Məhkəmə qərarları › İş №e-2(002)-254/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-254/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-254/2025 23.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nağd kredit üzrə 3.359,34 manat əsas borc, kart krediti üzrə 499,88 manat əsas borc, 9,47 manat faiz olmaqla, cəmi 3.868,69 manat pul vəsaiti, ödənilmiş 58,69 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2021-ci il tarixli BPM**********02 nömrəli X8 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 illik 22 %-lə, 48 ay müddətinə 5.200 manat məbləğində kredit verilmiş və illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh vərəsəlik işi açılmışdır. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, nağd kredit üzrə 3.359,34 manat əsas borc, kart krediti üzrə 499,88 manat əsas borc, 9,47 manat faiz olmaqla, cəmi 3.868,69 manat borc qalmışdır. Eyni zamanda, bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 58,69 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixdə 6-2-22/2-29551/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etdi, bu barədə məhkəməyə ərizə təqdim etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********02 nömrəli X8 müqaviləsinə əsasən borc alana illik 22 %-lə, 48 ay müddətinə 5.200 manat məbləğində kredit verilmiş və illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Təqdim olunmuş digər sənədlərdən görünür ki, borc alan X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydləri kitabında 749 saylı akt qeydi icra olunmuş, mərhumun adına xx.xx.2023-cü il tarixdə AZ-İİ seriyalı 370888 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhumun vərəsəsi olan Cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət etmiş, notariat ofisində V-69/2023 saylı vərəsəlik işi açılmış və xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında 2V-8 reyestr saylı şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışında qeyd olunmuşdur ki, mərhum borc alanın banka nağd kredit üzrə 3.359,34 manat əsas borc, kart krediti üzrə 499,88 manat əsas borc, 9,47 manat faiz olmaqla, cəmi 3.868,69 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan cavabdeh mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən qeyd olunan məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 58,69 manat dövlət rüsumu və 0,4 manat xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, nağd kredit üzrə 3.359,34 manat əsas borc, kart krediti üzrə 499,88 manat əsas borc, 9,47 manat faiz olmaqla, cəmi 3.868,69 manat pul vəsaiti, ödənilmiş 58,69 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Nağd kredit üzrə 3.359,34 manat əsas borc, kart krediti üzrə 499,88 manat əsas borc, 9,47 manat faiz olmaqla, cəmi 3.868,69 manat pul vəsaiti, ödənilmiş 58,69 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar