Məhkəmə qərarları › İş №e-2(002)-2255/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2255/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2255/2023 08.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli BO0013973-2022 nömrəli kredit, ZM1-BO0013973-2022 zaminlik və “BO0013973-2022” saylı birgə borcluluq müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1876.70 manat (bir min səkkiz yüz yetmiş altı manat,yetmiş qəpik) məbləğində əsas borcu 781.01 manat (yeddi yüz səksən birmanat, sıfır bir qəpik) faiz borcu, cəmi 2657.71 manat (iki min altı yüz əlli yeddi manat, yetmiş bir qəpik) məbləğində pulun və ödənilməmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Borclu Cavabdeh1bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC (bundan sonra təşkilat) arasında xx.xx.2022-ci il tarixli BO0013973-2022 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 18 ay müddətinə, illik 36 % (otuz altı) olmaqla 2500 manat (iki min beş yüz) məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə ZM1-BO0013973-2022 saylı zaminlik müqaviləsi və Cavabdeh3 ilə “BO0013973-2022” saylı birgə borcluluq müqaviləsi bağlanmışdır. Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmış və kredit öhdəliyi artıq 10 aydır gecikməkdədir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixindən bu günə qədər cavabdeh götürdüyü 2500 manat (iki min beş yüz) məbləğində əsas borcdan 623.30 manat (altı yüz iyirmi üç manat,otuz qəpik) ödəniş etmiş, müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 534.60 manat (beş yüz otuz dörd manat,altmış qəpik) və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 232.10 manat (iki yüz otuz ikmanat,on qəpik) ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 1876.70 manat (bir min səkkiz yüz yetmiş altı manat,yetmiş qəpik) məbləğindəəsas borcu 781.01 AZN (yeddi yüz səksən bir manat, sıfır bir qəpik) faiz borcu, cəmi 2657.71 manat (iki min altı yüz əlli yeddi manat, yetmiş bir qəpik məbləğində borcu qalmışdır. Təşkilatla borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli BO0013973-2022 nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən kredit xətti üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətə gecikdirildikdə “kreditorun” vaxtından əvvəl tələb etmə hüququ yaranır. Təşkilatla cavabdehin zamini arasında bağlanmış xx.xx.2022-ci il tarixli ZM1-BO0013973-2022 saylı zaminlik müqaviləsinin 2.2 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.3 bəndinə müvafiq olaraq zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Təşkilatla cavabdehin birgə borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli “BO0013973- 2022” saylı birgə borcluluq müqaviləsinin 3.1-ci bəndinə əsasən birgə borclular kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyi, müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdələrinə götürürlər. Həmin müqavilənin 3.7-ci bəndinə müvafiq olaraq Birgə borclulardan biri və ya bir neçəsi kredit səbəbindən asılı olmayaraq vaxtında ödəyə bilmədiyi halda digər birgə borcluların hər biri öz vəsaitləri və əmlakları ilə onun öhdəliyinin icra olunmasına və həmin problemlərin həllinə onlarla birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehlər Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPMnin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BO0013973-2022 nömrəli Çərçivə kredit v\ girov müqaviləsinə əsasən, həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 illik 36% olmaq şərti ilə 18 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.3-cü maddəsinə görə, borc alarun bu Miiüqavilaə üzra Borc veran qarşısında götürdüyü öhdəliklərin taminatı qismində bu müqavilə ila eyni vaxtda SG:8O00i39i3-2022 saylt sa"rlanc girovun qiymatlandirilmasina dair 1 sayh elavada gostarilan qızıl zinət (bundar sonra "girov predmeti") əşyakarı çıxış edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ZM1-BO0013973-2022 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BO0013973-2022 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, ZM1-BO0013973-2022 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BO0013973-2022 saylı birgə borcluluq müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BO0013973-2022 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, BO0013973-2022 saylı birgə borcluluq müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən müqaviləni imzalayan şəxslərin hər biri kreditor qarşısında öhdəliyin tam icrasında iştirak etməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BŞ-1010/2023 saylı maliyyə arayışında görünür ki, Cavabdeh1 ilə təşkilat arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BO0013973- 2022 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə iddiaçı təşkilata 1876,70 manat məbləğində əsas borc, 781,01 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2657,71 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 500.1-i maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 501-ci maddəsinə görə, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən birgə borclular Cavabdeh1 və Cavabdeh3 iddiaçı hüquqi şəxsdən aldıqları kredit üzrə əsas borcu, faiz borcunu iddiaçıya ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də əsas borc, faiz borcu barədə iddia əsaslı hesab olunmalıdır. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1876.70 manat məbləğində əsas borc, 781.01 manat məbləğində faiz borcu olmaqla, cəmi 2657.71 manat məbləğində borc pul vəsaiti və 47 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar