Məhkəmə qərarları › İş №e-2(002)-24/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-24/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-24/2024 28.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X1 ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10139.10 ABŞ dolları, bundan 4289.42 ABŞ dolları əsas, 1483.16 ABŞ dolları faiz, 3733.52 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 633 ABŞ dolları faiz borc və iş üzrə ödənilmiş 141.71 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə cavabdehlərdən Cavabdeh1 14 iyul 2022-ci il tarixdə vəfat etmiş, bu barədə Yasamal rayon qeydiyyat şöbəsində, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 1146 № ilə qeyd edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2001/2022 saylı, 20 iyul 2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixdə ölmüş Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2001/2022 saylı, 20 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırıldıqdan sonra məhkəmə tərəfindən mərhum Cavabdeh1 vərəsələrinə vərəsəlik haqqında şəhadətnamənin verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində xidmətlər baş idarəsinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində xidmətlər baş idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-5/2-11-4326/23 saylı məktubla müəyyən edilmişdir ki, mərhum Cavabdeh1 adına vərəsəlik işinin açılıb-açılmaması barədə müraciətə həmin idarədə baxılmış və “elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində adı çəkilən şəxsin adına vərəsəlik işinin açılması faktı aşkar edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti üzrə hüquq varisliyinə yol verilmədiyinə görə bu əsasla iş üzrə icraata xitam verilməli, ödənilmiş 141,71 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmamıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 261.0.7, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 141,71 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar