Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2441/2025 14.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi ilə bank tərəfindən borcalana 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış, xx.xx.2017-ci il tarixli, ********* saylı xx.xx.2014-ci il tarixli Kredit Müqaviləsi üzrə Əlavə Saziş № 1-dən görünür ki, 6692.16 ABŞ dolları məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir.
3. xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə 1 saylı Ödəniş cədvəlinə əsasən, Cavabdeh 6692.16 ABŞ dolları məbləğində krediti 60 ay müddətində, hər ay 57 ABŞ dolları ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.
4. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə yaranmış borcu aşağıdakı kimidir: - cəmi borcu 8347.34 ABŞ dolları- bundan 3811.66 ABŞ dolları əsas, 1127.07 ABŞ dolları faiz, 2855.29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 553.32 ABŞ dolları.
5. LPO İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixinə LPO Banka 3811.66 ABŞ dolları məbləğində əsas borc, 1127.07 ABŞ dolları məbləğində faiz borcu, 2855.29 ABŞ dolları məbləğində cərimə borcu, AR MM-i 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 553.32 ABŞ dolları faiz məbləği, ümumilikdə isə 8347.34 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 8347.34 ABŞ dolları məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin edilməsi ondan tələb olunmuşdur.
İddia tələbi
6. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 8.347,34 (səkkiz min üç yüz qırx yeddi ABŞ dolları 34 sent) ABŞ dolları bundan 3.811,66 (üç min səkkiz yüz on bir ABŞ dolları 66 sent) ABŞ dolları əsas, 1.127,07 (bir min bir yüz iyirmi yeddi ABŞ dolları 07 sent) ABŞ dolları faiz, 2.855,29 (iki min səkkiz yüz əlli beş ABŞ dolları 29 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 553,32 (beş yüz əlli üç ABŞ dolları 32 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 132,57 (bir yüz otuz iki Manat 57 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 24 ay müddətinə illik 29 % dərəcəsi ilə 6.370 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6.692,16 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 8.347,34 (səkkiz min üç yüz qırx yeddi ABŞ dolları 34 sent) ABŞ dolları təşkil edir. Bundan 3.811,66 (üç min səkkiz yüz on bir ABŞ dolları 66 sent) ABŞ dolları əsas, 1.127,07 (bir min bir yüz iyirmi yeddi ABŞ dolları 07 sent) ABŞ dolları faiz, 2.855,29 (iki min səkkiz yüz əlli beş ABŞ dolları 29 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 553,32 (beş yüz əlli üç ABŞ dolları 32 sent) ABŞ dolları faiz borcu təşkil edir.
8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
9. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı LPO İddiaçı ASC məhkəmə ərizə ünvanlayaraq mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki devalvasiyaya qədər ödəniş etmişir, devalvasiyadan sonra onun 3922 manat pul qaytardılar, o da düşündü ki, borc bitib. 1 dəfə istədi ödəniş etsin, terminalda alınadı, 2-ci dəfə yoxlayanda adı çıxmadı. 7 ildən sonra xəbər verdilər ki, borcun var. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:
12. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 37-ci fəsli ilə bağlı 2023-cü il oktyabrın 1-dən əvvəl qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741 Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1 Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 424.2 Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3 Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
448. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2 Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarı: Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
b) Əsaslandırma
16. İddia qismən əsaslıdır.
17. İşin mübahisəsiz hallarına görə, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış, xx.xx.2017-ci il tarixli, ********* saylı Əlavə Saziş № 1 ilə, xx.xx.2014-ci il tarixli Kredit Müqaviləsi üzrə 6692.16 ABŞ dolları məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci ilədək təşkil etmişdir.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında münasibət kredit müqaviləsindən irəli gələn öhdəlik olmaqla, onlar arasında bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının öhdəliklərin icrası ilə bağlı iddia irəli sürmək barədə subyektiv hüququnun mövcud olması aşkardır.
19. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirsə də, borcalan tərəfindən müqavilədən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir.
21. Müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Odur ki, cavabdehin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən o, kreditor qarşısında məsuliyyət daşıyır.
22. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışnda cavabdehin xx.xx.2025-ci il tarixinə yaranmış borcu aşağıdakı kimi göstərilmişdir: cəmi borcu 8347.34 ABŞ dolları, bundan 3811.66 ABŞ dolları əsas, 1127.07 ABŞ dolları faiz, 2855.29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 553.32 ABŞ dolları.
23. Borclu həmin məbləği mübahisələndirdiyi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3581 nömrəli ekspert rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş müqaviləsinin müddətinin sonuna yəni xx.xx.2022-ci il tarixinə Cavabdeh banka olan əsas, faiz borcu aşağıdakı kimi müəyyən edilir. əsas borc üzrə-3847.55 ABŞ dolları, faiz borcu üzrə-625.23 ABŞ dolları. Müqavilə müddətindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu illik 5%-lə hesablanmışidr. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişin müddəti bitdikdən sonra maliyyə arayışında qeyd edilən tarixə (xx.xx.2025) yaranmış, əsas, faiz borcu aşağıdakı kimi müəyyən edilir. əsas borc üzrə-3847.55 ABŞ dolları, faiz borcu üzrə- 625.23 ABŞ dolları, 5 faizlə hesablanmış faiz borcu üzrə-549.88 ABŞ dolları. Reyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmis is materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları tərəflər arasında imzalanmış LPO "xxxx" ASC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş üzrə Cavabdeh bütün ödənişləri nəzərə alınmaqla (bütün ödənişlər dedildə, hazırkı tarixə kimi olan ödənişlər anlaşılmalıdır) iddia ərizəsi tarixinə (xx.xx.2025-ci il) ödənilməmiş əsas, faiz borcu aşağıdakı kimi müəyyən edilir. əsas borc üzrə-3847.55 ABŞ dolları, faiz borcu üzrə-625.23 ABŞ dolları, 5 failə hesablanmış faiz borcu üzrə-576.60 ABŞ dolları. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sual üzrə qoyulan müddətlərə Cavabdeh cərimə borcu hesablanmadı.
25. Belə olan halda məhkəmə ekspert rəylərini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək qeyd edir ki, iddia tələbi əsas borc 3811.66 ABŞ dolları (maliyyə arayışında göstərilən məbləğ ekspertiza rəyindən aşağı təşkil edir), faiz borcu 625.23 ABŞ dolları və kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu (illik 5 %) 549.88 ABŞ dolları hesab edilməlidir.
26. İddia tələbinin borca görə hesablanmış cərimə (2855.29 ABŞ dolları) ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.
27. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmışdır. Lakin, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə görə hesab edir ki, cərimə borcunun məbləği (2855.29 ABŞ dolları) ədalətli olmamaqla iddia tələbi cərimə borcunun tutulması hissəsində 5 ABŞ dolları həddində olmaqla qismən təmin edilməlidir.
Məhkəmə xərcləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 132.57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 132.57 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 105.63 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
34. MPM-in 107 və 119.2-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin apardığı, xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 manat məsrəf iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 manat hissəsi iddiaçıdan, 70 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə
35. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3811.66 ABŞ dolları əsas, 625.23 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 549.88 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5036.77 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatına olan məzənnə ilə) pul vəsaiti və 105.63 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 100 manat məsrəfin ödənilmiş tələblərə uyğun, 30 manat hissəsi iddiaçı LPO İddiaçı ASC-dən, 70 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova