Məhkəmə qərarları › İş №e-2(002)-2587/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2587/2023

05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2587/2023 05.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndələri X1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında vəsasət verərək, tərəflər arasında olan mübahisə məhkəmədən kənar həll edildiyindən və artıq mübahisənin davam etdirilməsinə lüzum olmadığından iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndələri X2 və Nümayəndə2 iddia ərizəsinin geri qaytarılmasına etirazlarının olmadığını bildirdilər. Məhkəmə izahatları dinləyib, vəsatəti və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi, iddiaçı işin məhkəmə baxışına hazırlanması zamanı məhkəməyə vəsatət verərək tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həll edildiyindən və artıq mübahisənin davam etdirilməsinə lüzum qalmadığından ərizənin qaytarılmasını xahiş etmiş, cavabdehin nümayəndələri ərizənin qaytarılmasına etiraz etməmişlər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə vəsatət verildiyindən, mövcud iddia ərizəsi məhkəmə baxışına təyin edilə bilməz və geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 170.1, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 vəsatəti təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 100 (yüz) manat ödənilmiş dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar