Məhkəmə qərarları › İş №e-2(002)-2227/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2227/2022

19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2227/2022 19.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Expressbank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 avqust 2021-ci il tarixli, 102804-246334/1 saylı kredit müqaviləsi üzrə 770.06 manat məbləğində əsas bоrcu, 354.91 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1124.97 manat, 23 avqust 2021-ci il tarixli, 102804-246334/2 nömrəli kredit müqaviləsi üzrə 231.01 manat məbləğində əsas bоrcu, 95.26 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 326.27 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1451.24 məbləğində kredit borcunun və 34.92 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməs qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, 102804-246334/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 22% olmaqla, 1000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2021-ci il tarixli, 102804-246334/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 22% olmaqla, 300 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqavilələri üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq оlunmuş hissəhissə ödəmə qrafikini оzmuşdur. Borcalana dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, Banka olan borcunu ödəməmişdir. 20 iyun 2022-ci il tarixinə cavabdehin 10 avqust 2021-ci il tarixli, 102804-246334/1 saylı kredit müqaviləsi üzrə 770.06 manat məbləğində əsas bоrc, 354.91 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1124.97 manat məbləğində kredit bоrcu yaranmışdır. 20 iyun 2022-ci il tarixinə cavabdehin 23 avqust 2021-ci il tarixli, 102804-246334/2 nömrəli kredit müqaviləsi üzrə 231.01 manat məbləğində əsas bоrcu, 95.26 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 326.27 manat məbləğində kredit bоrcu yaranmışdır. Kredit müqavilələrinin 4.4.3-cü və 4.4.6-cı bəndinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrin 7.1-ci bəndinə əsasən ödəniş cədvəlində və ya xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilir . AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2022-ci il tarixə cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tarixli, 102804-246334/1 saylı istehlak Kredit Müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə 12 ay müddətinə, illik 22% olmaqla, 1000 manat məbləğində kredit verilmuişdir. İş materiallarına əlavə olunmuş 23 avqust 2021-ci il tarixli, 102804-246334/2 istehlak Kredit Müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə 12 ay müddətinə, illik 22% olmaqla, 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 20 iyun 2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh-10 avqust 2021-ci il tarixli, 102804-246334/1 saylı istehlak kredit müqaviləsinə əsasən 770.06 manat məbləğində əsas bоrcu, 354.91 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1124.97 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 20 iyun 2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh-23 avqust 2021-ci il tarixli, 102804-246334/2 istehlak kredit müqaviləsinə əsasən 31.01 manat məbləğində əsas bоrcu, 95.26 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 326.27 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tariхli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 avqust 2021-ci il tarixli, 102804-246334/1 saylı nömrəli istehlak Kredit Müqaviləsi üzrə 1000 manat məbləğində krediti illik 22 faiz ilə 12 ay müddətinə hər ay 93,59 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tariхli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 avqust 2021-ci il tarixli, 102804-246334/2 nömrəli istehlak Kredit Müqaviləsi üzrə 300 manat məbləğində krediti illik 22 faiz ilə 12 ay müddətinə hər ay 28,08 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, “Expressbank ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə borcu ödəməyi və ödənişi gecikdirdiyi halda hər gün üçün gecikdirilmiş məbləğə hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Borclu müəyyən məbləğdə ödənişlər etmiş, lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada tam yerinə yetirməmişdir. Nəticədə İddiaçı ASC Cavabdeh xx.xx.2022-ci il tarixinə olan 10 avqust 2021-ci il tarixli, 102804-246334/1 saylı istehlak kredit müqaviləsinə əsasən 770.06 manat məbləğində əsas bоrcu, 354.91 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1124.97 manat borcu və 23 avqust 2021-ci il tarixli, 102804-246334/2 nömrəli kredit müqaviləsi üzrə 231.01 manat məbləğində əsas bоrcu, 95.26 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 326.27 manat borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1451.24 məbləğində kredit borcu yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 34,92 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddia əsas borca dair hissədə əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34,92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı “Expressbank ASC-nin xeyrinə üzrə 10 avqust 2021-ci il tarixli, 102804-246334/1 saylı kredit müqaviləsi üzrə 770.06 manat məbləğində əsas bоrcu, 354.91 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1124.97 manat, 23 avqust 2021-ci il tarixli, 102804-246334/2 nömrəli kredit müqaviləsi üzrə 231.01 manat məbləğində əsas bоrcu, 95.26 manat məbləğində faiz bоrcu, cəmi 326.27 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1451.24 manat məbləğində kredit borcu və 34.92 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “Expressbank ASC-nin xeyrinə 10 avqust 2021-ci il tarixli, 102804-246334/1 saylı kredit müqaviləsi üzrə 770.06 manat məbləğində əsas bоrc, 354.91 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 1124.97 manat, 23 avqust 2021-ci il tarixli, 102804-246334/2 nömrəli kredit müqaviləsi üzrə 231.01 manat məbləğində əsas bоrc, 95.26 manat məbləğində faiz bоrcu, cəmi 326.27 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 1451.24 manat məbləğində kredit borcu və 34.92 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar