Məhkəmə qərarları › İş №e-2(002)-2184/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2184/2023

19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2184/2023 19.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və X12 qarşı maddi ziyanın ödənilməsi tələbinə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissəsi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 25 445,00 (iyirmi beş min dörd yüz qırx beş) manat məbləğində vurulmuş zərərin əvəzinin, 121,00 (bir yüz iyirmi bir) manat ödənilmiş vəkil xidmət haqqının və 167,00 (bir yüz altmış yeddi) manat ödənilmiş dövlət rüsumunun, cəmi 25 733,00 (iyirmi beş min yeddi yüz otuz üç) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh X18 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC-yə məxsus və marşrut xətti üzrə hərəkət edən “Daewoo BS090” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən Bakı-Qazax Gürcüstan sərhədi avtomobil yolunun 24-cü kilometrliyində yol-nəqliyyat hadisəsi törətmiş və X13 mülkiyyətində olan “Hyundai Elanrta” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə 25 445,00 (iyirmi beş min dörd yüz qırx beş) manat məbləğində maddi zərərin vurulmasına və X13 və X3 ölümünə səbəb olmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1855/2022 saylı Hökmünə əsasən cavabdeh X18 AR CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd etmək istəyir ki, cavabdehlər Cavabdeh1 MMC-yə və X12 dəfələrlə müraciət edilərək “Hyundai Elanrta” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsi xahiş edilsə də, cavabdehlər ödənişi ödəməkdən imtina etmişdir, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdilər. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq maddi ziyandan başqa həmçinin, dövlət rüsumunun və hüquqi xidmət üçün vəkilə ödənilmiş vəkil haqqının tutulmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatlarında qeyd etdilər ki, yeni ekspertizanın təyin olunması vaxtın uzanmasına əsas olacağından hazırkı ekspertiza rəyi ilə razılaşdığını bildirmişdilər. Cavabdeh X18 iddia ərizəsinə etiraz ərizəsi göndərərək, bildirir ki, yaranmış vəziyyət ilə əlaqədar o Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əlavə edir ki, Cavabdeh1ndə sürücü işlədiyi müddətində yol hərəkət qaydalarına müntəzəm əməl etmiş və işinə hörmətlə yanaşmışdır. Lakin şirkət onun istirahət hüququnu pozaraq fasiləsiz işləməyə məcbur etdiyindən nəticədə avtoqəza törədərək, bədbəxt hadisə baş vermişdir. Göründüyü kimi şirkət tərəfindən onun hüquqları istismar olunaraq pozulmuşdu. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri və ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1855/2022 saylı hökmünə əsasən X17 Azərbaycan Respublikasının CM-nin 263.3,-cü maddəsi ilə təqsirli bilinib , 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, X17 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilsin və məhkəmə iclası zalında həbsə alınsın.X17 cəzasını ümumi rejimli cezaçekmə müəssisəsində çəksin. X15 əsas cəza kimi təyin edilən azadlıqdan məhrumetmə, cəzasım çəkməsinin başlanğıcı 2022-ci il dekabrın 02-dən; əlavə cəza qismində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası isə o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə teyin edilməsi və müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuru tərəfindən göstərilən sənədin icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılması, zərər çəkmiş şəxslər X2 və X16 hüquqi varisi X10 mülki iddiası, qismən təmin edilməklə X8 alınıb X10 xeyrinə mənəvi ziyana görə 2 000 manat və mülki iddianın bu hissəsinə düşən dövlət rüsumuna görə 40 manat, ümumilikdə 2.040 manat tutulsun, mülki iddiası qalan hissədə baxılmamış saxlanılsın, ona mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Zərər çəkmiş şəxslər X1 və X16 hüquqi varisi X10 iddia ərizəsinə görə ödədiyi qalan 476 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılası ,iş üzrə ekspertiza tədqiqatının dəyəri-128 manat X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, X15 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri « Kredo » vəkil bürosunun nəfine (VÖEN: **********) 240 manat köçürülsün.X17 barəsində xüsusi müsadirə tətbiq edilməsin.X17 barəsində seçilən həbs qismində qətimkan tədbir hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1855/2022 saylı hökmündən görünür ki, Cavabdeh2 “BMH" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi üzrə sürücü işləmiş, yol vərəqəsindən göründüyü kimi, xx.xx.2022-dən xx.xx.2022-ci il tarixədək “Daewoo BS090” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtobusu idarə etməyə Cavabdeh2 həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-83 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, X16 vərəsəsi- X14 “Hyundai Elanrta” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobil miras əmlak qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında təqdid edilmiş Ədliyyə Nazirliyinin 2 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 895 nömrəli arayışından görünür ki, X7 miras qalmış əmlaka dair 2 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixində vərəsəslik işi açılmışdır.X4 vərəsəsi kimi oğlu- İddiaçıdur. İş materiallarında olan “Servis Departamentinin” automobile services şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundai Elanrta” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin həcmi 25445 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 121 manat məbləğində pul vəsaiti “LCG” vəkil bürosuna, həmin tarixdə 167 manat məbləğində dövlət rüsumu dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli, 9/7509 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan, nəzəri hesablama yolu ilə təmiri rentabelli hesab edilməyən, qəzadan sonra təxminən avtomobilin ümumi dəyərinin 30% həcmində hissələrinin salamat qalması nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Hyundai Elanrta” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 13650 (19500-30%) manat müəyyən olmuşdur. Tətbiq edilən hüquq normaları: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən,hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasənətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə (ilkin vəziyyəti bərpa etmək vəzifəsi) əsasənzərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1.-ci maddəsinə əsaən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 07 avqust 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh2 təqsirli bilindiyi, həmin vaxt onun Cavabdeh1 MMC-nin işçisi olduğu və hadisənin əmək vəzifələrinin icrası zamanı baş verdiyi, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyanın vurulduğu mübahisə doğurmur və bu hallar iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1855/2022 saylı hökmü ilə təsdiq edilmişdir. Məhkəmə iclaslarında tərəflər arasında dəymiş maddi ziyanın məbləğinə dair mübahisə yarandığından, maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, maddi ziyan məbləği ekspert rəyi ilə müəyyən edilmiş hissədə əsaslı hesab edilərək, maddi ziyan barədə iddia tələbi qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, maddi ziyan barədə iddia tələbi qismən, ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğ hissəində-13650 manat həddində əsaslı hesab olunaraq təmin edilməlidir. Həmçinin, iş materiallarında olan ödəniş qəbzindən göründüyü kimi iddiaçı tərəfindən 121 manat məbləğində vəkil haqqı ödənilmiş və həmin məbləği cavabdehdən tələb edir, məhkəmə hesab edir ki, əsas iddia tələbi qismən təmin edildiyindən ondan törəmə olan digər tələb də təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin qiymətinə uyğun olaraq ödənilmiş 167 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 131,31 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada maddi ziyanın əvəzi olaraq 13650 manat məbləğində maddi ziyan, 121 manat vəkil xərci olmaqla cəmi 13771 manat pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 131,31 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada maddi ziyanın əvəzi olaraq 13650(on üç min altı yüz əlli) manat məbləğində maddi ziyan, 121(yüz iyirmi bir) manat vəkil xərci olmaqla cəmi 13771(on üç min yeddi yetmiş bir) manat pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 131(yüz otuz bir) manat,31(otuz bir) qəpik dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 100(yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X6, kodu:210005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab: AZ34CTRE********************. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar