Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2697/2025 31.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh Nəriman oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nəriman oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şifahi razılaşmaya əsasən qapıların təhvil verilməsini, bu mümkün olmadıqda razılaşmadan əlavə ödədiyi 500 manat məbləğ də daxil olmaqla 2000 manat məbləğində borc pulun və 40 manat dövlət rüsumunun Cavabdeh Nəriman oğlundan alınıb ona verilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 25 dekabr 2023-cü tarixdə Cavabdeh Nəriman oğlu ilə şifahi razılaşma əldə edilmiş və razılaşmaya əsasən, cavabdeh ona 13 ədəd qapı hazırlayıb verməli, o da əvəzində hər biri 250 manat olmaqla ümumilikdə 3250 manat ödəniş etməli idi. Qapıların hazırlanması üçün ödəməli olduğu məbləğin yarısını (1500 AZN) beh olaraq verməli olduğunu qalan məbləği isə qapılar hazır olduqdan sonra yəni bir ay sonra ödəməli olacağını ona bildirmişdir. Həmin beh məbləğini o, cavabdehin bank kartına köçürtdükdən sonra, bir aydan sonra qapıların hazırlanacağı və təhvil veriləcəyi bildirildi. Bundan sonra qapıların hazırlanması üçün lazım olan qalan məbləğində ödəməli olduğunu bildirdi və o da tam məbləği cavabdehin bank kartına köçürmüşdür. Sonradan qapıların boyanılması üçün pulunun olmadığını bildirərək ondann əlavə 300 manat və qapı klidlərinin alınması üçün 200 manat tələb etmiş və tərəfindən həmin məbləğlər də cavabdehə ödənilmişdir. Qeyd olunan məbləğlərin tələb olunmasinda cavabdehin işçisi Nicat (Tel: (055) 283-98-93)) və Elmirdə (Tel: ***-***-**-**) iştirak ediblər. Cavabdeh 2024-cü ilin iyul ayında onunla birgə sexdə işləyən köməkçisi X1 və Nəriman adlı işçisi ilə birgə qapıları gətirərək qapıların bir hissəsini quraşdırsada, 2 qapını faktiki olaraq yarımçıq quraşdırmışdır. Qapıların boyanılması və hazırlanmasının pis halda olduğunu cavabdehə bildirdikdə cavabdeh qapıların sonradan iki - iki çıxarılaraq yenidən boyanacağını və bütün çatışmamazlıqların aradan qaldırılacağını ona bildrimişdir. Bir müddət keçdikdən sonra qapıların düzəldilməsini cavabdehə bildirdikdə vaxtı yoxdur, vaxtı olduqda düzəldəcək kimi yalan vədlər verərək dolandırıcıqla məşğul olmağa başlamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, cavabdehi internetdə görüb əlaqə saxlamışdır, qapı ustası kimi elanı yerləşdirilmişdir. O, cavabehə hissə-hissə 3900 manat pul göndərmişdir. Cavabdehə şahidlərin yanında pul köçürmələrini etmişdir. Hadisə ilə bağlı polisə də müraciət edib. Özününü də cavabdehinə də kartları Kapital Banka mıəxsusdur. Cavabdeh Nəriman oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Kapital Bank ASC-nin məhkəmənin sorğusuna əsasən ünvanladığı çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh Nəriman oğluna xx.xx.2023-xx.xx.2023-ci il aralığında 2100 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki hallarından və işin materillarından göründüyü kimi, iddiaçı cavabdehə müəyyən xidmət müqabilində pul vermiş, cavabdeh isə razılaşdırılmış müddət ərzində həmin xidməti(tapşırığı) yerinə yetirəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi tam və vaxtında icra etməmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 2000 manat borc pulunu tələb edir, cavabdeh isə məhkəmə iclasları barəsində məlumatlı olsa da məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Tələb olunan məbləğ tərəflərə məxsus kart hesabları üzrə məhkəmə sorğusu əsasında bank tərəfindən təqdim edilmiş çıxarışlardan göründü ki, iddiaçı tərəfindən cavabdehin hesabına tələb olunan məbləğdə pul köçürülmüşdür. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, iddiaçının izahatlarını və Kapital Bank ASC tərəfindən təqdim edilmiş tərəflərin kart hesabları üzrə çıxarışı nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. cavabdehdən iddiaçının xeyrinə 2000 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 40 manat dövlət rüsumu ödəmiş və hal-hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, 40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Nəriman oğlundan 2000 manat və 40 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Nəriman oğlu İddiaçı qapıların təhvil versin, bu mümkün olmadıqda 2000(iki min) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 40(qırx) manat dövlət rüsumu Cavabdeh Nəriman oğlundan tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-2697/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2697/2025
31.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver