Məhkəmə qərarları › İş №e-2(002)-2150/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2150/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2150/2022 14.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdeh X2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 3626,68 (üç min altı yüz iyirmi altı manat 68 qəpik) manat – bundan 1014,50 (bir min on dörd manat 50 qəpik) manat əsas, 1421,04 (bir min dörd yüz iyirmi bir manat 04 qəpik) manat faiz, 1043,58 (bir min qırx üç manat 58 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147,56 (bir yüz qırx yeddi manat 56 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 56,27 (əlli altı manat 27 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 iyul 2017-ci il tarixli 001988 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. 12 iyul 2017-ci il tarixli 001988 nömrəli Bank Xidmətləri Müqaviləsinə əsasən 12 iyul 2017-ci il tarixində 5 saylı Əlavə saziş bağlanaraq Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri, ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3626,68 (üç min altı yüz iyirmi altı manat 68 qəpik) manat təşkil edir. Bundan 1014,50 (bir min on dörd manat 50 qəpik) manat əsas, 1421,04 (bir min dörd yüz iyirmi bir manat 04 qəpik) manat faiz, 1043,58 (bir min qırx üç manat 58 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147,56 (bir yüz qırx yeddi manat 56 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********763 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına ərizə təqdim edərək,məhkəmə iclasında iştirak edə bilməyəcəklərini ,iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən-əsas borc hissəsində qəbul etdiyini, faiz borcu qəbul etmədiyini, qəbul etməmə səbəbi isə faiz borcunun silinməsini istədiyini, bununla bağlı ekspertiza keçirilməsi barədə vəsatətinin olmadığını bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iş materiallarını araşdıraraq, habelə iş materiallarına əlavə edilmiş sübutlar məcmuəsini əsas götürərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli,KM037T07170070 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC-nin (Ləğv prosesindədir) tərəfindən Cavabdeh 24 ay müddətinə 3000 manat məbləğində kredit verilməsini, borcalan Cavabdeh isə həmin kredit məbləğini 28 illik faiz dərəcəsi ilə 24 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. KM037T07170070 nömrəli, xx.xx.2017-ci il kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 24 ay müddətinə hər ay 164.67 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 3000 manat məbləğində krediti təhvil almışdır. İddiaçı ASC-nin (Ləğv prosesindədir) xx.xx.2022-ci il tarixli, **********763 nömrəli Cavabdeh ünvanlanmış bildirişin məzmunundan görünür ki, Cavabdeh borcunun 3 gün ərzində banka ödənilməsi tələb olunmuş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC (Ləğv prosesindədir) ilə cavabdeh borclu qimsində Cavabdeh arasında xx.xx.2017-ci il tarixli kredit müaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Bununla da, kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə cavabdehin bank qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, cavabdeh iddiaçı qarşısında əsas borc üzrə borc öhdəliyinin olduğunu qəbul etmiş, digər faiz və cərimə borları üzrə öhdəliyini qəbul etməmişdir. Lakin məhkəmə araşdırması zamnaı cavabdeh tərəfindən iddia tələbinə etirazın əsaslarına dair heç bir dəlilə istinad edilməmiş, heç bir sübut təqdim edilməmişdir. Bununla da, cavabdehin etirazının əsaslarını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borc hissəsində qalıq borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi kredit borcunun qaytarılması və gecikdirilmiş vaxt üçün hesalanmış faiz borcunun qaytarılması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 101 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur.Ona görə də iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 56.27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin 56.27 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 46,84 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya öədnilməli, qalan hissədə iddiaçıya aid eidlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1014.50 manat əsas borc, 1421.04 manat faiz borcu, 101 manat cərimə borcu, 147.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 2684.1 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 46,84 manat məbləğində olan hissəsi tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-in (Ləğv prosesindədir) xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1014.50 manat əsas borc, 1421.04 manat faiz borcu, 101 manat cərimə borcu, 147.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 2684.1 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 46,84 manat məbləğində olan hissəsi tutularaq Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hisəssi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar