Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2349/2022 08.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun alınması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4623.29 ( dörd min altı yüz iyirmi üç manat iyirmi doqquz qəpik) manat əsas, 326.74 ( üç yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat faiz, cəmi 4950.03 ( dörd min doqquz yüz əlli manat üç qəpik) manat, 2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli saylı kredit Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2000 ( iki min ) manat əsas, 245.77 ( iki yüz qırx beş manat yetmiş yeddi qəpik) manat faiz, cəmi 2245.77 ( iki min iki yüz qırx beş manat yetmiş yeddi qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 92.36 ( doxsan iki manat otuz altı qəpik ) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 18 ( on səkkiz ) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 6200 ( altı min iki yüz ) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ******* saylıKrеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 4623.29 ( dörd min altı yüz iyirmi üç manat iyirmi doqquz qəpik ) manat, faiz borcu 326.74 ( üç yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat təşkil edir. Həmçinin bildiririk ki, Cavabdeh şəxsi ( istehlak ) məqsədləri üçün 36 ( otuz altı ) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 2000 ( iki min ) manat məbləğində Krеdit kart_Grace vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 2000 ( iki min ) manat, faiz borcu 245.77 ( iki yüz qırx beş manat yetmiş yeddi qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylıKredit müqavilələri üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin, Krеdit Müqavilələrində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yеrinə yеtirmədiyindən Krеdit Müqavilələri üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hal-hazırda cavabdehin xx.xx.2021-ci il tarixli Krеdit Müqaviləsinə əsаsən Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 4950.03 ( dörd min doqquz yüz əlli manat üç qəpik) manat, xx.xx.2021-ci il tarixli Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 2245.77 ( iki min iki yüz qırx beş manat yetmiş yeddi qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçı “Azər-Türk Bank» ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinə iştirakları olmadan baxmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında hər iki müqavilə üzrə əsas borcu və faiz borcunun olduğunu qəbul etdiyini bildirərək,bu barədə yazılı ərizə məhkəməyə təqdim etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: 1049436 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin və ******* nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 18 ay müddətində, illik 16 faiz dərəcəsi ilə 6200 manat məbləğində pul vəsaitini və Azər-Türk Bank” ASC Cavabdeh 36 ay müddətində, illik 28 faiz dərəcəsi ilə 2000 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixdə müqavilənin bitmə tarixi göstərilməklə, ödənilmiş əsas borc 1576.71 manat, ödənilmiş faiz borcu 423.73 manat, ödənilməli əsas borc üzrə 4623.29 manat, ödənilməli faiz borcu üzrə 326.74 manat, ümumi borc 4950.03 manat kredit borcunun olduğu , xx.xx.2024-cü il tarixdə müqavilənin bitmə tarixi göstərilməklə, ödənilmiş əsas borc 480.87 manat, ödənilmiş faiz borcu 367.05 manat, ödənilməli əsas borc üzrə 2000 manat, ödənilməli faiz borcu üzrə 245.77 manat, ümumi borc 2245.77 manat kredit borcunun olduğu müəyyən edilmişdir. 1049436 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin və ******* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsi üzrə 18 ay müddətində hər ay 389.71 manat məbləğində ödəniş etməklə, ümumi 7014.77 manat məbləğində ödəniş etməyi, digərkredit müqaviləsi üzrə 36 ay müddətində hər ay 46.47 manat məbləğində ödəniş etməklə, ümumi 3631.78 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh 6200 manat məbləğində pul vəsaiti və 2000 manat məbləğində pul vəsaitini təhvil almışdır. xx.xx.2022-ci il tarixli, xx/xx-1964 nömrəli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini İddiaçı ASC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə 5 iş günü ərzində məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında ******* nömrəli, xx.xx.2021-ci il və ******* nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 6200 manat və 2000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etdiyi halda, cavabdeh müvafiq kredit müqaviləsi üzrə götürülmüş borc öhdəliklərini vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozulmuşdur. Bununla da borc alan Cavabdeh müqavilənin şərtlərini pozaraq, onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə iclasında cavabdeh iddia tələbinin qəbul edilməsinə dair yazılı ərizə təqdim etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hazırki mülki iş üzrə kredit borcunu həm əsas, həm faiz borcu hissəsində ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 92.36 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Məhkəmə MPM-in 119-cu maddəsinin tələbini əsas götürərək, hesab edir ki,hazırki mülki iş üzrə iddia tələbi təmin edildiyindən, iddia tələbi öədnilmiş dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 26 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4623.29 manat məbləğində əsas borc, 326.74 manat məbləğində faiz borcu olmaqla, cəmi 4950.03 manat, 10 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2000 manat məbləğində əsas borc, 245.77 manat məbləğində faiz borcu olmaqla, cəmi 2245.77 manat məbləğində borc olmaqla,ümumilikdə 7195.8 manat məbləğində borc, ödənilmiş 92.36 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 26 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4623.29 manat məbləğində əsas borc, 326.74 manat məbləğində faiz borcu olmaqla, cəmi 4950.03 manat, 10 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2000 manat məbləğində əsas borc, 245.77 manat məbləğində faiz borcu olmaqla, cəmi 2245.77 manat məbləğində borc olmaqla,ümumilikdə 7195.8 manat məbləğində borc pul vəsaiti, ödənilmiş 92.36 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-2349/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2349/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver