Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2116/2023 26.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7016.86 manat əsas borcu, cəmi 7016.86 manat borcun və ödənilmiş 90,20 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2020-ci il tarixli BPM**********69 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 20 %-lə, 18 ay müddətinə 7800 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 086128 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 655 nömrəli məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh 3 saylı “Asan xidmət” mərkəzində notariat ofisinə müracət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixində 2V/781 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 7016.86 manat əsas borcu olmaqla, cəmi 7016.86 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-12622/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında mias əmlak evi qəbul etsə də borcu dair iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, mərhum heç harda işləmirdi,sadəcə pensiya alırdı. Ev isə birgə nikah dövründə əldə edilmişdir və qiyməti təxminən 60 min olar. Cavabdehxx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsini ünvanlayaraq, bildirmişdir ki , İddia ərizəsindən aydın olur ki 'Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə mərhum həyat yoldaşı X8 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış BPM**********69 saylı kredit müqaviləsinə əsasən onun banka olan 7016 manat borcu və ödənilmiş 90 manat dövlət rüsumu vərəsəsi kimi ondan tələb olunur.Əsas kimi 3 saylı "Asan xidmət" mərkəzinin notariat ofisinin ona xx.xx.2020-ci il tarixdə 2V/781 reyestr saylı" Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin veilrməsi göstərilir.iddia ərizəsində yazılır ki, guya mübahisənin məhkəmədən kənar həlli üçün ona xx.xx.2023-cü il tarixdə 6-2-22/2-12622/2023 saylı "xəbərdarlıq məktubu" göndərilməsinə baxmayaraq o, "öhdəliyini bu günədək tam şəkildə" yerinə yetirməmişdir” kimi qeyd olunmuşdur. Bildirir ki,ünvanına belə bir məktub göndərilməmiş,şəxsən də verilməmişdir. Odur ki,bu haqda ərizədə yazılanlar həqiqətə uyğun deyildir.iddia ilə bağlı bildirir ki,mərhum həyat yoldaşının iddiaçı ilə belə bir kredit müqaviləsi bağlamasından onlar xəbərsiz olmuşlar,özü üçün almışdır. Bu krediti ailənin tələbatı üçün xərclənməmişdir.Həmçinin mərhum həyat yoldaşından elə bir qiymətli əmlak qalmamışdır ki,onunla bağlı vərəsəlik açılsın. Qaldı birgə nikah dövründə Lökbatan qəsəbəsi,N.Nərimanov küçəsi 12-a saylı binada əldə etdiyi mənzilə,bu mərhumla onun ümumi mülkiyyəti olmuşdur və ailəliklə,uşaqları ilə birlikdə bu mənzildə yaşayırlar.3 saylı "Asan xidmət" mərkəzində mən mərhumla ümumi evini öz adına keçirmişdir.Orada ona "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə" verilməmişdir. Sadəcə mənzilə adına Çıxarış (kupça) veriblər. Qanunvericilikdədə elə göstəriş yoxdur ki,tələb birbaşa yaşayış mənzilinə,insanların zəruri təlabatlarını təşkil edən əmlaklarına yönəldilsin.Hazırda uşaqları ilə birlikdə bu mənzildə yaşayırlar. İddia ərizəsindəndə göründüyü kimi ona guya "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" xx.xx.2020-ci il tarixdə verilmişdir. Ancaq iddia ərizəsində bu "vərəsəliklə" o, mərhumun hansı mülkiyyətinə vərəsə olduğu və onu əldə etdiyi göstərilməmişdir.İddiaçı vərəsəlik yolu ilə "əldə olunan" əmlakı göstərməli,vərəsəyə olan tələbini yaradan səbəbi əsaslandırmalıdır. Həmçinin xx.xx.2020-ci il tarixdə vərəsəlik şəhadətnaməsini "almışamsa", onda nədən iddia həmin vaxt yox indi verilir. Hansı ki, mərhumun ölümündən sonra, onun ölümü ilə bağlı şəhadətnamənin surətini banka şəxsən təqdim etmişdi. Kreditorların vərəsələrə olan tələbləri müəyyən iddia müddəti ilə müəyyən edilir ki,bu iddia müddəti də artıq ötürülmüşdür.Əgər iddiaçı son vaxtlarda xalq arasında gəzən bu haqda hansısa qanun qəbul edilib" halına söykənirsə (ərizəsində bu halda yoxdur) onda bu cür iddialar elə bir qanun qəbul edilibsə,ondan sonrakı dövrlərdə yaranan uyğun mübahisələrə tətbiq oluna bilər.Ancaq zamana görə bu iddiaya tətbiq oluna bilməz.Mərhum həyat yoldaşı bu kredit müqaviləsini iddiaçı ilə bağlayanda artıq 64 yaşın işində (xx.xx.1957 təvəllüd) idi. Bu yaşda müştəriyə kredit vermək aşkar riskidi. Odur ki,onunla sığorta müqaviləsi bağlanmalıydı ki,kreditin ölüm faktı ilə əlaqədar ödənilməyən hissəsini sığorta qurumu ödəsin. Aydındır ki, bu yaşda müştəri ilə sığorta qurumu çətin ki, sığorta müqaviləsi bağlayardı. Ölümü haqqında Şəhadətnamədən də görünür ki, mərhum "bronxlarm və ya ağciyərin yuxarı payının xərçəngi” xəstəliyindən ölüb. Əgər sığorta müqaviləsi bağlanardısa, sığortaçı mütləq həkimdən sağlamlıqla bağlı arayış tələb edəcəkdi. Məlum olacaqdı ki,mərhum tezliklə ölümlə nəticələnəcək ağır xəstədir və kredit müqaviləsidə bağlanmayacaqdı. Odur ki, iddiaçı da bilə-bilə sığorta müqaviləsi bağlamayıb, riskə gedib kredit verməklə qanunvericiliyi pozub. Belə ki,həmin kredit müqaviləsi qanunun tələblərinə uyğun bağlanmamaqla,bağlandığı andan etibarsız idi. Kredit müqaviləsinin 1,2-ci maddəsindən görsənir ki, krediti mərhum şəxsi istahlak məqsədləri üçün götürübdür.Bu hal iddiaçını narahat etməliydi. Bu yaşda adama bu şərtlə kredit buraxmaq birbaşa risk idi. Həmçinin bu krediti mərhum ailəyə bildirmədən,müzakirə etmədən özü götürüb və təyinatındanda göründüyü kimi şəxsi istehlakınada xərcləyib.Şübhəsiz ki,xəstəliyinin müalicəsinə xərcləyib.Bank həmçinin həmin vaxtlarda mərhumun uzunmüddətli büllütenlərdə olub dənizdə neftçıxarma işindən az maaş aldığını görməliydi. Görünür bankı bu krediti verməyə həvəsləndirən mərhumun 1000 manatdan artıq aylıq təqaüd alması olmuşdur ki, bunun özüdə risk idi. Bank mərhumla heç ipoteka müqaviləsidə bağlamamış,krediti təmin edən heç bir addım atmamışdır,Odur ki,iddiaçının mənzilin mərhumun payına olan hissəsinə iddia etmək əsasıda yoxdur. Bildirir ki, mərhum krediti götürən aydan başlayaraq 506 manat olmaqla iki ay cəmisi 1012 manat banka kredit borcunu ödəmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli BPM**********69 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh mərhum X9 illik 20 %-lə, 18 ay müddətinə 7800 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, X7 7016,86 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli BPM**********69 saylı Kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, X9 7800 manat krediti 18 ay müddətində aylıq 505,2 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-cu il tarixli məxaric orderindən görünür ki, Azərbaycan Beynəxalq Bankı” ASC tərəfindən X9 7722 manat məbləğində pul ödənilmşdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 086128 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 385 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 3 saylı "Asan xidmət" mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli 1167 saylı məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X7 ölümündən sonra 270/2020 nömrəli vərəsəlik işi açılmış və Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixdə 2V/781 reyestr saylı" Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X7 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almış və mərhumun vərəsəsinə qalacaq miras əmlak- Bakı şəhəri, ünvan 1anov küçəsi ev 12-a, 30 saylı mənzil ünvanında yerləşən ümumi sahəsi 55,44kv/m, yaşayış sahəsi 45,84 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 3 saylı "Asan xidmət" mərkəzinin notariat ofisində təsdiq olmuş xx.xx.2023-cü il tarixdə ölmüş X7 digər vərəsələri qızı-X2 və oğlu X4 ərizələrindən görünür ki , onlar mərhum X6 miras qalmış əmlakın onlara düşən paylarından anaları- Cavabdeh xeyrinə imtina etmişdilər. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X10 arasında kredit müqaviləsi bağlanmış, X10 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. X10 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, X7 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh mərhum X6 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə iddia təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia təmin edilməli, xx.xx.2023-ci il tarixdə ölmüş X7 vərəsəsi-Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7016,86 manat borc və 90,20 manat ödənilmiş dövlət rüsumu, habelə 40(qırx) qəpik xidmət haqqı tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7016(yeddi min on altı) manat, 86(səksən altı) qəpik borc və 90(doxsan) manat 20(iyirmi) qəpik ödənilmiş dövlət rüsumu, habelə 40(qırx) qəpik xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-2116/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2116/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver