Məhkəmə qərarları › İş №e-2(002)-2706/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2706/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2706/2022 19.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMəcnun oğlundan 4Mart 2022-ci il tarixli, NZNPU-06732 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7050,33 (yeddimin əllimanat 33 qəpik) manat, faiz borcuna görə 363,08 (üç yüzaltmış üç manat 08 qəpik) manat, dəbbə borcuna görə 209,46 (iki yüz doqquzmanat 46 qəpik) manat, cəmi 7622,87 (yeddimin altı yüz iyirmi iki manat 87 qəpik) manat məbləğində pulun və 96,23 (doxsan altı manat 23 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinətutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək,Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli,NZNPU-06732 saylı kredit müqaviləsi üzrə 4955.82 manat məbləğində əsas kredit borcu,kreditdən istifadəyə görə 503 manat məbləğində faiz borcu,cərimə borcuna görə 510.62 manat olmaqla,cəmi 5969.44 manat və həmçinin ödənilmiş dövlət rüsumu 96.23 manat məbləğində pulun İddiaçı ASCiiin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin Nizamifilialı ilə cavabdeh – CavabdehMəcnun oğlu arasında bağlanmış 4 Mart 2022-ci il tarixli, NZNPU-06732 saylı kredit müqaviləsinə əsasən illik 16 %(on altı) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 7580 (yeddi min beş yüz səksən) manat məbləğindəcavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 4 Mart 2022-ci il tarixli,NZNPU-06732 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan CavabdehMəcnun oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri vəəsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 4 Mart2022-ci il tarixli, NZNPU-06732 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödənişcədvəliəsasında, hərayın 4-dan gec olmayaraq hər ay 266,5 (iki yüzaltmışaltımanat 50 qəpik) manat ödənişetməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydadaicra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasənCavabdeh 4 Mart 2022-ci il tarixli, NZNPU-06732saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 7050,33 (yeddi min əlli manat 33 qəpik) manat, faiz borcuna görə 363,08 (üç yüzaltmış üç manat 08 qəpik) manat, dəbbə borcuna görə 209,46 (iki yüz doqquzmanat 46 qəpik) manat,cəmi 7622,87 (yeddimin altı yüziyirmiikimanat 87 qəpik) manat təşkiledir. Qeyd olunanları nəzərə alaraq Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq,işə onların iştirakı olmadan baxılmasını,iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbini qismən qəbul edərək, izaha verərək, öz izahatında iddia tələbinin əsas borc hissəsində qəbul etdiyini, faiz və cərimə borcu hissəsində qəbul etmədiyini,bu halların nəzərə alınaraq, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2022-ci il tarixli, NZNPU-06732 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 36 ay müddətində, illik 16 % olmaqla, 7580 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. , xx.xx.2022-ci il tarixli, RB-02/PK-5681 nömrəli arayışdan görünür ki, Cavabdeh 04 Mart 2022-ci il tarixli, NZNPU-06732 nömrəli müqavilə üzrə 31 avqust 2022-ci il tarixinə olan əsas borc 7050.33 manat, faiz borcu 363.08 manat, cərimə borcu 209.46 manat, tələblərin cəmi 7622.87 manat kredit borcunun olduğu müəyyən edilmişdir. Bildiriş vərəqələrinin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini İddiaçı ASC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2022-ci il tarixli, NZNPU-06732 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 35 ay müddətində hər ay 266.48 manat məbləğində, 36-ci ay 267.40 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 7580 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini 36 ay müddətində, kredit müqaviləsi üzrə müəyyən olunmuş ödəniş cədvəli əsasən həmin müddətdə hər ay aylıq ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, məhkəmə iclasında cavabdeh iddia tələbinin əsas borcun tutulması hissəsində qəbul edilməsinə dair yazılı ərizə təqdim etmişdir.Cavabdeh iddia tələbinin qalan hissədə qəbul etmədiyini bildirsə də, etirazın əsaslarına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə araşdırması zamanı cavabdehin iddia tələbinə dair etirazının əsasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə qalıq borcu əsas borc üzrə 4955,82 manat, faiz borcu üzrə 503 manat təşkil edir. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 510.62 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 495 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materialalrından görünür ki, iddiaçı tərəfindən 96.23 manat məbləğində dövlət rüsumu ödənilmiş və buna dair qəbz iş materialalrına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 96.23 manat məbləğində dövlət rüsumunun 79,53 manat məbləğində olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid eidlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həminl Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həminl Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, NZNPU-06732 nömrəli kredit müqaviləsi üzə yaranmış 4955.82 manat məbləğində əsas borc, 503 manat məbləğində faiz borcu,495 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5953,82 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 79,53 manat məbləğində olan hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, NZNPU-06732 nömrəli kredit müqaviləsi üzə yaranmış 4955.82 manat məbləğində əsas borc, 503 manat məbləğində faiz borcu, 495 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5953,82 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 79,53 manat məbləğində olan hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar