Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-260/2023 11.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və dəbbə pulunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və dəbbə pulunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli YSNPU-04944 saylı əsas kredit müqaviləsi üzrə ayrılmış 15.000 manat limitdən onun xx.xx.2021-ci il tarixli müraciəti ilə illik 21 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 7500 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqavilsinin 2.1-ci bəndinə əsasən, kredit cavabdehə müqavilə məsələləri üçün açılmış cari hesaba köçürülərək həmin cari hesaba bağlı olan plastik kart vasitəsi ilə verilmişdir. xx.xx.2021-ci il tarixli YSNPU-04944 saylı əsas kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış mdəbbə pulunun faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsinə qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli YSNPU-04944 saylı əsas kredit müqaviləsinə görə cavabdeh müqaviləsinin ayrlmaz hissəsi hesab olunan ödəniış cədvəli əsasında hər ayın 27-dən gec olmayaraq hər ay 282,57 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli YSNPU-04944 saylı əsas kredit müqaviləsi üzrə kredit borcu 4534,28 manat əsas borc, 310,81 manat faiz borcu, 598,92 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 5444,01 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddia tələbində qeyd olunan məbləğdə kredit borcu olduğunu bildirmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə sonuncu qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli YSNPU-04944 saylı əsas kredit müqaviləsi üzrə ayrılmış 15.000 manat limitdən onun xx.xx.2021-ci il tarixli müraciəti ilə illik 21 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 7500 manat məbləğində Cavabdeh kredit verilmişdir. Kredit müqavilsinin 2.1-ci bəndinə əsasən, kredit cavabdehə müqavilə məsələləri üçün açılmış cari hesaba köçürülərək həmin cari hesaba bağlı olan plastik kart vasitəsi ilə verilmişdir. xx.xx.2021-ci il tarixli YSNPU-04944 saylı əsas kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunun faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. xx.xx.2022-ci il tarixli, RB-02/PK saylı maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli YSNPU-04944 saylı əsas kredit müqaviləsi üzrə kredit borcu 4534,28 manat əsas borc, 310,81 manat faiz borcu, 598,92 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 5444,01 manat təşkil edir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli YSNPU-04944 saylı əsas kredit müqaviləsi üzrə 4534,28 (dörd min beş yüz otuz dörd manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 310,81 (üç yüz on manat, səksən bir qəpik) manat faiz borcu, 598,92 (beş yüz doxsan səkkiz manat, doxsan iki qəpik) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 5444,01 (beş min dörd yüz qırx dörd manat, bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 74,45 (yetmiş dörd manat, qırx beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli YSNPU-04944 saylı əsas kredit müqaviləsi üzrə 4534,28 (dörd min beş yüz otuz dörd manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 310,81 (üç yüz on manat, səksən bir qəpik) manat faiz borcu, 598,92 (beş yüz doxsan səkkiz manat, doxsan iki qəpik) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 5444,01 (beş min dörd yüz qırx dörd manat, bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə ödənilmiş 74,45 (yetmiş dörd manat, qırx beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-260/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-260/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver