Məhkəmə qərarları › İş №e-2(002)-2553/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2553/2023

05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2553/2023 05.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı İB-in Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində AKX-05546xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsi imzalanmış və həmin müqavilə əsasənda İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.

2. ünvan 1 ünvanına İddiaçı Bakı X6 Departamenti tərəfidən **********00160 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır.

3. İddiaçı tərəfindən tərtib olunmuş, xx.xx.2023-cü il tarixli ******* №li Akta əsasən, ünvan 1 ünvanında **********00160 nömrəli sayğaca müdaxilə olunması ilə əlaqədar qaz itkisi 17280 m3 hesablanmışdır.

4. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-ci il tarixli 14-2-2/3-5-4204- 114-2-2/3-5-6559/Q001 nömrəli Aktına əsasən G-4 markalı 1402AZ**********18 nömrəli sayğacın klapanı işlək deyil, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıq olması aşkar olunmuş, xx.xx.2023-cü il tarixli təbii X3nın pozulması haqqında ******* nömrəli akta əsasən **********00160 saylı abonent X1 17280 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır.

5. Cavabdeh (abonent **********00160) məxsus saldo məlumatlarından görünür ki, ünvan 3 ünvan, Zenner G4T Smart sayğac qurğusu üzrə istehlakçıya 2015-ci il üzrə 0,00 manat; 2023-cü ilin iyun ayı üzrə 2073.60 manat məbləğində borc hesablanmışdır. İddia tələbi

6. İddiaçı İB-in Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2073,60 (iki min yetmiş üç manat 60 qəpik) manat məbləğində zərərin və 40,74 (qırx manat 74 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2114,34 (iki min bir yüz on dörd manat 34 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində AKX-05546xx/xx-2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X6 Departamenti tərəfindən **********00160 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 2073,60 (iki min yetmiş üç manat 60 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. İddiaçı tələbin hüququ əsası kimi “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci, 26-cı maddələrinə; “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsi, 12-ci maddəsinin 5-ci bənidnə, 12-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad etmişdir. İddia tələbinə etiraz

9. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

10. Etiraz belə əsaslandırılmışdır ki, ünvan 5 ünvanında mənzildə yaşayıram. Qaz sayğacına ümumiyyətlə tərəfimdən heç bir müdaxilə olunmayıb. Belə ki, 14 iyun 2023-cü il tarixdə qaz sayğacına baxış keçirilmiş və ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt bizim iştirakımız olmadan tartib edilmişdir. Halbuki bizim iştirakımız təmin olumalı idi. Lakin qaz sayğacına bundan əvvəl hansı tarixdə baxış keçirilməsi ilə bağlı heç bir qeyd aktda öz əksini tapmamışdır. 14 iyun 2023-cü il tarixdə tərtib edilmiş akta yeni quraşdırılmış sayğacın qazdan istifadə kartını mənzildə müvəqqəti yaşayan Elnur Yaqubova akta imza edəcəyi təqdirdə verəcəklərini bildirmişlər. Elnur Yaqubov da məcbur qalaraq akta imza edərək yeni kartı qəbul etmişdir. Sayğaca baxış keçirilib və bizim iştirakımız olmadan sayğac yerindən çıxardılaraq laboratoriyaya aparlmış və 16 gün sonra 30 iyun 2023-cü il tarixdə ******* nömrəli akt tərtib olunmuş və aktın sonunda güya ki, həmin vaxt mənzildə 'müvəqqəti yaşayan Elnur Yaqubova imza etdirilməklə təqdim olunmuş, bir nüsxəsini isə Bakir Həsənova təqdim olunması və onun aktdan imtina etməsi görünür. Əslində isə həmin vaxt aktın tərtib olunması zamanı nə Elnur Yaqubov nə də mənim səlahiyyətli nümayəndəm Bakir i Həsənov həmin vaxt orada olmayıblar və Elnur Yaqubovin yerinə imzanı İddiaçı hər hansı bir əməkdaşı tərəfindən icra olunmuşdur. 30 iyufi 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və mǝişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-56559/Q0001 nömrəli aktına əsasən G-4 markalı 1402AZ**********18 nömrəli sayğacın klapanı işlək deyil. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğac 2014-cü il istehsalı olduğu halda gövdə dəyişdirilərək 2010-cu ilə məxsus gövdə quraşdırıldığı qeyd edilmişdir. Qeyd etmək istəyirəm ki, bizim tərəfimizdən qeyd edilən nöqsanlar həyata keçirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 2.7-ci bəndində qeyd edilir ki, qaz paylayıcısı tərəfindən "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilməli idi. Lakin bu qərarın tələblərinə riayət olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 6.5-4-cü bəndində qeyd edilir ki, qaz paylayıcısının işçsi bu qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu qaydaların 6.5-2 və 6.5-3-cüu bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edilir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. Göründüyü kimi “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tam şəkildə qanunsuzluğa yol vermişlər. İddiaçı əməkdaşları tərəfindən sayğaca müdaxilə edilən zaman mənzildə müvəqqəti yaşayan Elnur Yaqubov hadisə barədə mənzilin sahibinə qaz sayğacının "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qeyri-qanuni şəkildə çıxarılması barədə məlumat vermişdir. Bundan sonra mənzilin sahibi İddiaçı əməkdaşı Hidayət Yusubovla telefonla danışaraq onların qaz sayğacına bizim iştirakımız olmadan müdaxilə edilməməsini bildirməsinə baxmayaraq İddiaçı əməkdaşı Hidayət Y usubov heç bir məhəl qoymadan telefonda kobud şəkildə bildirmişdir ki, "həyasıqlıq etməyin onsuzda mən qaz sayğacını çıxarmışam". Odur ki, həmin vaxt telefon danışığının "xxxx" MMCdən çıxarılması zəruridir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

11. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi X4 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdiyini, kartla işləyən sayğacdır, sayğaca müdaxilə edilməsi barədə labarotoriya rəyinin olduğunu, həmin rəy əsaslıdır, sayğacın gövdəsinin arxa hissəsi dəyişdirilib, sayğac 2014-cü il buraxılışı olsa da ona 2010-cu il buraxılışlı hissə quraşdırılıb, əməkdaşlar evə yoxlanışa getdiyi zaman evdə Elvin adlı şəxs olduğunu, 912 nömrəli akt sayğacın dəyişdirilməsi aktıdır, nöqsanlar rəydə qeyd edilib, sayğacın xaricində zərər olanda akt tərtib edilir, sayğacın daxilində zərər olanda isə rəy tərtib edildiyini bildirmişdir.

13. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, öz izahatında sayğaca müdaxilə etmədiyini bildirmiş və iddiaçının əməkdaşlarının onu tanıdığını və evin ona aid olduğunu bildiklərini, sayğacın kartlı sayğac olduğunu, xx.xx.2023-cü ildə iddiaçının əməkdaşlarının evinə yaxınlaşaraq heç bir səbəb və icazə olmadan sayğacı sökdüklərini, həmin vaxt evdə onun və ya Bakir adlı tanışının olmadığını, buna baxmayaraq akta Bakirin imzalamaqdan imtina etdikləri barədə iddiaçını əməkdaşları tərəfindən qeyd aparılmdığını, aktın surətinin ona təqdim edilmədiyini, aktın nə zaman və harada tərtib edildiyini bilmədiyini aktda sayğaca baxış keçirilməsi tarixinin qeyd edilmədiyini, sayğacın evdən kənarda yerləşdiyini bildirdi və qeyd etdi ki, evdə kombi və ya digər əşya yoxdur ki, bu qədər cərimə məbləği qeyd edilsin, sayğaca da müdaxilə edilməmişdir, o özü ümumiyyətlə evdə yaşamır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

16. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu

18. 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanun

19. 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.

20. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X3»

21. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

23. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

24. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

28. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

32. İddia əsassızdır.

33. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh (abonent **********00160) ünvan 1 ünvanında yerləşən mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qaz sayğacına qanunsuz müdaxilənin aşkar edildiyi qeyd edilmiş və bu əsasla Birliyə dəymiş 2073,60 manat maddi ziyan müəyyən edilmişdir. Cavabdehə məxsus saldo məlumatlarından göründüyü kimi ona 2023-cü il üzrə isə 2073.60 manat borc hesablanmışdır. İddiaçı istehlakçının vurmuş olduğu ziyan məbləğinin ödənilməsini tələb edir.

34. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.

35. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: 1) əməl (hərəkət və hərəkətsizlik) 2) əməlin hüquqazidd olması 3) təqsir.

36. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, kənar xəttin çəkilməklə qaz itkisinin baş verməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz İddiaçı İB-nin üzərinə düşür.

37. İddiaçı tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2023-cü il tarixli ******* saylı akta, iddiaçının özü tərəfindən tərtib edilmiş laborator akt və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir.

38. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin aktlar kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlar-sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Bundan əlavə qeyd edilən aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən cavabdeh tərəfindən imzalanmamış, həmin akt iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş, cavabdeh məhkəmə iclasında verdiyi izahatında aktın tərtib edilməsi zamanı ümumiyyətlə evdə olmadığını və həmin ünvanda yaşamamaqla Bakir adlı şəxsin evdən istifadə etdiyini, onun da akt tərtib olan zaman ümumiyyəltə mənzildə olmadığını bildirmişdir. Göstərilənlər həmin aktın formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə və iddiaçı tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməməsinə əsas verir.

39. Göründüyü kimi, iddiaçı tərəfindən isə cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa mötəbər sübutlar təqdim edilməmişdir. Bununla da, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən cavabdehə qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №li aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, qeyd edilən akt əsasında iddiaçı tərəfindən istehlakçı qismində iddiaçıya məxsus sayğac üzrə 2073.60 manat vurulmuş ziyan məbləği əsassız borc olaraq yazılmışdır. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.

40. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin iddiaçı üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir.

41. Bununla da, məhkəmə hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində qaz paylayıcısına maddi ziyan vurulması və vurulmuş ziyanla cavabdehin arasında səbəbli əlaqənin olması halını sübut edilməmiş hesab edir. Bu da öz növbəsində cavabdehə hesablanmış borc məbləğinin əsassız olmasını şərtləndirir. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, cavabdehin iddiaçı qarşısında qaz sərfiyyatına görə yaranmış 2073.60 manat məbləğində pul öhdəliyinin yaranması halı aşkar olunmadığından, iddia tələbi təmin edilməlidir.

42. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddia ərizəsinin irəli sürülməsi zamanı İddiaçı tərəfindən 40,74 manat məbləğində ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyi üçün onun özünə aid edilməlidir.

43. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı cavabdehin tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir.

44. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar