Məhkəmə qərarları › İş №e-2(002)-2701/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2701/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2701/2024 19.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 102804-510261/2 nömrəli kredit müqaviləsi üzrə 5287.59 manat məbləğində əsas bоrc və 718.01 manat faiz borcu оlmaqla, cəmi 6005.6 manat, xx.xx.2023-cü il tarixli, 102797-PC********** nömrəli müqavilə üzrə 403.15 manat məbləğində əsas bоrc və 45.05 manat faiz borcu оlmaqla, cəmi 448.2 manat, cəmi hər iki müqavilə üzrə 6435.8 manat pul vəsaiti və 84.94 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeharasında bağlanmış 31 oktyabr 2022 il tariхli, 102804-510261/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18.5% dərəcəsi ilə 8500 manat, 31 oktyabr 2022 il tariхli, 102797-PC********** nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 31 iyul 2024-cü il tarixinə cavabdehin 102804-510261/2 nömrəli kredit müqaviləsi üzrə 5287.59 manat məbləğində əsas bоrc və 718.01 manat faiz borcu оlmaqla, cəmi 6005.6 manat, 102797-PC********** nömrəli kredit müqaviləsi üzrə 403.15 manat məbləğində əsas bоrc və 45.05 manat faiz borcu оlmaqla, cəmi 448.2 manat, hər iki müqavilə üzrə cəmi 6435.8 manat məbləğində kredit bоrcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edib onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iddia ərizəsi və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 31 oktyabr 2022 il tariхli, 102804-510261/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18.5% dərəcəsi ilə 8500 manat, 20 noyabr 2022 il tariхli, 102797- PC********** nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində krеdit vеrilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 31 oktyabr 2023-cü il tarixli, 102804-510261/2 nömrəli kredit müqaviləsinə əsasən 31 iyul 2024-cü il tarixə borcalanın banka 5287.59 manat əsas borc və 718.01 manat faiz borcu olmaqla, cəmi 6005 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 126 gün təşkil edir. İş materiallarında olanxx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 20 noyabr 2023-cü il tarixli, 102797-PC********** nömrəli kredit müqaviləsinə əsasən 31 iyul 2024-cü il tarixə borcalanın banka 403.15 manat əsas borc və 45.05 manat faiz borcu olmaqla, cəmi 448.2 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 121 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilələr üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında həmin müqavilələr üzrə öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, hər iki müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh hər iki müqavilə üzrə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 84.94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə iddiası təmin edilməli, xx.xx.2022-ci il tarixli, 102804-510261/2 nömrəli kredit müqaviləsi üzrə 5287.59 manat məbləğində əsas bоrc və 718.01 manat faiz borcu оlmaqla, cəmi 6005.6 manat, xx.xx.2023-cü il tarixli, 102797-PC********** nömrəli kredit müqaviləsi üzrə 403.15 manat məbləğində əsas bоrc və 45.05 manat faiz borcu оlmaqla, cəmi 448.2 manat, hər iki müqavilə üzrə cəmi 6435.8 manat pul vəsaiti və 84.94 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə iddiası təmin edilsin. xx.xx.2022-ci il tarixli, 102804-510261/2 nömrəli kredit müqaviləsi üzrə 5287.59 manat məbləğində əsas bоrc və 718.01 manat faiz borcu оlmaqla, cəmi 6005.6 manat, xx.xx.2023-cü il tarixli, 102797-PC********** nömrəli kredit müqaviləsi üzrə 403.15 manat məbləğində əsas bоrc və 45.05 manat faiz borcu оlmaqla, cəmi 448.2 manat, hər iki müqavilə üzrə cəmi 6435.8 manat pul vəsaiti və 84.94 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar