Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2254/2023 03.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında «icarə müqaviləsi üzrə icarə haqqı və vurulmuş maddi zərər» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında «icarə müqaviləsi üzrə icarə haqqı və vurulmuş maddi zərər» tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Hazırkı iş üzrə Cavabdeh müqavilə üzrə ödənilməmiş 125 (yüz iyirmi beş) manat icarə haqqı, 780 (yeddi yüz səksən) manat inzibati cərimə ödənişi borcu və vurmuş olduğu 810 (səkkiz yüz on) manat həcmində maddi zərər, (361 AZN depozit məbləği çıxılmaqla) habelə 33 (otuz üç) manat məbləğində dövlət rüsumunu əlavə etməklə ümumilikdə 1387 (bir min üç yüz səksən yeddi) manat məbləğdə pulun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.Həmin Məcəllənin 26.2-ci kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə iddia tələbinin predmetini məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn icarə müqaviləsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Belə ki, tərəflər-iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ( VÖEN **********) və Cavabdeh ( VÖEN **********- şəxsi maşınların sürücü ilə icarəsi fəaliyyəti üzrə fərdi sahibkar) sahibkarlıqla fəaliyyəti məşğul olur və mübahisəli hüquq münasibətinin yaranması əsasında məhz sahibkarlıq fəaliyyətinin (əsas məqsədi mənfəət əldə etməkdən ibarət olan fəaliyyətinin) həyata keçırılməsi və inkişaf etdirilməsi ilə əlaqədar olaraq tərəflər arasında bağlanmış icarə müqaviləsi çıxış edir. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti məhz tərəflərin mənfəət götürülməsinə aid olan fəaliyyətindən irəli gəlmişdir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, hazırki tələb üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə qanunvericilik normalarını əsas götürərək geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi bu halda hazırkı iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında baxılması mümkün deyil və iddiaçı bu ərizə ilə müvafiq kommersiya məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh «icarə müqaviləsi üzrə icarə haqqı və vurulmuş maddi zərər» tələbinə dair iddia ərizəsi, hazırki iş üzrə tələb tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 151, 152 və 152.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ««icarə müqaviləsi üzrə icarə haqqı və vurulmuş maddi zərər» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-2254/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2254/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver