Məhkəmə qərarları › İş №e-2(002)-2137/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2137/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2137/2025 06.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqavilələri üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqavilələri üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli MXD-48-2022 saylı kredit müqaviləsi üzrə 970,46 manat əsas borc, 19,12 manat faiz, 75,84 manat cərimə, 1,75 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz olmaqla, cəmi 970,46 manat pul vəsaiti; xx.xx.2024-cü il tarixli MXD-3394-2024 saylı plastik kart kredit müqaviləsi üzrə 666 manat əsas borc, 48,23 manat faiz, 1,92 manat cərimə, 1,20 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz olmaqla, cəmi 717,35 manat pul vəsaiti və ödənilmiş 37,82 manat məhkəmə xərcinin (dövlət rüsumunun) Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli MXD-48-2022 saylı kredit müqaviləsi üzrə 970,46 manat əsas borc, 19,12 manat faiz, 75,84 manat cərimə, 1,75 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz olmaqla, cəmi 1.067,17 manat pul vəsaiti; xx.xx.2024-cü il tarixli MXD-3394-2024 saylı plastik kart kredit müqaviləsi üzrə 666 manat əsas borc, 48,23 manat faiz, 1,92 manat cərimə, 1,20 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz olmaqla, cəmi 717,35 manat pul vəsaiti və ödənilmiş 37,82 manat məhkəmə xərcinin (dövlət rüsumunun) Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli MXD-3394-2024 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 18 % hesablanmaqla, 12 ay müddətinə qaytarılmaq şərti ilə 666 manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2024-cü il tarixli MXD-3394-2024 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 61,06 manat təşkil edir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli MXD- 48-2022 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 16 % hesablanmaqla, 36 ay müddətinə qaytarılmaq şərti ilə 2.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli MXD-48-2022 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 70,31 manat təşkil edir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaitləri təyinatı üzrə istifadə edilsə də, kredit müqavilələri üzrə öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli MXD-48-2022 saylı kredit müqavilələrinin 5.1.6cı bəndinə əsasən bank borcalan tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə müqaviləyə birtərəfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Eyni müddəa xx.xx.2024-cü il tarixli MXD-3394-2024 saylı kredit müqaviləsində də öz əksini tapmışdır. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən bank tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmiş, kredit müqavilələri üzrə borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2025-ci il tarixə hesablanmaqla xx.xx.2022-ci il tarixli MXD-48-2022 saylı kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında ümumilikdə 1.065,42 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 970,46 manat əsas borc, 19,12 manat faiz, 75,84 manat cərimə, 1,20 manat isə gecikdirilmiş vaxt üçün illik 5 % məbləği həddində hesablanmış faizi ehtiva edir. xx.xx.2025-ci il tarixə hesablanmaqla xx.xx.2024-cü il tarixli MXD-3394-2024 saylı kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında ümumilikdə 717,35 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 666 manat əsas borc, 48,23 manat faiz, 1,92 manat cərimə, 1,20 manat isə gecikdirilmiş vaxt üçün illik 5 % məbləği həddində hesablanmış faizi ehtiva edir. Qeyd edilir ki, faiz pretenziya məktubunda göstərilən tarixə hesablanmış faizi ehtiva etməkdə, gecikdirilmiş vaxt üçün illik 5 % məbləğində vəsait isə pretenziya məktubunun göndərilməsindən iddia ərizəsinin tərtib edildiyi tarixə kimi olan dövrü əhatə etməkdədir. Öncəki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli MXD-48-2022 saylı kredit müqaviləsindən (birdəfəlik kredit) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16 % ödənilməsi şərti ilə 2.000 manat mikro istehlak krediti verilmişdir. - xx.xx.2024-ci il tarixli MXD-3394-2024 saylı kredit müqaviləsindən (birdəfəlik kredit) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 18 % ödənilməsi şərti ilə 666 manat mikro istehlak krediti verilmişdir. - Təqdim olunmuş maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli MXD-48-2022 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 970,46 manat əsas borc, 19,12 manat faiz, 75,84 manat cərimə, 1,75 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz olmaqla, cəmi 1.067,17 manat; xx.xx.2024-cü il tarixli MXD-3394-2024 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 666 manat əsas borc, 48,23 manat faiz, 1,92 manat cərimə, 1,20 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz olmaqla, cəmi 717,35 manat borcunun olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2025-ci il tarixli 02/863 saylı pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit müqavilələri üzrə borcların ödənilməsi tələb edilmiş, əks təqdirdə ona məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli **********25 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 37,82 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli MXD-48-2022 saylı kredit müqaviləsi üzrə 970,46 manat əsas borc, 19,12 manat faiz, 75,84 manat cərimə, 1,75 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz olmaqla, cəmi 970,46 manat pul vəsaiti; xx.xx.2024-cü il tarixli MXD-3394-2024 saylı plastik kart kredit müqaviləsi üzrə 666 manat əsas borc, 48,23 manat faiz, 1,92 manat cərimə, 1,20 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz olmaqla, cəmi 717,35 manat pul vəsaiti və ödənilmiş 37,82 manat məhkəmə xərci (dövlət rüsumu) Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli MXD-48-2022 saylı kredit müqaviləsi üzrə 970,46 manat əsas borc, 19,12 manat faiz, 75,84 manat cərimə, 1,75 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz olmaqla, cəmi 970,46 manat pul vəsaiti; xx.xx.2024-cü il tarixli MXD- 3394-2024 saylı plastik kart kredit müqaviləsi üzrə 666 manat əsas borc, 48,23 manat faiz, 1,92 manat cərimə, 1,20 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz olmaqla, cəmi 717,35 manat pul vəsaiti və ödənilmiş 37,82 manat məhkəmə xərci (dövlət rüsumu) Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar