Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2260/2023 11.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli BPM**********90 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC Ağayev Elşad Ağarəşid oğluna 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 10000 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Əlavə olan ödəniş qrafikindən görünür ki, qeyd edilən kreditin aylıq ödəniş məbləği 304.4 manat təşkil edir.
2. "xxxx" ASC Problemli kreditlərin hüquqi tətbiqi departamentinin məhkəmələrlə İş Şöbəsi tərəfindən verilmiş Maliyyə arayışına əsasən, cavabdeh Ağayev Elşad Ağarəşid oğlunun xx.xx.2023-cü il tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2019-ci il tarixli kredit müqaviləsinə əsasən 4830.52 AZN əsas; 0.03 AZN faiz; cəmi 4830.55 AZN məbləğində borcu yaranmışdır.
3. 6-2-22/2-11834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, borcluya kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə 3 gün müddətinə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
4. Qaradağ rayon Qeydiyyta şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, Ağayev Elşad Ağarəşid oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
5. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli 616№-li Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubundan görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş Ağayev Elşad Ağarəşid oğlunun vərəsəsi- Cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixli, 2V/1011 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir.
6. 3 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Ağayev Elşad Ağarəşid oğlunun vərəsəsi: Cavabdeh, şəhadətnamə verilən miras əmlak: Socar “Azneft” İB “28 May” NQÇİ-nin xx.xx.2022-ci il tarixli 01-12/185 nömrəli arayışına əsasən Ağayev Elşad Ağarəşid oğlunun xx.xx.2021-ci il tarixinə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (son haqq hesab ödənişi) 518.05 manat pul vəsaiti və orta aylıq əmək haqqının 3 misli miqdarında müavinətdən ibarətdir.
7. Əmlak Məsələləri Dövlər Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Nutalıyev küçəsi ev 43, mənzil 25 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İddia tələbi
8. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4830.52 manat əsas borc, 0.03 manat faiz borcu olmaqla, cəmi 4830.55 manat məbləğində kredit borcunun və ödənilmiş 68.31 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Ağayev Elşad Ağarəşid oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 10 000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 Ağarəşid oğlu xx.xx.2021-ciil tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisitərəfindən verilən məlumata əsasən mərhum Ağayev Elşad Ağarəşid oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Maliyyə arayışına əsasən, Ağayev Elşad Ağarəşid oğlunun kredit borcu Banka ödənilməmiş borcu – 4830.52 manat əsas borc, 0.03 manat faiz borcu olmaqla, cəmi 4830.55 manat borcu qalmışdır. Cavabdeh Ağayev Elşad Ağarəşid oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 4830.55 manat olduğundan, tərəfindən 68.31 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
12. Cavabdeh məhkəmə iclaslarında izahat verərək, hazırkı iş üzrə kreditin mərhum ərinin adına götürülsə də, ərinin dostu üçün həmin krediti götürdüyünü daha sonra isə vəfat etdiyindən borcun ona qaldığını, özünün mrəhum ərinin vərəsəsi olmaqla ərindən ona Lökbatan qəsəbəsində bir ev, əmək haqqı və müavinətin miras qaldığını, iddia tələbi üzrə borcu inkar etmədiyini, ödəməyə hazır olduğunu, borcu xeyrinə götürdükləri dostların köməyi ilə borcun hissə-hissə ödəyə biləcəklərini qeyd etmiş və məhkəmə prosesinin gedişində müəyyən ödənişlər edildiyindən çekləri təqdim etməklə həmin ödənişlər nəzərə alınaraq iddianı qismən qəbul etdiyini bildirmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
15. 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
19. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
21. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
29. İddia qismən əsaslıdır.
30. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Ağayev Elşad Ağarəşid oğlu arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 10000 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 48 ay müddətində illik 20 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 304.4 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Ağayev Elşad Ağarəşid oğlu xx.xx.2021-ci il tarixində vəfat etmiş və onun vərəsəsi Cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixli, 2V/1011 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmiş, eyni zamanda Cavabdeh məhkəmə araşdırması zamanı mərhum ərindən qalmış miras aktivinin həcminə evin də daxil olduğunu bildirərək tələbi qəbul etdiyini qeyd etmiş və son ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. "xxxx" ASC pretenziya qaydasına riayət edərək, mərhum Ağayev Elşad Ağarəşid oğlu nun həyat yoldaşı, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.
31. Bununla yanaşı, məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilməklə müvafiq ödəniş qəbzləri təqdim edilmiş, iddiaçı tərəfindən həmin ödənişlər nəzərə alınmaqla yeni hesabdan çıxarış sənədi verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli həmin hesabdan çıxarışdan görünür ki, borclu tərəfindən kredit borcu üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə həyata keçirilməklə həmin tarixə qeyd edilən müqavilə üzrə əsas borcu 4230,52 manat, fazi borcu 0,03 manat olmaqla, cəmi 4230.55 manat təşkil edir. Həmçinin, cavabdeh tərəfindən borcun qeyd edilən məbləğinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə göstərilənləri əsas götürərək, cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddia ərizəsi irəli sürüldükdən sonra həyata keçirilən ödənişlər nəzərə alınmaqla, cavabdehin miras payına münasib olmaqla iddia tələbi qismən təmin olunmalıdır.
32. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarının məzmunundan aydın olur ki, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir....Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur....Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. 04 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan aydın olur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
33. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 68.31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 68.31 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 62.31 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
34. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 4230.52 manat məbləğində əsas borc, 0.03 manat faiz borcu olmaqla, cəmi 4230.55 manat pul vəsaiti və 62.31 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
35. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 4230.52 manat məbləğində əsas borc, 0.03 manat faiz borcu olmaqla, cəmi 4230.55 manat pul vəsaiti və 62.31 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova