Məhkəmə qərarları › İş №e-2(002)-2357/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2357/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2357/2024 15.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********24 saylı kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC X4 36 ay müddətinə 2000 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

3. "xxxx" ASC Problemli kreditlərin hüquqi tətbiqi departamentinin məhkəmələrlə İş Şöbəsi tərəfindən verilmiş maliyyə arayışına əsasən, cavabdeh X3 xx.xx.2024-cü il tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 636.22 AZN əsas; 4.77 manat faiz; cəmi 640.99 AZN məbləğində borcu yaranmışdır.

4. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli 746№-li Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X5 vərəsələrinə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixli, 2V-277, 2V-278, 2V-279 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli V-124/2021 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: şəhadətnamə verilən miras əmlak: Cavabdeh2 (arvadı), miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlakı: AR Bakı şəhəri İcra Hakimiyyəti və MHQİ tərəfindən xx.xx.2005-ci il tarixə X4 verilmiş 30/2908 qeydəalma nömrəsi ilə 201 nömrəli kitabın 29836cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39.19 kv.m, yaşayış sahəsi 23.79 kv.m, 2 otaqlı olan mənzildən ibarətdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli V-124/2021 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: şəhadətnamə verilən miras əmlak: Cavabdeh3, miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlakı: AR Bakı şəhəri İcra Hakimiyyəti və MHQİ tərəfindən xx.xx.2005-ci il tarixə X4 verilmiş 30/2908 qeydəalma nömrəsi ilə 201 nömrəli kitabın 29836-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39.19 kv.m, yaşayış sahəsi 23.79 kv.m, 2 otaqlı olan mənzildən ibarətdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli V-124/2021 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: şəhadətnamə verilən miras əmlak: Cavabdeh1, miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlakı: AR Bakı şəhəri İcra Hakimiyyəti və MHQİ tərəfindən xx.xx.2005-ci il tarixə X4 verilmiş 30/2908 qeydəalma nömrəsi ilə 201 nömrəli kitabın 29836-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39.19 kv.m, yaşayış sahəsi 23.79 kv.m, 2 otaqlı olan mənzildən ibarətdir.

8. "xxxx" ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 6-2- 22/2-29902/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, yuxarıda adı çəkilən BPM**********24 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən X3 vərəsələrinin nağd kredit üzrə isə 636.22 AZN əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəlik 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacaqdır. İddia tələbi

9. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 636.22 manat əsas, 4.77 manat faiz borcu olmaqla, cəmi 640.99 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2020-ci il tarixli BPM**********24 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24 %-lə, 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 117505 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X3 mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2V-277, 2V-278, 2V-279 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak – Bakı şəhəri Qaradağ rayonu ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39.19 kv/m. 2 otaqlı olan mənzildən ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 636.22 manat əsas, 4.77 manat faiz borcu olmaqla, cəmi 640.99 manat borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2023-cü il tarixində 6-2-22/2-29902/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

11. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı "xxxx" ASC-in nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə etdiklərini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir.

13. İddiaçı "xxxx" ASC məhkəmə baxışında ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

14. Cavabdeh3 məhkəmə iclasında izahat verərək, iddiaçı bank ilə 4 ildə mütəmadi əlaqə saxlasa da, onlardan xəbər çıxmadığını, məhkəmə iclasında baxış keçirdiyi müqavilədə olan imzaların mərhum atasına aid olmasını qəbul edir, borcun hesablanması ilə bağlı narazılığı yoxdur.

15. Digər cavabdehlərə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

16. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

17. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

18. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

19. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

20. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

21. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

22. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

24. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

25. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

26. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

27. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

28. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

31. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma

36. İddia əsaslıdır.

37. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X8 arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 2000 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 36 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh X8 xx.xx.2021-ci il tarixində vəfat etmiş və onun vərəsələri Cavabdeh2, X9 və Cavabdeh1 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisində xx.xx.2021-ci il tarixli, 2V- 277, 2V-278 və 2V-279 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmiş, eyni zamanda cavabdeh məhkəmə araşdırması zamanı tələbi qəbul etdiyini qeyd etmiş və son ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. "xxxx" ASC pretenziya qaydasına riayət edərək, mərhum X8in vərəsələri cavabdehlər Cavabdeh2, X9 və Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan sənədlərdən aydın olur ki, borclu öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.

38. Beləliklə, borclunun vərəsələrinə ünvanlanmış pretenziya məktubunda 636.22 manat və müvafiq faizin tutulması tələb edilmişdir. Məhkəmə yuxarıda adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.

39. Məhkəmə qeyd edilən halları və cavabdehlər tərəfindən iddia tələbinə dair heç bir etiraz, etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsi və borclunun kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğu nəzərə alınaraq, eləcə də miras aktiv mənzildən ibarət olmaqla vərəsələrin 1/3 payı müəyyən edildiyindən, vərəsələrin hər birinə düşən miras payı kreditorun tələbini əhatə etdiyindən və cavabdeh iddia ərizəsində göstərilən məbləği etiraf etdiyindən iddia tələbi təmin olunmalıdır.

40. Mirasın açılma tarixinin xx.xx.2021-ci il olmasını nəzərə alaraq qeyd edir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan aydın olur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

41. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, X9 və Cavabdeh1 müştərək qaydada borclu olduğu 636.22 manat əsas, 4.77 mant faiz borcu olmaqla, cəmi 640.99 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

43. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 636.22 manat əsas, 4.77 mant faiz borcu olmaqla, cəmi 640.99 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar