Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2195/2025 18.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, nağd kredit üzrə 3.709,92 manat əsas borc, 0,01 manat faiz, kart limiti üzrə 221,44 manat əsas borc, ödənilmiş 59,32 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqının Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, e-2(002)- 2195/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan, iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, nağd kredit üzrə 3.659,92 manat əsas borc, 0,01 manat faiz, kart limiti üzrə 211,44 manat əsas borc, ödənilmiş 59,32 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqının Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə X6 arasında bağlanmış BPM**********89 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X3 illik 17 faizlə 24 ay müddətinə 10.000 manat məbləğində nağd kredit və illik 24 faizlə 36 ay müddətinə 300 manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 327038 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. 5 saylı Bakı «ASAN Xidmət» mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 2522 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır və o, miras əmlakdan tam hissədə pay almışdır. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş nağd kredit üzrə 3.709,92 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 0,01 manat faiz olmaqla, cəmi 3709.93 manat borcu, kart limiti üzrə isə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2025-ci ilədək 221,44 manat əsas borc olmaqla, cəmi 221,44 manat borcu qalmışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 59,32 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-2499/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********89 nömrəli kredit müqaviləsinə əsasən X3 illik 17 faizlə 24 ay müddətinə 10.000 manat məbləğində nağd kredit və illik 24 faizlə 36 ay müddətinə 300 manat məbləğində kart krediti verilmişdir. xx.xx.2023-cü il tarixli AZ-İİ seriyalı 327038 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində dəqiqləşdirilməmiş böyrək çatışmazlığından vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 20 aprel 2023-cü il tarixdə müvafiq akt qeydləri kitabında 238 saylı akt qeydi aparılmışdır. 5 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-574 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi həyat yoldaşı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 1-ci yaşayış massivi, 4-cü küçə, 8 ünvanda yerləşən 4 otaqlı fərdi yaşayış evindən ibarətdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə nağd kredit üzrə 3.659,92 manat əsas borc, 0,01 manat faiz, kart limiti üzrə 211,44 manat əsas borc mövcuddur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/4193 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli BPM**********89 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X2 "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 27 yanvar 2025-ci il tarixinə (pretenziya məktubu tarixinə): - əsas borc üzrə – 3.829,92 manat, - faiz üzrə – 676,10 manat. 19 avqust 2025-ci il tarixinə (qərardadın tarixinə): - əsas borc üzrə – 3.659,92 manat, - faiz üzrə – 676,10 manat. Qeyd edilir ki, xx.xx.2021-ci il tarixli BPM**********89 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən X3 cərimə borcu hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan cavabdeh mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən qeyd olunan məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 59,32 manat dövlət rüsumu və 0,4 manat xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, nağd kredit üzrə 3.659,92 manat əsas borc, 0,01 manat faiz, kart limiti üzrə 211,44 manat əsas borc, ödənilmiş 59,32 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Aparılmış tədqiqatın dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Nağd kredit üzrə 3.659,92 manat əsas borc, 0,01 manat faiz, kart limiti üzrə 211,44 manat əsas borc, ödənilmiş 59,32 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Aparılmış tədqiqatın dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-2195/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2195/2025
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver