Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2174/2023 13.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC “Bank Standard” KB-nin (Ləğv Prosesindədir) Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standard” KB (Ləğv Prosesindədir) Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/125820/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 248.35 (iki yüz qırx səkkiz manat, 35 qəpik) manat məbləğində əsas borc, 153.98 (yüz əlli üç manat, 98 qəpik) manat məbləğində faiz borcu, 190.45 (yüz doxsan manat, 45 qəpik) manat məbləğində cərimə borcu, 64.35 (altmış dörd manat, 35 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 657.13 (altı yüz əlli yeddi manat, 13 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında hazırkı iş üzrə Cavabdeh ölməsi barədə onlarda məlumat olmadığı üçün hazırkı iddia ərizəsinin qaldırıldığını, iş üzrə icraata xitam verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materialları araşdıraraq hesab edir ki, hazırkı mülki iş üzrə iddia ərizəsinə Cavabdeh aid olan hissədə məhkəmədə baxılmalı olmadığından (vəfat etmiş şəxsə qarşı iddia tələbi irəli sürüldüyündən) həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. İş materiallarından görünür ki, hazırkı mülki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarından görünür ki, hazırkı mülki iş üzrə cavabdeh qismində çıxış edən şəxs Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmiş, yəni iddiaçı tərəfindən vəfat etmiş şəxs barəsində iddia tələbi irəli sürülmüşdür. Halbuki mülki prosessual qanunvericiliyində vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, şəxsin mülki prosessual hüquq münasibətlərinin subyekti qismində çıxış etməsi üçün zəruri olan şərtlərdən biri də şəxsin məhz prosessual hüquq qabiliyyətinə, yəni mülki prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə malik olması şərtidir, hüquq qabiliyyəti isə şəxsin ölümü ilə xitam olunur. Deməli vəfat etmiş şəxs mülki prosessual hüquq qabiliyyətinə (prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə) malik deyildir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hazırkı mülki iş üzrə iddia tələbi vəfat etmiş (prosessual hüquq qabiliyyəti olmayan) şəxsə qarşı irəli sürüldüyündən, iddia tələbi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Mülki prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd edilən halları nəzərə alaraq, mülki prosessual qnaunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə iddia tələbi vəfat etmiş şəxsə (prosessual hüquq qabiliyyəti olmayan şəxsə) qarşı irəli sürüldüyündən, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı QSC “Bank Standard” KB-nin (Ləğv Prosesindədir) Cavabdeh qarşı "xxxx" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-2174/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2174/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver