Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2240/2023 18.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/SDM2019/0200 nömrəli Sığortalı Bank əmanəti müqaviləsinə əsasən, bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş 35000 AZN məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğii Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 04/3826/DİK nömrəli kredit müqaviləsinə əsasən, borclu Cavabdeh 12 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 5783 manat məbləğində kredit verilmişdir.
3. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli, 04/3826/DİK nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
4. "xxxx" ASC ilə İddiaçı arasında pul vəsaitinin girovu haqqında xx.xx.2020-ci il tarixli 04/3826/DİK №-li müqavilədən görünür ki, xx.xx.2020-ci il tarixli 04/3826/DİK saylı kredit müqaviləsinə əsasən verilmiş pul vəsaitinin təminatı olaraq AZ20NBCB4111004AZN********** saylı depozit hesabına müvafiq olaraq 35000 Azərbaycan manatı pul vəsaitini girov qoymuşdur.
5. LPO "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 04/3826/DİK nömrəli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 4242.50 manat məbləğində ödəniş etməklə bağlanmışdır.
6. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki İddiaçı “Mirzəyev və Partnyorları” vəkil bürosuna 120 manat ödəniş etmişdir. İddia tələbi
7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 120 manat xərcin alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-in Gənclik ilə Cavabdeh arasında 10 yanvar 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və İddiaçı həmin bankda olan depoziti altında cavabdehə 12 ay müddətində 5783 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə əlavə olaraq 10 yanvar 2020-ci il tarixli “pul vəsaitinin girov qoyulması haqqında” girov müqaviləsi bağlanmışdır. Həmçinin kredit müqaviləsinə əlavə olaraq 10 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC ləğv poresində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin İddiaçı əmanəti altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə İddiaçı əmanətin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb cavabdehin banka olan qalıq 4242.50 manat borcunu ödəmişdir. Cavabdehə bir neçə dəfə müraciət edərək pulun qaytarılmasını xahiş etmiş, lakin cavabdeh iddiaçıya müəyyən qədər ödənişlər etsədə bu günədək iddiaçıya tam olaraq pulu qaytarmamışdır. Cavabdehin iddiaçıya bu günə 900 manat borcu qalmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1; 385.1; 425.1; 443.1 və 560.1-ci maddələrinə istinad etmişdir.
10. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçının həm zamin olduğunu həmdə girov müqaviləsi imzalandığını bildirmişdir. İddiaçının vəkili göstərilənlərin nəzərə alınaraq iddianın tam həcmdə təmin edilməsini xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və qeyd etdi ki, iddiaçını tanımadığını, iddiaçınında onu tanımadığını bildirdi, əvvəllər "xxxx" ASC-ə borcu olduğunu, daha sonra Cəfər adlı şəxsin onu aldadaraq "xxxx" ASC-dən kredit götürdüyün və 1000 manatın bankın depozitinə qoyulmalı olduğunu, sonra onun maaş kartını götürdüyünü və son görüşdə ona qəbzlər təqdim etdikdən sonra maaş kartını qaytardığını bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
13. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsinin iştirakı təmin edilməmiş və məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
14. 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
15. 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
16. 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
17. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlıöına səbəb olur.
19. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur.
21. 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər.
22. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
23. 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.
24. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
26. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
27. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
30. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
31. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
39. İddia qismən əsaslıdır.
40. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə öhdəliyin üçüncü şəxs tərəfindən icrası (MM 431-ci maddə) və öhdəliyi icra etmiş zaminin hüquqları ilə bağlıdır (MM 475 və 509-cu maddələri).
41. Belə ki, Cavabdeh ilə bank olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı kimi İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli 4242,50 manat məbləğində ödəniş edilmiş və cavabdehin kredit borcu tam şəkildə bağlanmışdır.
42. Öhdəliyin cavabdehin kredit öhdəlikləri üzrə zamin və pul vəsaitini girov qoyan şəxs qismində çıxış edən İddiaçı tərəfindən tərəfindən icra edilməsi işin mübahisəsiz halıdır. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış pul vəsaitinin girovu haqqında müqavilənin 2.1-ci bəndinə əsaəsn, girovqoyan və bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli 04/3826/DİK saylı kredit müqaviləsi üzrə bütün öhdəliklər tam yerinə yetirilənədək “girovqoyan” müqavilənin 1.1ci bəndində göstərilən hesabda olan pul vəaiti ilə bağlı hüquqlarını banka verir.
43. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən, habelə müqavilə şərtlərinə uyğun olaraq zamin və pul vəsaitini girov qoyan şəxs qismində çıxış edən iddiaçı kreditor qismində banka qarşısında yerinə yetirdiyi öhdəliklər həcmində cavabdehə qarşı həmin məbləğdə öhdəliyin onun xeyrinə ödənilməsini reqres qaydasında tələb etmək hüququna malik olmuşdur. Ona görə də, məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur.
44. Bundan başqa, məhkəmə iclasında cavabdeh (əsas borclu) Cavabdeh tərəfindən iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
45. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iddia zaminin bank qarşısında yerinə yetirdiyi öhdəlik həcmində, yəni 900 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir.
46. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 120 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, X3 tərəfindən “Mirzəyev və partnyorları” Vəkil Bürosuna məhkəmə işi üzrə 120 manat ödəniş həyata keçirilmişdir.
47. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.
48. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin məhkəmə iclaslarında iştirak etməsini, sübutları təqdim etməsini nəzərə alaraq hesab edir ki, vəkilə çəkilmiş xərcin tələbdə göstərilən məbləği ağlabatan məbləğ olduğundan göstərilən məbləğ Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
51. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 900 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və vəkili göstərdiyi yardıma görə ödənilmiş 120 manat xərcin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
52. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 900 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə çəkilmiş 120 manat xərcin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova