Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2427/2023 19.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21600 (iyirmi bir min altı yüz) manat pulun, ödənilmiş 155 manat dövlət rüsumunun alınaraq mənə verilməsi və cavabdeh ilə aramızda bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2013-cü ildə bəzi işləri ilə əlaqədar olaraq, müəyyən miqdar borc pula ehtiyacı olduğunu deyərək, ondan geri qaytaracağını söz verərək 70000 (yetmiş min) ABŞ dolları məbləğində borc pul istəmişdir. O, isə də aralarındakı münasibətləri nəzərə alaraq borc pul verməyə razı olmuş və həmin tarixdə ona qəbzlə 70000 (yetmiş min) ABŞ dolları məbləğində pulu borc verdi. Bundan sonra, yəni 03 may 2016-cı il tarixdə Cavabdeh yenə də ondan 42000 (qırx iki min) manat borc pul istədi və o, ona qəbzlə 42000 manat pulu borc verdi. Bundan başqa, xx.xx.2017-ci il tarixdə Cavabdeh yenə də ondan 35000 (otuz beş min) manat borc pul istədi və o, ona qəbzlə 35000 manat pulu borc verdi. Bundan başqa, xx.xx.2018-ci il tarixdə Cavabdeh yenə də ondan 15000 (on beş min) manat borc pul istədi və o onunla bu barədə müqavilə bağlayaraq ona 15000 manat pulu borc verdi. Həmin müqavilədən göründüyü kimi də artıq Cavabdeh ona son nəticə olaraq 134600 (bir yüz otuz dörd min altı yüz) manat borcu yarandı. Müqaviləyə əsasən Cavid ona olan borcunu 01 noyabr 2022-ci il tarixədək qaytarmalı idi. Cavabdeh 18 yanvar 2022-ci il tarixdə həmin borcdan mənə 18000 manat, 28 yanvar 2022-ci il tarixdə isə 95000 manat qaytardı və onun həmin vaxtdan ona 21600 manat ödənilməmiş borcu qalmışdır. Bu barədə aralarında “borcların üzləşmə aktı” adlı sənəd də tərtib olunaraq imzalanmışdır. Lakin, son zamanlar dəfələrlə Caviddən pulunu tələb etməyinə baxmayaraq o borcunu ödəməkdən yayınır. Ona görə məcbur olub məhkəməyə müraciət etməli oldu. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclasında iddia tələblərini qəbul etdiyini bildirərək, iddianın təmin edilməsinə etiraz etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2013-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh 70000 (yetmiş min) ABŞ dolları məbləğində pulu borc vermişdir. iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.20216cı il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh daha 42000 AZN məbləğində pulu borc vermiş və xx.xx.2016-cı il tarixdə həmin borcdan Cavabdeh tərəfindən 12000 manat geri qaytarılmışdır. iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh daha 35000 AZN məbləğində pulu borc verilmişdir. iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh daha 15000 AZN məbləğində pulu borc verilmiş və nəticədə Cavabdeh 134600 manat borcu yaranmış və həmin borcu xx.xx.2022-ci il tarixədək geri qaytarılmasını öhdəsinə götürmüşdür. iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli borcların üzləşməsi aktından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən yaranmış 134600 manat borcundan xx.xx.2022-ci il tarixdə 18000 manat və xx.xx.2022-ci il tarixdə 95000 manat geri qaytarılaraq nəticədə 21600 manat borcu qalmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.3-cı maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından, fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclaslarında cavabdehin etirafından göründüyü kimi, iddiaçı cavabdehə müxtəlif vaxtlarda borc pul vermiş, cavabdeh isə razılaşdırılmış müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin öhdəliyi tam və vaxtında icra etməmişdir Bu səbəbdən iddia əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, cavabdeh etirafını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21600 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 155 manat dövlət rüsumu ödəmiş və hal-hazırda həmin məbləği cavabdehdən tələb etdiyindən və cavabdeh tərəfindən də borc məbləğinin və dövlət rüsumunun ondan tutulmasına dair etirazı olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə Cavabdeh 155 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki,cavabdeh müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etmədiyindən iddiaçının borcun qaytarılması tələbinə dair iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21600 manat məbləğində borc pul və 155 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli və Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsinə xitam verilməlidir. Nəticə hissəi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21600(iyirmi bir min altı yüz) manat məbləğində borc pul və 155(yüz əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-2427/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2427/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver