Məhkəmə qərarları › İş №e-2(002)-242/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-242/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-242/2025 08.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 320,37 (üç yüz iyirmi manat 37 qəpik) manat maddi zərər məbləğinin 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 350,77 (üç yüz əlli manat 77 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində **-YG-*** DQN-lı “X7” markalı avtomobilin sürücüsü Cavabdeh Rəşid İsmayılov küşəsi ilə hərəkət edərkən manevr etmə qaydalarını pozaraq İddiaçı MMC-yə məxsus **-JB-*** DQN-lı “BMC Procity Avtobus” markalı avtobusu arxa sol hissədən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin polis polkovniki X3 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. DYP-nin araşadırması nəticəsində Cavabdeh əməllərində İXM-nin 327.6-cı və 327.1-ci maddələrinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar verilib. Yolhərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X6 İdarəsində tanınmışdır.Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun arxa sol hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 2 (iki) gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 010694 saylı Zərər Aktına əsasən **-JB-*** DQN-lı avtobusa 320,37 (üç yüz iyirmi manat 37 qəpik) manat maddi zərər dəymişdir. Qeyd etmək istəyirik ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-YG-*** DQN-lı “X7” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 320,37 (üç yüz iyirmi manat 37 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Tərəflərin və prosesin digər iştirakçılarının izahatları: İddiaçı "xxxx" MMC məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin maşının icbari sığortası olmışdır. Ekspertizaya ehtiyac yoxdur, çünki ödənişlə bağlı məlumat zərər aktında qeyd edilmişdir. Zərər aktında 320 manat qeyd edilmişdir. Avadanlıqlar Türkiyədən gətirilmişdir. Digər təmir mərkəzləri o işi görə bilmir deyə, ancaq bir şirkət o təmiri edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Mülki işin faktiki halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş BMC.AZ-nin xx.xx.2024cü il tarixli 010694 saylı Zərər Aktından görünür ki, **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusa 320,37 manat maddi zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-JB-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobus "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İnzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən “X7” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunarkən yol hərəkəti qaydalarının pozan nəqliyyat vasitəsinin hadisə yerindən yayınması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrinin tələbləri pozulması nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu səbəbdən 100 manat cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş icbari sığorta müqavilələrinin yoxlanmasına dair internet resuslarından əldə olunmuş çıxarışdan görünür ki, **-JB-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobus “Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş icbari sığorta müqavilələrinin yoxlanmasına dair internet resuslarından əldə olunmuş çıxarışdan görünür ki, X7” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalanmasına dair heç bir məlumat tapılmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi X7” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" MMC-yə məxsus **-JB-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobus ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bu hadisə barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək, Cavabdeh əməllərində İXM-nin 327.6-cı və 327.1-ci maddələrinin tələbləri pozulması aşkarlanmlışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan **-JB-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusa 320,37 manat maddi ziyan vurulmuşdur. Hazırda iddiaçı cavabdehdən həmin məbləği tələb edir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlı olmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri nəticəsində səbəbli əlaqənin olması halı aşkar olunmuşdur. Eyni zamanda icbari sığorta müqavilələrinin yoxlanmasına dair internet resuslarından əldə olunmuş çıxarışdan görünür ki, cavabdehin idarə etdiyi X7” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalanmasına dair heç bir məlumat tapılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən avtomobil idarə edilərkən inzibati xəta törətməsi və nəticədə iddiaçı "xxxx" MMC-yə məxsus avtomobilə ziyanın vurulması halı müəyyən edildiyindən və cavabdehin də məhkəmə prosesləri barəsində məlumatlı olmasına baxmayaraq iddia tələbinə etirazı olmadığından hazırda cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımalı və iddiaçının əmlakına vurduğu zərərin əvəzini-zərər aktında göstərilən-320,37 manat məbləğində ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı »BakıBus» MMC-yə məxsus əmlaka vurulmuş ziyana görə Cavabdeh maddi ziyana görə 320,37 manat və 30,40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmiş və hazırda cavabdehdən həmin məbləği də tələb edir. Hal-hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi ziyana görə 320,37 manat, 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar