Məhkəmə qərarları › İş №e-2(002)-2349/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2349/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2349/2023 31.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-0084075AZN72054 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7670.13 manat əsas borc, 2 687.58 manat faiz borcu, 6 029.39 manat cərimə borcu olmaqla, cəmi 16 387.1 manat borc, 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma əməliyyatına əsasən 21.22 manat əsas borc, 9.54 manat cərimə borcu olmaqla cəmi 30.76 manat məbləğində borcu, və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2nun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-19631İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X2 çərçivəsində0084075AZN72054 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla, 9 000 (doqquz min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1052 gün, kart hesabı üzrə sms məlumatlandırma əməliyyatı üzrə 1021 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi: -0084075AZN72054 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,670.13 (yeddi min altı yüz yetmiş manat on üç qəpik) manat əsas borc, 2,687.58 (iki min altı yüz səksən yeddi manat əlli səkkiz qəpik) manat faiz borcu, 6,029.39 (altı min iyirmi doqquz manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 16,387.10 (on altı min üç yüz səksən yeddi manat bir qəpik) manat; - 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma əməliyyatına əsasən 21.22 (iyirmi bir manat iyirmi iki qəpik) əsas borc, 9.54 (doqquz manat əlli dörd qəpik) cərimə borcu olmaqla cəmi 30.76 (otuz manat yetmiş altı qəpik) manat təşkil edir.. İddiaçı ASC-nin nümayəndəsi ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş GTC- 19631İB/2020 saylı Razılıq ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2nun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etmiş və sonradan tərəflər arasında X2 çərçivəsində 0084075AZN72054 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla, 9000 (doqquz min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə borcu aşağıdakı kimidir:- 7670.13 manat əsas borc, 2 687.58 manat faiz borcu, 6029.39 manat cərimə borcu olmaqla, cəmi 16 387.1 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 0xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı banka 9000 manat krediti 24 ay müddətinə 26% dərəcəsi ilə hər ay 486,57 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 41010AZNFK********** saylı kart hesabından çıxarışa əsasən 21.22 (iyirmi bir manat iyirmi iki qəpik) əsas borc, 9.54 (doqquz manat əlli dörd qəpik) cərimə borcu olmaqla cəmi 30.76 (otuz manat yetmiş altı qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Belə ki, iş materiallarında olan 0084075AZN72054 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə ərizəsindən və 41010AZNFK********** saylı kart müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 9000 manat məbləğində kredit verilmiş və limitli kart hesabı açılmışdır, “Kredit alan” isə verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka 0084075AZN72054 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə ərizəsinə görə 7670,13 manat əsas borc, 2687,58 manat faiz borcu, 6029,39 manat cərimə borcu olmaqla, cəmi 16387,1 manat borc və 1010AZNFK********** saylı kart hesabı üzrə 21,22 manat əsas borc, 9,54 manat cərimə borcu olmaqla cəmi 30,76 manat məbləğində borcu yaranmışdır. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, GTC- 19631İB/2020 saylı kredit müqaviləsi üzrə 700 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 700 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün ödənilmiş 140 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 123,26 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 0084075AZN72054 saylı maliyyələşdirmə ərizəsinə əsasən 7670 (yeddi min altı yüz yetmiş) manat 13(on üç) qəpik əsas borc, 2687 (iki min altı yüz səksən yeddi) manat 58(əlli səkkiz) qəpik faiz borcu, 700(yeddi yüz) manat cərimə borcu olmaqla, cəmi 11057(on bir min əlli yeddi) manat, 71(yetmiş bir) qəpik borc və 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma əməliyyatına əsasən 21.22 (iyirmi bir) manat 22(iyirmi iki) qəpik əsas borc, 9 (doqquz) manat 54(əlli dörd) qəpik cərimə borcu olmaqla, cəmi 30 (otuz) manat 76(yetmiş altı) qəpik məbləğində borc olmaqla, iki müqavilə üzrə ümumilikdə cəmi 11088,47 manat borc və ödənilmiş 123 (yüz iyirmi üç) manat 26(iyirmi altı) qəpik dövlət rüsumunun tutulmalıdır. İddia tələbi qalan hissədə rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 0084075AZN72054 saylı maliyyələşdirmə ərizəsinə əsasən 7670 (yeddi min altı yüz yetmiş) manat 13(on üç) qəpik əsas borc, 2687 (iki min altı yüz səksən yeddi) manat 58(əlli səkkiz) qəpik faiz borcu, 700(yeddi yüz) manat cərimə borcu olmaqla, cəmi 11057(on bir min əlli yeddi) manat 71(yetmiş bir) qəpik borc və 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma əməliyyatına əsasən 21 (iyirmi bir) manat 22(iyirmi iki) qəpik əsas borc, 9 (doqquz) manat 54(əlli dörd) qəpik cərimə borcu olmaqla, cəmi 30 (otuz) manat 76(yetmiş altı) qəpik məbləğində borc ümumilikdə 11088(on bir min səksən səkkiz) manat, 47(qırx yeddi) qəpik borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 123 (yüz iyirmi üç) manat 26(iyirmi altı) qəpik dövlət rüsumu tutulsun İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar