Məhkəmə qərarları › İş №e-2(002)-2701/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2701/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2701/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı ASC-in Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-in Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8 Sentyabr 2020-cu il tarixli, XDNPU-3923 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5570,14 (beş min beş yüz yetmiş manat 14 qəpik) manat, faiz borcuna görə 371,98 (üç yüz yetmiş bir manat 98 qəpik) manat, dəbbə borcuna görə 651,72 (altı yüz əlli bir manat 72 qəpik) manat, cəmi 6593,84 (altı min beş yüz doxsan üç manat 84 qəpik) manat məbləğində pulun və 85,94 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı ASC məhkəməyə yazılı ərizə təqdim edərək iddianı geri götürdüyünü bildirmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə baxış iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən baxılmamış saxlama haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı ASC-in Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-in Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə xx.xx.2023-cü il tarixdə ödənilmiş 85.94 (səksən beş manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu (təyinatı: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı ASC, mədaxil qəbzinin nömrəsi:**********, Ödəniş Tarixi:xx.xx.2023, Büdcə təsnifat kodu:142211, Büdcə təsnifatı səviyyə kodu:1, Xəzinə hesabı: AZ17CTRE********************:) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı ASC-ə geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar