Məhkəmə qərarları › İş №e-2(002)-2232/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2232/2025

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2232/2025 23.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavаbdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12 avqust 2022-ci il tarixli, BİR-353-2022 saylı kredit müqaviləsi üzrə iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə 22138,09 (iyirmi iki min bir yüz otuz səkkiz manat 09 qəpik) manat əsas borc, 1292,62 (bir min iki yüz doxsan iki manat 62 qəpik) manat faiz borcu, 83,01 (səksən üç manat 01 qəpik) manat gecikdirilmiş vaxt üçün 5% gecikdirilmiş faiz borcu, 991,60 (doqquz yüz doxsan bir manat 60 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 24505,32 (iyirmi dörd min beş yüz beş manat 32 qəpik) manat borcun, 163,67 (bir yüz altmış üç manat 67 qəpik) manat dövlət rüsumunun, 52 (əlli iki) manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, - Tutmanın sonrakı ipoteka predmeti olan və Cavabdeh2 Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 13 dekabr 2014-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********95-10301 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən 0,01682 ha torpaq sahəsinə və onun üzərindəki, ümumi sahəsi 109.1 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, - Həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (Bundan sonra “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh2 (Bundan sonra “Cavabdeh” adlandırılacaq) arasında imzalanmış 12 avqust 2022-ci il tarixli, BİR-353-2022 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə illik 18 % hesablanmaqla, 60 ay müddətinə qaytarılmaq şərti ilə 31000 (otuz bir min) manat məbləğində daşınmaz əmlakın alışı və tikintisi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq tərəflər arasında 12 avqust 2022-ci il tarixli, G/İS/BİR-353-2022 saylı sonraki ipoteka müqaviləsi imzalanmış və buna uyğun olaraq ünvan 1 ünvanında yerləşən 0,01682 ha torpaq sahəsi və onun üzərindəki, ümumi sahəsi 109.1 kv.m sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında sonrakı ipoteka ilə yüklü edilmişdir (ilkin ipoteka hüququ İddiaçı ASC-yə məxsus olmuşdur) və buna dair daşınmaz əmlakın dövlət reyestrindən 286 nömrəli reyestr kitabının 26658 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli yüklülük çıxarışı təqdim edilmişdir. Eyni zamanda verilmiş kreditin təminatı olaraq Cavabdeh1, Cavabdeh2 və İddiaçı ASC arasında 12 avqust 2022-ci il tarixində Z/BİR-353-2022 saylı üçtərəfli zaminlik müqaviləsi imzalanmış, həmin müqavilənin 1 və 2-ci bəndlərinə uyğun olaraq Cavabdeh1 Cavabdeh2 ilə birlikdə 12 avqust 2022-ci il tarixli BİR-353-2022 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar birgə daşımağı öz üzərinə məsuliyyət götürmüşdülər. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredi müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 12 avqust 2022-ci il tarixli, BİR-353-2022 saylı Kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən Borcalan ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsinin və onun faizinin ödənilməsini 60 (altmış) gün və daha çox müddətdə gecikdirdə “Bank” “Borcalan”dan bu müqaviləyə birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 1.6-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini tələb edə bilər. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə 10 aprel 2025-ci il tarixdə 02/830 saylı pretenziya məktubu göndərilmiş, borcun 3 iş günü müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onların diqqətinə çatdırılmışdır. Eyni zamanda tərəfimizdən 10 aprel 2025-ci il tarixində 02/831 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş cavabdehə ünvanlanmış,bildirişdə mövcud mübahisə ilə bağlı məhkəməyə və ya notariusun icra qeydinin aparılması ilə bağlı notariat orqanına müraciət ediləcəyi göstərilmiş, həmin bildirişin xx.xx.2025-ci il tarixində rəsmi qaydada əldə etsə də (023338 №-li qaimə), hazırki günə qədər cavabdeh tərəfindən mövcu olan öhdəliklər tam icra olunmamışdır. 05 may 2025-ci il tarixinə hesablanmaqla cavabdehin “Bank” qarşısında ümumilikdə 24505,32 (iyirmi dörd min beş yüz beş manat 32 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 22138,09 (iyirmi iki min bir yüz otuz səkkiz manat 09 qəpik) manat əsas borcu, 1292,62 (bir min iki yüz doxsan iki manat 62 qəpik) manat faiz borcunu, 83,01 (səksən üç manat 01 qəpik) manat isə gecikdirilmiş vaxt üçün əsas qalıq məbləğinə hesablanmış 5% gecikdirilmiş faiz borcunu, 991,60 (doqquz yüz doxsan bir manat 60 qəpik) manat cərimə borcunu ehtiva edir. Pretenziya məktubu xx.xx.2025-ci il tarixinə hesablanmaqla xx.xx.2025-ci il tarixində göndərildiyindən faiz borcu həmin tarixə hesablanmış, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinək kimi isə gecikdirilmiş vaxt üçün 5% məbləği həddində gecikdirilmiş faiz borcu hesablanmışdır. Öhdəliklər lazımı qaydada icra olunmadığından “Bank” tərəfindən Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 01 saylı BakıƏrazi İdarəsinə müraciət edilərək ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,01682 ha torpaq sahəsinə və onun üzərindəki, ümumi sahəsi 109.1 kv.m-dən ibarət fərdi yaşayış evinə dair “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 34-36-cı maddələrinə uyğun olaraq tutmanın yönəldilməsinə dair bildirin qeydiyyatının aparılmasına dair ərizə təqdim edilmiş və ərizə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12 avqust 2022-ci il tarixli, BİR-353-2022 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22138,09 (iyirmi iki min bir yüz otuz səkkiz manat 09 qəpik) manat əsas borc, 1292,62 (bir min iki yüz doxsan iki manat 62 qəpik) manat faiz borcu, 556,52 (beş yüz əlli altı manat 52 qəpik) manat gecikdirilmiş vaxt üçün 5% gecikdirilmiş faiz borcu, 491,60 (dörd yüz doxsan bir manat 60 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 24478,38 (iyirmi dörd min dörd yüz yetmiş səkkiz manat 38 qəpik) manat borcun, 164,67 (bir yüz altmış dörd manat 67 qəpik) manat dövlət rüsumunun, 52 (əlli iki) manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın sonrakı ipoteka predmeti olan və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 13 dekabr 2014-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********95-10301 olan çıxarışa əsasən məxsus olan və ünvan 2 ünvanında yerləşən 0,01682 ha torpaq sahəsinə və onun üzərindəki, ümumi sahəsi 109.1 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 68 144 (altmış səkkiz min bir yüz qırx dörd) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştrirak edərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdhe Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddia tələbinə etirazının olmadığını bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə borcalan Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli BİR-353-2022 nömrəli Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 18 faiz dərəcəsi ilə 60 ay müddətinə 31000(otuz bir min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən kreditor qarşısında xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş G/İS/BİR-353-2022 saylı xx.xx.2022-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ünvan 1/fərdi yaşayış evi ipoteka predmeti olmaqla öhdəliyin icra müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. Həmin ipoteka kağızından görünür ki, İddiaçı ASC öhdəliyi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ötürmüş, daha sonra öhdəliyin icra olunmayan hissəsi 31000 manat olmaqla ipoteka kağızı İddiaçı ASC-yə verilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışından görünür ki, ünvan 1/fərdi yaşayış evi ünvanında yerləşən ümumi sahəsi 0.01682 ha, 109.1 kv.m. olan mülkiyyət hüququ yüklü edilən şəxs Cavabdeh2, xeyrinə hüquq yüklü edilən hüquqi şəxs isə İddiaçı ASC -dir. İş materiallarında əlavə olunmuş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışından görünür ki, ünvan 1/fərdi yaşayış evi mülkiyyət hüquq əsasında Cavabdeh2 məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-in 452/E saylı, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Cavabdeh2 məxsus, ünvan 1 ünvanında 0.01682 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109.1 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) 68144 AZN müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5087 saylı, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxaırş məlumatları, 12 avqust 2022-ci il tarixli BİR-353-2022 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixə Cavabdeh2 İddiaçı ASC-ə olan borcu 23277.89 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu-22053.9 manat, faiz borcu-1223.99 manat. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 163.67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mülki iş üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 12 avqsut 2022-ci il tarixli BİR-353-2022 nömrəli kredit müqaviləsinə əsasən , İddiaçı ASC tərəfindən Cavabdeh2 18 faiz dərəcəsi ilə 60 ay müddətinə 31000(otuz bir min) manat məbləğində kredit verilmişdir, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi G/İS/BİR-353-2022 saylı xx.xx.2022-ci nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,01682 ha torpaq sahəsi və onun üzərindəki, ümumi sahəsi 109.1 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka kredit verən İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Daha sonra İddiaçı ASC cavabdehdən müqavilə üzrə borcun tələbetməsi hüququ "xxxx" ASC-yə keçmişdir. Hazırda Cavabdeh2 kredit müqaviləsi şərtlərini pozaraq və ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi təmin edilməli, həmçinin borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlaka tutma yönəldilməli və həmin mənzil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc ödənilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyi ilə müəyyən olunmuş likvid qiyməti yəni 68144 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə əlavə edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehdən əsas borc və faiz borcu tələb etdiyindən, hazırda mülki iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5087 saylı, xx.xx.2025-ci il tarixli rəyini nəzərə alınmaqla rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxaırş məlumatları, 12 avqust 2022-ci il tarixli BİR-353- 2022 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixə Cavabdeh2 İddiaçı ASC-ə olan borcu 23277.89 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu- 22053.9 manat, faiz borcu-1223.99 manat. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin illik 5% ilə hesablanmış faiz borcu tələbinə dair hissədə qeyd etmişdir ki, müqavilənin müddəti xx.xx.2027-ci il tarixdə bitir və iddiaçı xx.xx.2025-cü il tarixdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçı bankın borcu gecikdirilmiş, cavabdeh isə 5% gecikdirilmiş faiz məbləğini mübahisələndirməmişdir, bu səbəbdən iddiaçı hazırda cavabdehdən illik 5% ilə hesablnmış faiz borcu tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, illik 5% ilə hesablanmış faiz borcu tələbi iddiaçı bank tərəfindən tələb olunan məbləğdə təmin edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçının iddia tələbi üzrə kredit müqavilələri üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və belə ki, cavabdehdən 12 avqust 2022-ci il tarixli BİR-353-2022 saylı kredit müqaviləsi üzrə dəbbə pulu olaraq 200 manat dəbbə pulun tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 164.67 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 162.1 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BİR-353-2022 nömrəli kredit müqaviləsinə əsasən 22053.9 manat əsas, 1223.99 manat faiz, 200 manat cərimə, 556.52 manat gecikdirilmiş vaxt üçün 5% gecikdirilmiş faiz borcu olmaqla cəmi 24034.41 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 162.1 manat dövlət rüsumu və 52 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,01682 ha torpaq sahəsi və onun üzərindəki, ümumi sahəsi 109.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı, evin ilkin satış qiyməti 68144 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-nin xeyrinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. İddia tələbinin əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, həmin tələb müstəql iddia predmeti ola bilməz, icra qaydasında həll olunan məsələdir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BİR-353- 2022 nömrəli kredit müqaviləsinə əsasən 22053.9 manat əsas, 1223.99 manat faiz, 200 manat cərimə, 556.52 manat gecikdirilmiş vaxt üçün 5% gecikdirilmiş faiz borcu olmaqla cəmi 24034.41 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 162.1 manat dövlət rüsumu və 52 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu İddiaçıSC-nin xeyrinə tutulsun. xx.xx.2022-ci il tarixli BİR-353-2022 nömrəli kredit müqaviləsinə əsasən tələb üzrə tutulma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,01682 ha torpaq sahəsi və onun üzərindəki, ümumi sahəsi 109.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 68144 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına xx.xx.2022-ci il tarixli BİR-353-2022 nömrəli kredit müqaviləsi üzrə 24034.41 manat borc məbləği İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 və Cavabdeh1 dövlət nəfinə tutulsun. İş üzrə keçirilmiş 300 (üç yüz) manat ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 və Cavabdeh1 "xxxx" MMC-in hesabıa tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar