Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2626/2024 29.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0084075AZN43098 saylı fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizəsinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında razılıq ərizəsi bağlanılmış, həmin müqaviləyə əsasən bank 9000 AZN məbləğində kredit pul vəsaitini borcalan qismində Cavabdeh mülkiyyətinə verməyi, borcalan isə illik 19 faiz dərəcəsi ilə 24 ay müddətində, hər ay 453.54 manat ödəniş etməklə ümumilikdə 10884.84 manat kredit məbləğini qaytarmağı öz öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli 0084075AZN43098 saylı Maliyyələşdirmə üzrə əsas məbləğ üzrə borc: 5654.41 AZN əsas, 856.47 AZN faiz, 2079.65 AZN cərimə borcu olmaqla, cəmi 8590.53 AZN məbləğində borcu, xx.xx.2022-ci il tarixli 41010AZNFK********** saylı Maliyyələşdirmə üzrə əsas məbləğ üzrə borc: 272.87 AZN əsas, 0 AZN faiz, 52.83 AZN cərimə borcu olmaqla, cəmi 325.70 AZN məbləğində borcu mövcuddur.
3. İddiaçı ASC tərəfindən edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən, Jalalov Joshguna məxsus 540269******4335 nömrəli kart hesabında -272.87 manat overdraft olmuş borcu vardır.
4. Bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh xx.xx.2022-ci il tarixli, 0084075AZN43098 nömrəli kredit müqaviləsi üzrə onun 5654.41 məbləğində əsas borc, 647.09 məbləğində faiz borcu, 3001.45 məbləğində cərimə borcu, xx.xx.2022-ci il tarixli 41010AZNFK********** nömrəli kredit müqaviləsi üzrə onun 272.87 məbləğində əsas borc, 0 məbləğində faiz borcu, 53.92 məbləğində cərimə borcu yaranmışdır. Gecikdirilmiş borc məbləğinə müqavilə şərtlərinə uyğun olaraq faiz və cərimə hesablanır. Qeyd edilən gecikdirilmiş öhdəliklərin lazımınca icrasını həyata keçirmək ondan xahiş olunur. Qeyd edilən gecikdirilmiş öhdəliklərin lazımınca icrasını həyata keçirməyi üçün ona 7 iş günü müddətində möhlət verilir. Əks təqdirdə, gecikdirilmiş öhdəliyinin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlarına müraciət ediləcəkdir. İddia tələbi
5. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 0084075AZN43098 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,654.41 (beş min altı yüz əlli dörd manat qırx bir qəpik) manat əsas borc, 856.47 (səkkiz yüz əlli altı manat qırx yeddi qəpik) manat faiz borcu, 2079.65 (iki min yetmiş doqquz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,590.53 (səkkiz min beş yüz doxsan manat əlli üç qəpik) manat məbləğində borcun; 41010AZNFK********** saylı kart hesabı üzrə overdraft əməliyyatına əsasən 272.87 (iki yüz yetmiş iki manat səksən yeddi qəpik) manat əsas borc, 52.83 (əlli iki manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 325.70 (üç yüz iyirmi beş manat yetmiş qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə xidmətin göstərilməsi üçün 0084075AZN43098 saylı ərizəimzalanmış, borclu Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli, 1.1.5 nömrəli versiyasının www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli xidmətin göstərilməsi üçün 0084075AZN43098 saylı ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 19 faiz olmaqla 9000 (doqquz min) manat məbləğində istehlak krediti verilmişdir. Lakin Borcalan qeyd edilən 0084075AZN43098 saylımaliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 260 gün, eyni zamanda kart hesabına əsasən yaranmış overdraft əməliyyat üzrə 289 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 0084075AZN43098 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,654.41 (beş min altı yüz əlli dörd manat qırx bir qəpik) manat əsas borc, 856.47 (səkkiz yüz əlli altı manat qırx yeddi qəpik) manat faiz borcu, 2079.65 (iki min yetmiş doqquz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,590.53 (səkkiz min beş yüz doxsan manat əlli üç qəpik) manat təşkil edir. Gecikmə günü: 260 -41010AZNFK********** saylı kart hesabı üzrə overdraft əməliyyatına əsasən 272.87 (iki yüz yetmiş iki manat səksən yeddi qəpik) manat əsas borc, 52.83 (əlli iki manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 325.70 (üç yüz iyirmi beş manat yetmiş qəpik) manat borc təşkil edir. Gecikmə günü: 289 X4 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 110 (bir yüz on) manat dövlət rüsumu ödəmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir.
8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
10. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini və işsiz olduğu üçün borcunu ödəyə bilmədiyini bildirmişdir.
11. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
12. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
13. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
14. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
15. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
16. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
17. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
18. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
20. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
22. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
23. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
24. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
25. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
28. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Əsaslandırma
33. İddia əsaslıdır.
34. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 0084075AZN43098 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit müqaviləsi və xx.xx.2022ci il tarixli 41010AZNFK********** saylı overdraf əməliyyatı baş vermişdir. xx.xx.2022-ci il tarixli 0084075AZN43098 saylı müqaviləyə əsasən kreditin məbləği 9000 manat məbləğində müəyyən edilmiş, cavabdeh kredit məbləğini 24 ay müddətində 19 faiz dərəcəsi ilə ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
35. Bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda tərəflər arasında bağlanmış müqavilə üzrə bütün borcun yəni xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5654.41 manat əsas borc, 625.91 manat gecikdirilmiş faiz borcu məbləğinin ödənilməsi tələb edilmişdir.
36. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
37. Odur ki, məhkəmə qeyd edilən halları, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğ əsas borc üzrə xx.xx.2022-ci il tarixli 0084075AZN43098 saylı kredit müqaviləsi üzrə 5654.41 manat əsas borc, 625.91 manat faiz borcu iddia tələbi təmin edilməlidir.
38. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.
39. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
40. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
41. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən xx.xx.2022-ci il tarixli, 0084075AZN43098 saylı maliyyələşdirmə üçün ərizə üzrə işçi kredit müqaviləsi üzrə cərimə borcunun məbləğini (2079.65 manat), Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, hesab edir ki, xx.xx.2022-ci il tarixli 0084075AZN43098 saylı maliyyələşdirmə üçün ərizə üzrə işçi kredit müqaviləsi üzrə 500 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir.
42. Tələbin “overdraftla bağlı” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ödənilmiş artıq məbləğin, yəni banka aid vəsaitin cavabdeh tərəfindən əsassız mənimsənildiyini qeyd edərək həmin məbləğin geri qaytarılmasını tələb edir.
43. İş materiallarına əlavə edilmiş xx.xx.2022-xx.xx.2023-cü il dövrünü əhatə edən hesabdan çıxarışdan görünür ki, kart hesabına 29950.54 manat mədaxil edilmiş, 31179.24 manat köçürülmüş, əlavə olaraq iddiaçının kart hesabında 955.83 manat pul qaldığını, əlavə olaraq 272.87 manat overdraft borc yaranmışdır. 44 Göründüyü kimi, iddiaçı cavabdehin 272.87 manat qalıq borcunun yaranmasına dair sübutları təqdim etmiş, cavabdeh isə etiraz və etirazın əsaslarına dair sübut təqdim etməmişdir.. Nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur, odur ki, cavabdeh tərəfindən həmin məbləğin qaytarılması barədə iddiaçının tələbi əsaslıdır.
45. Tələbin overdraft borcuna görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə Həmin Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən xx.xx.2022-ci il tarixli 41010AZNFK********** saylı overdraft üzrə cərimə borcunun məbləğini (52.83 manat) yüksək müəyyən edilmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli 41010AZNFK********** saylı overdraft üzrə 10 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur.
46. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 110 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 90.64 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
47. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 0084075AZN43098 saylı maliyyələşdirmə üçün ərizə əsasında kredit müqaviləsi üzrə yaranmış 5654.41 manat məbləğində əsas, 625.91 manat məbləğində faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 6780.32 manat; xx.xx.2022-ci il tarixli 41010AZNFK********** saylı overdraft üzrə yaranmış 272.87 manat məbləğində əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 282.87 manat ümumilikdə 7063.19 manat məbləğində pul vəsaiti və ödənilmiş 90.64 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
48. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 0084075AZN43098 saylı maliyyələşdirmə üçün ərizə əsasında kredit müqaviləsi üzrə yaranmış 5654.41 manat məbləğində əsas, 625.91 manat məbləğində faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 6780.32 manat; xx.xx.2022-ci il tarixli 41010AZNFK********** saylı kart hesabı üzrə overdraft üzrə yaranmış 272.87 manat məbləğində əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 282.87 manat, ümumilikdə 7063.19 manat məbləğində pul vəsaiti və ödənilmiş 90.64 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova