Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2155/2025 18.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 215.61 manat olmaqla cəmi 215.61manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASCnin Kart Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CO0520609 saylı Tamkart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft - müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri Banka ödəməyi öhdəsinə götürür. Kart Mərkəzi filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 215.61 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2024-cü il tarixində hesabında 0 AZN olmasına baxmayaraq 120.44 AZN məxaric edərək hesabından 120.44 AZN artıq istifadə etmişdir. Daha sonra müştəri müxtəlif tarixlərdə hesabından məxariclər edərək ümumilikdə 210.73 AZN vəsaitdən artıq istifadə etmişdir. Cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 215.61 AZN borcu mövcüddür. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 215.61 AZN borcu olmuşdur. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 215.61 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2-22/2-12790/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında qeyd etdi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, CO0520609 saylı Tamkart müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə istifadə üçün plastik kart təhvil verilmişdir. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına sistemdə baş vermiş xətadan sui-istifadə edərək 215.61 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, müştəri müxtəlif tarixlərdə hesabından məxariclər edərək ümumilikdə 210.73 AZN vəsaitdən artıq istifadə etmişdir. Cavabdehin hazırda gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 215.61 AZN borcu mövcuddur. Qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, CO0520609 saylı Tamkart müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh istifadə etmək üçün plastik kart verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə məxsus ******************** saylı plastik kart hesabından(balans 0.00 olduğu halda) xx.xx.2024-cü il tarixdə 120,44 manat, 50,17 manat, 36,12 manat və 4 manat olmaqla cəmi 210,73 manat məbləğində məxariclər etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə əsassız varlanmaya görə məbləğ-210,73 manat, illik hesablanmış 5% məbləğ isə 4,88 olamaqla cəmi 215,61 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünürki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-ci maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.). Həmin Məcəllənin 1094-cu maddəsinə görə, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə mübahisə predmeti ilə bağlı qeyd edir ki, mülki iş üzrə iddiaçı "xxxx" ASC Cavabdeh xx.xx.2024-cü il tarixə 215,61 manat borcunun yarandığını bildirərək həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı bank iddia tələbini onunla əsasladırır ki, cavabdeh iddiaçının ona verdiyi plastik kart hesabında olan vəsaitdən artıq miqdarda vəsait-215,61 manat pul məxaric edərək, yaranmış borcu qaytarmamış və nəticədə onun hesabına 215,61 manat məbləğində əsassız varlanmaya səbəb olmuşdur. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlı olsa da məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə məhkəmə araşdırması əsasında qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh "xxxx" ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı bankın texniki səhvinə görə cavabdehin ödəniş kartına yüklənmiş artıq məbləğin, yəni banka aid vəsaitin cavabdeh tərəfindən əsassız mənimsənildiyi təqdim edilmiş hesabdb çıxarış və maliyyə arayışı ilə öz təsdiqini taparaq sübut olunmuşdur. Bu səbəbdən məhkəmə əlavə edir ki, hazırki halda cavabdehin iddiaçının hesabına varlanması üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcud olduğundan cavabdeh tərəfindən həmin məbləğin qaytarılmasına dair iddiaçının tələbi əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 AZN məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı ödənilmiş və cavabdehdən həmin məbləğin də tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırda iddia tələbi olan əsas tələb təmin edildiyindən ondan törəmə olan dövlət rüsumunun tutulmasına dair tələbi də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli Cavabdeh iddiaçı "xxxx" ASC-nın xeyrinə 215,61 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu və 40( qırx) qəpik xidmət haqqı tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 483, 120-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsassız varlanma üzrə yaranmış 215,61(iki yüz on beş manat altmış bir qəpik) manat pul vəsaiti və ödənilmiş 30,4(otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-2155/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2155/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver