Məhkəmə qərarları › İş №e-2(002)-2344/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2344/2024

30.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2344/2024 30.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə İddiaçı “X1 QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X1 QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 62.24 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir.bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2022 il tarixli, e-2(002)-2540/2022 saylı Məhkəmə qətnaməsi çıxmışdır.Nəticədə iddiaçı"xxxx" QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-cü il tarixindəki 414.90 manat məbləğİndəki vəsait "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC -yə 62.24 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 62.24 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmışkredit müqaviləsinin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki : «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasənməhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən məbləği nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(002)-2540/2022 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 559,35 manat məbləğində əsas borc, 30,68 manat faiz, 24,87 manat cərimə olmaqla cəmi 614,90 manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC və Cavabdeh arasında bağlnmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 5.5-ci maddəsinə əsasən borcverən borcalanın öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranmış(ödənilməmiş) borclarının geri qaytarılmasının təmin edilməsi məqsədi ilə borcun qaytarılmasını üçüncü şəxslərə tapşırmaq və bu məqsədlə qanunvericilkdə nəzərdə tutulmuş müvaafiq tədbirlərin həyata keçirilməsi üçün (məhkəmə instansıyalarına\ orqanlarına müraciət) borcalana aild olan məlumatları həmin şəxslərə təqdim etmək, bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilən(çəkilməli olan) məsrəfləri borcalandan tələb etmək (tutmaq\almaq) hüququna malikdir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC ilə "xxxx" MMC arasından bağlanmış xx.xx.2021-cı il tarixli müqavilənin 5.1.1-ci bəndindən görünür ki, Bank Müqaviləyə əsasan istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faizi) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərc) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). İş materiallarına əlavə olunmuş maliyyə arayışın surətindən görünür ki, "xxxx" QSC ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində 414,90 manat borcun geri ödətdirilməsi təmin edilmişdir və bu ödənişlərə görə YapıKredi Bank Azərbaycan” QSC tərəfindən Azcollect” MMC-yə 62,24 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh 414,90 manat borcun geri ödətdirilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, «X1 Azərbaycan» QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə müqavilə üzrə yaranan borcların onun tərəfindən vaxtında və lazımı qaydada geri qaytarılmamasına görə Bank cavabdehə qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, cavabdeh(borcalan) bununla bağlı Bank tərəfindən çəkiləcək hər cür xərclərin(vəkil/ hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) Banka ödənilməsi barə öhdəlik götürmüşdür. İddiaçı bank cavabdehdən müqavilə üzrə yaranan borcların qaytarılması üçün hüquqi xidmətlərin göstərilməsini xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə "xxxx" MMC-yə tapşırmışdır. İş materiallarında olan təhvil-təslim aktlarından və maliyyə arayışından göründüyü kimi "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində 414,90 manat məbləğində borc geri alınaraq iddiaçı banka təhvil verilmiş və nəticədə "xxxx" QSC tərəfində isə hüquq bürosuna xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə“ və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən göstərilən hüquqi xidmətlərə görə geri ödənilən ümumi borcun 15% nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci)-62,24 manat pul ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda sadalanan qanunvericilki normalarını əsasə götürərərək, məhkəmə qeyd edir iş materiallarından göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Nəticədə iddiaçı bank cavabdehdən müqavilə üzrə borcun geri alınması üçün göstərilən hüquqi xidmətlərə görə onun tərəfindən hüquq bürosuna ödənilmiş xidmət haqqını tələb edir. İş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, cavabdeh onun ilə iddiaçı bank arasında bağlanmış kredit müqaviləsi ilə öz üzərinə borcun geri qaytarılmasına görə iddiaçı bank tərəfində çəkilmiş xərclərin(məsrəflərin) iddia banka ödənilməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda məhkəmə qeyd edir ki, təhvil aktlarından da göründüyü kimi, iddiaçı bank tərəfindən hüquq bürosuna müqavilə üzrə geri qaytarılmış 414,90 manat məbləğində borcun-15% nisbətində-yəni 62,24 manat məbləğində xidmət haqqı ödənilmişdir.Hazırda iddiaçı cavabdehdən onun tərəfindən hüquqi xidmətlərə görə ödənilmiş-62,24 manat hüquqi xidmət haqqını və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunu tələb etmiş və cavabdeh isə iddia tələbinə münasibətini bildirməmişdir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırda iddiaçının tələbi qanuni və əsaslıdır, bu səbəbdən iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və hazırda həmin məbləği cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Hazırki iddia tələbi təmin edildiyindən məhkəmə hesab edirki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı “X1 QSC–nin xeyrinə üzrə 62,24 manat məbləğində borcu (hüquqi xidmət haqqı) və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı “X1 QSC-nin xeyrinə 62,24(altmış iki manat, iyirmi dörd qəpik) manat məbləğində borc pul və 30(otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar