Məhkəmə qərarları › İş №e-2(002)-234/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-234/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-234/2023 07.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə tüklü edilmiş. əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş. əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 3124 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh Banka ödənilməmiş 3530,59 (üç min beş yüz otuz manat, 59 qəpik) manat əsas, 2352.69 faiz, 1763,25 (min yeddi yüz altmış üç manat, 25 qəpik) cərimə, 1025.57 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 8672.10 (səkkiz min altı yüz yetmiş iki manat, 10 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 107 (yüz yeddi) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; - Tutmanın ipoteka predmeti olan “Mercedes Benz C220 CDİ” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobəil yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra“Bank”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3124 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 20% (iyirmi faiz) ödənilmək şərtilə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” markalı, **-GO- *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2014-cü il tarixli, 3124 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3124 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh Banka ödənilməmiş 3530,59 (üç min beş yüz otuz manat, 59 qəpik) manat əsas, 2352.69 faiz, 1763,25 (min yeddi yüz altmış üç manat, 25 qəpik) cərimə, 1025.57 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasənAzərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 8672.10 (səkkiz min altı yüz yetmiş iki manat, 10 qəpik) manat borcu mövcuddur. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli2(002)-946/2020 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin X5 X2 fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin X5 X2” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında cavabdehin borcun restruktrizasiya olunmasına dair ərizəsini təqdim edərək, bildirmişdir ki, cavabdehin borcu müvafiq Fərmanın təsiri dairəsinə düşür və o bu barədə banka ərizə ünvanlamışdır lakin sonradan müqavilə imzalanmamışdır. Əlavə olaraq, iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, onun cərimə və faiz borcları silinib, sadəcə əsas borcu mövcuddur, onu isə hissə-hissə ödəməyə razıdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsindən görünür ki Zaminbank ASC-nin tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20 faiz ilə ödəmək şərti ilə 7500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-ci il tarixli 3124 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh(alıcı və ipoteka qoyan) xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, özünün mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yükli edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AC N 211878 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C220 CDİ” markalı **- GO-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh mülkiyətindədir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AA N 117591 nömrəli nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin qeydiyyata alınmasına çıxarışdan görünür ki, “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh mülkiyətində olmaqla, avtomobil xx.xx.2014-ci il tarixli 3124 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-ci il tarixli 3124 nömrəli kredit müqaviləsi üzrə banka 3530,59 əsas, 2352,69 manat faiz, 1763,25 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cii il tarixli qərarına əsasən hesablanan 1025,57 manat məbləğində faiz (5%) borcu, cəmi 8672,10 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-ci il tarixli 3124 nömrəli kredit müqaviləsinə əlavəödəniş cədvəlindən görünür ki, Cavabdeh aylıq 278,73 manat olmaqla, 36 aya 7500 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, Zaminbank” ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-234/2023 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli LP-044/2023 saylı ekspert rəyindən görünür ki, “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobinin(1998-ci il buraxılışlı) hazırkı bazar qiyməti-11000 manat, hazırkı likvid qiyməti isə 9000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Qaradağ Rayon Məhkəməsinin sorğususna cavab olaraq göndərilmiş xx.xx.2022-ci i ltarixli məktubundan görünür ki, İddiaçı ASC-ilə (Ləğv prosesindədir) Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli 3124 nömrəli kredit müqaviləsi “Azərbaycan Respublikasında Fiziki Şəxslərin Problemli Kreditlərinin X5 X2” xx.xx.2019-cu il tarixli Fərmanın təsiri çırçivəsinə düşmüşdür.Həmin Fərmanın qüvvəyə mindiyi günədək xx.xx.2019-cu il taricinə cavabdehin vaxtı keçmiş əsas borcu 3530,59 manat təşkil edir və həmin borcun restruktrizasiya edilməsi nəzərdə tutulmuşdiur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli qərarla təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” –nın tələblərinə əsasən növbəti prosesual tədbirlər hər bir müştəriyə münasibətdə müvafiq kommersiya bankları tərəfindən icra edilməli idi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizıədən görünürki, vətəndaş 0.02.2014-ci il tarixli 3124 nömrəli kredit müqaviləsi üzrə qalmış 3530,59 manat məbləğinin restruktrizasiya olunmasına dair göstəriş verilməsini xahiş etmişdir. Tətbiq edilməli hüquq normaları: AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəminin mövqeyi: Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, Zaminbank ASC tərəfindən Cavabdeh xx.xx.2014-ci il tarixli 3124 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 7500 manat məbləğində kredit verilmiş, cavabdeh isə xx.xx.2014-ci il tarixli 3124 nömrəli kredit müqaviləsinə edilmiş əlavə üzrə iddiaçıya 36 ay müddətinə hər ay 278,83 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-ci il tarixli 3124 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx.xx.2014-ci il tarixli 3124 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh 3124 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, cavabdehin mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobil kredit verən Zaminbank ASC-nin xeyrinə yüklü etmişdir. Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq və ödəniş cədvəlləri üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə yalnız əsas borc hissəsində iddia tələbi təmin edilməli, iddia tələbi faiz, cərimə və illik 5%-lə tələb edilən məbləğ hissəsində isə rədd edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı tərəflərin izahatlarından, iş materiallarından müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin X5 X2” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən Cavabdeh iddiaçı banka müddəti keçmiş əsas kredit borcu 3530,59 manat müəyyən edilmişdir. İddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasındanda fiziki şəxslərin problemli kreditlərinin X5 X2" Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Çünki, bu halı sübut etmək yükü onun üzərinə düşür. Cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermir. Çünki, restrukturizasiya olunması təklif olunan kreditlrə dair Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş və cavabdehin 3530,59 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm həmin məbləği, həmdə hesabladığı cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda)tələblərinə ziddir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən əsas borcunun restruktrizasiya edilməsinə dair ərizə verilməsinə baxmayaraq, tərəflər arasında əsas borcun restruktrizasiya edilməsinə dair müqavilə bağlanmamışdır, bu halda məhkəmə hesab edir ki, cavabdehin vaxtında verilmiş (xx.xx.2019-cu il tarixədək) ərizəsi olduqdan sonrakı prosedrların(restruktrizasiya müqaviləsinin bağlanması və s) aparılması üzrə məsuliyyəti iddiaçı bank daşıdığından, hal-hazırki iş üzrə cavabdehin ancaq əsas borcuna dair hüquqi qiymət verilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Zaminbank ASC-nin xeyrinə xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə 3530,59 manat əsas borc tutulmalı, xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi əsaəsən tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı, açıq hərrac üzrə avtomobilin ilkin qiyməti 9000 manat müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə 3530,59 manat əsas borc məbləği Zaminbank ASC-nin xeyrinə ödənilməli, xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalı, avtomobilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh tutularaq Zaminbank ASC-nin xeyrinə ödənilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyi ilə müəyyən olunmuş likvid qiyməti yəni 9000 manat müəyyən olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 107 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hal-hazırda iddia tələbi qismən-təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş və tələb olunan 107 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq- 55,30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200(iki yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Bank: "xxxx"ASCYasamalfilialı,Kod:512565,VÖEN:**********(bankınVÖENİ),H/h:AZ30AZRT********************,M /h:AZ02NABZ********************,SWİFT:AZRT AZ 22) ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin (ləğv prosesindədir) xeyrinə xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə 3530(üç min beş yüz otuz) manat,59(əlli doqquz) qəpik əsas borc və 55,30 manat dövlət rüsumu tutulsun. xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi əsasən tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” markalı **-GO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracdan satılsın. Açıq hərrac üzrə avtomobilin ilkin satış qiyməti 9000(doqquz min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə 3530(üç min beş yüz otuz) manat, 59(əlli doqquz) qəpik borc məbləği İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Avtomobilin satışından əldə edilmiş vəsait xx.xx.2014-ci il tarixli 3124 saylı kredit müqaviləsi üzrə 3530(üç min beş yüz otuz) manat, 59(əlli doqquz) qəpik borc məbləğinin tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh tutularaq İddiaçı ASC -yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200(iki yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Bank: "xxxx"ASCYasamalfilialı,Kod:512565,VÖEN:**********(bankınVÖENİ),H/h:AZ30AZRT********************,M /h:AZ02NABZ********************,SWİFT:AZRT AZ 22) ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar