Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2316/2022 20.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 3.890 (üç min səkkiz yüz doxsan) ABŞ dolları təşkil edir. Bundan 3.175 (üç min bir yüz yetmiş beş) ABŞ dollarıəsas, 302 (üç yüz iki) ABŞ dollarıfaiz, 54 (əlli dörd) ABŞ dolları cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 359 (üç yüz əlli doqquz) ABŞ dollarıhesablanmış faiz və iş üzrə ödənilmiş 86,53 (səksən altı manat, əlli üç qəpik) manat dövlət rüsumunun Cavabdehtutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qaradağ filialı ilə Cavabdeharasında bağlanmış 27 avqust 2015-ci il tarixli, 104.LN.1010.270815.00005 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 9.200 (doqquz min iki yüz) ABŞ dollarıməbləğində kredit verilmişdir. Bundan sonra, 104.LN.1010.270815.00005 nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli, 1 nömrəli Əlavə Razılığa əsasən; 1.1. Borc alan istifadə etdiyi kreditə görə Kreditora illik 14.74 (on dörd tam yüzdə yetmiş dörd) faiz ödəyir, 1.2. Kredit Müqaviləsi üzrə ödənişlər 2 saylı Əlavəyə uyğun olaraq aparılıq, bu şərtlə ki, birinci ödəniş xx.xx.2016-cı il, sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixdən gec olmayaraq həyata keçirilməlidir, 1.3. Bu Razılaşmanın şərtlərinə əsasən kredit və ona edilmiş və ediləcək əlavələri ilə təmin olunur. Bundan əlavə, 104.LN.1010.270815.00005 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 2 nömrəli Razılaşmanın şərtlərinə əsasən, 1.1. Sözügedən kredit müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) Kreditor tərəfindən Borcalana 7.103,13 (yeddi min bir yüz üç tam yüzdə on üç) ABŞ dollarıməbləğində krediti restrukturizasiya edir və 183.65 (bir yüz səksən üç tam yüzdə altmış beş) ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunur, bununla ümumi kredit məbləği 7.286,78 (yeddi min iki yüz səksən altı tam yüzdə yetmiş səkkiz) ABŞ dolları təşkil edir. 1.2. Borcalan restrukturizasiya edilmiş krediti (kredit xəttinin) (sonradan-kredit) bu Razılaşmaya əlavə olunmuş 3 saylı Əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Qeyd etmək lazımdır ki, birinci ödəniş 27 fevral 2017-ci il, sonuncu ödəniş isə 27 noyabr 2019-cu il tarixdən gec olmayaraq həyata keçirməlidir. 1.3. Borcalan istifadə etdiyi kreditə görə Kreditora illik 14,74 faiz ödəyir. 1.4. Kredit vaxtında ödənilmədiyi halda, Borcalan burada nəzərdə tutulmuş cədvəl üzrə krediti geri qaytarmaq vaxtı çatdığı tarixindən kreditin faktiki qaytarılma tarixinədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illik 44 (qırx dörd) faiz məbləğində artırılmış faizləri Kreditora ödəməlidir. 1.5. Bu razılaşmanın şərtlərinə əsasən kredit və ona edilmiş və ediləcək əlavələri ilə təmin olunur. 1.6. Digər şərtlər qüvvədə qalır. 1.7 Bu razılaşma Tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və kredit üzrə borclar və onun faizləri tam ödənildikdən sonra qüvvəsini itirir. Daha sonra, 104.LN.1010.270815.00005 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 3 nömrəli və xx.xx.2017-ci il tarixli 4 nömrəli əlavələrə əsasən Cədvəlin dəyişdirilməsi həyata keçirilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3.890 (üç min səkkiz yüz doxsan) ABŞ dolları təşkil edir. Bundan 3.175 (üç min bir yüz yetmiş beş) ABŞ dolları əsas, 302 (üç yüz iki) ABŞ dolları faiz, 54 (əlli dörd) ABŞ dolları cərimə vəAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən 359 (üç yüz əlli doqquz) ABŞ dolları hesablanmış faiz borcu təşkil edir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********606 nömrəli, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdehtərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunan hallarının nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,öz izahatında hazırki kredit müqaviləsi üzrə borcun müvafiq Fərmanın təsiri altına düşdüyünü, cavabdehin əsas borcundan silinmə olduğunu, daha sonra restruktruziya ilə bağlı razılaşma bağlanmadığını, vətəndaşın özünün bununla bağlı müraciət etmədiyini, yeni razılaşma bağlanması üçün cavabdehin özünün mürcaiət etməli olduğunu, etmədiyindən yeni müqavilə bağlanmadığını, bütün bu halların nəzərə alınaraq, razılaşmada cavabdehin imzası olduğunu, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək,izahat verərək, öz izahatında kredit borcunun manata çevrilməsini istədiyini, bununla bağlı ona heç bir təklif olunmadığını, əas borcunu qəbul etdiyini, qalan hissədə isə qəbul etmədiyini bildirərək, bu barədə yazılı ərizə məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən Cavabdeh 36 ay müddətinə illik 22 faiz ödəmək şərtiilə 9200 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə əsas borc 9200 ABŞ dolları məbləğində, 36 ay kredit müddəti müəyyən edilməklə hər ay üçün 351.35 ABŞ dolları ödəniş məbləği müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 2 saylı razılaşmadan görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən Cavabdeh 44 ay müddətinə illik 14.74 faiz ödəmək şərtiilə 8252.48 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə əsas borc 8252.48 ABŞ dolları məbləğində, 44 ay kredit müddəti müəyyən edilməklə hər ay üçün 244.15 ABŞ dolları ödəniş məbləği müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 2 saylı razılaşmadan görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən Cavabdeh 44 ay müddətinə illik 14.74 faiz ödəmək şərtiilə 8252.48 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə əsas borc 8252.48 ABŞ dolları məbləğində, 44 ay kredit müddəti müəyyən edilməklə hər ay üçün 244.15 ABŞ dolları ödəniş məbləği müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 3 saylı razılaşmadan görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən Cavabdeh 34 ay müddətinə illik 14.74 faiz ödəmək şərtiilə 7286.78 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə əsas borc 7286.78 ABŞ dolları məbləğində, 34 ay kredit müddəti müəyyən edilməklə hər ay üçün 244.15 ABŞ dolları ödəniş məbləği müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 4 saylı razılaşmadan görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən Cavabdeh 29 ay müddətinə illik 14.74 faiz ödəmək şərtiilə 6974.42 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə əsas borc 6974.42 ABŞ dolları məbləğində, 29 ay kredit müddəti müəyyən edilməklə hər ay üçün 244.15 ABŞ dolları ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 01.16-2-2022-12991 nömrəli məktubundan görünür ki,Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh (FİN: xxxxxxx) ilə ləğv prosesində olan İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixində bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüş və cavabdehə cəmi 5185.11 manat kompensasiya hesablanmışdır.Fərmanın qüvvəyə mindiyi günə-xx.xx.2019-cu il tarixinə Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə 6134.69 ABŞ dolları (10428.97 manat) əsas kredit borcu,habelə digər kredit təşkilatına kredit müqaviləsi üzrə 315.24 manat əsas kredit borcu mövcud olduğundan,hesablanmış kompensasiyalar Fərmanın 2-ci hissəsinə əsasən həmin borcların ödənilməsinə (birinci müqaviləyə-5032.98 manat, ikinci müqaviləyə- 152.13 manat) yönəldilmişdir. İş materiallarında olan maliyyə arayışının məzmunundan aydın olur ki, xx.xx.2015-ci il tarixli 104.LN.1010.270815.00005 saylı kredit müqaviləsi üzrə Banka 3175 ABŞ dolları məbləğində əsas borc, cərimə borcu 54 ABŞ dolları, 302 ABŞ dolları faiz borcu, 359 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 3890 ABŞ dolları məbləği təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh ilə "xxxx"ASC (Ləğv Prosesindədir) arasında bağlanmış kredit üzrə xx.xx.2019-ci il tarixinə əsas borcu 6134,69 ABŞ dolları (10428,97 manat) təşkil etmiş, restrukturizasiya olunması təklif olunan kredit borcu 5396, 00 manat (iddia olunan əsas borc məbləğində) müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə allınmalı və iddia tələbi restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh 3175 ABŞ dolları məbləğində vəsait tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi faiz və cərimə borcunun tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin (bundan sonra MPM) 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 73,97 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidır. Mülki Prosessual Məcəllənin: 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh 3175 ABŞ dolları əsas borc məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 73,97 manat dövlət rüsumu ləğv prosesində olan ASC İddiaçı -yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3175 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 73,97 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-2316/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2316/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver