olub, imzalamışdır. 08 iyul 2021-ci il tarixli 027R**********SA saylı Kredit Razılaşmasının məzmunundan görünür ki, iddiaçı bank ilə borcalan X1 arasında 06 iyun 2013-cü il tarixli kredit xətti müqaviləsi və 09 fevral 2021-ci il tarixli kredit razılaşması üzrə qalıq kredit məbləğinin 08 iyul 2021-ci il traixli Ödəniş Planına uyğun ödənilməsi barədə razılıq əldə edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə kredit müqaviləsinə dair elektron hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə mədaxil və məxaric məbləğləri, məbləğdən çıxılmalar ayrı-ayrılıqda qeyd edilmişdir. Xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci il tarixli 027S**********01 saylı kredit müqaviləsi üzrə yaranmış qalıq borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasındaxx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi bağlanılmış, daha sonra həmin müqavilə əsasında tərəflər arasında xx.xx.2020-ci il–tarixdə 027L**********59 saylı kredit razılaşması bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 5000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında həmin kredit razılaşması üzrə qalıq kredit məbləğinin ödənilməsinə dair xx.xx.2021-ci il tarixli razılaşma və ona uyğun olaraq ödəniş planı və xx.xx.2021-ci il traixli razılaşma və ona uyğun olaraq ödəniş planı təsdiq olunmuşdur. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli 027S**********03 və Cavabdeh3 ilə xx.xx.2020-ci il tarixli 027S**********01 saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər, kredit razılaşmalarına uyğun olaraq ödəniş planları ilə tanış olmuşlar. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhədliyi icra etdiyi halda, əsas borclu Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır.Digər cavabdehlər isə zamin qismində çıxış etdiyindən, mülki qanunvericiliyin tələbinə əsasən borc öhdəliyinin lazimi qaydada icra edilməsinə görə onların əsas borclu ilə birgə bank qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır. Bu halda,məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş və cavabdehlər onalrın risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə birgə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın müqavilə üzrə əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və 324 manat məbləğində müəyyən edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İş materialalrından görünür ki, iddiaçı tərəfindən 66.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 66.21 manat məbləğində dövlət rüsumunun 63,16 manat məbləğində olan hissəsi (iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, iddiaçı tərəfindən hesablanmış iddia tələbinin əsas borc və faiz borcu hissəsinin hər birini ayrılıqda nəzərdən keçirdərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 027R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli 027R********** saylı kredit razılaşması üzrə yaranmış 3248.84 manat məbləğində əsas borcu,563.33 manat məbləğində faiz borcu və 324 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4136.17 məbləğində borcu və ödənilmiş dövlət rüsumunun 63,16 manat məbləğ hissəsi tutularaq iddiaçı “Accessbank QSC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 027R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli 027R********** saylı kredit razılaşması üzrə yaranmış 3248.84 manat məbləğində əsas borcu,563.33 manat məbləğində faiz borcu və 324 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4136.17 məbləğində borcu və ödənilmiş dövlət rüsumunun 63,16 manat məbləğ hissəsi tutularaq iddiaçı “Accessbank QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-2092/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2092/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver