Məhkəmə qərarları › İş №e-2(002)-2709/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2709/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2709/2024 26.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçı X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı X2 cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialından və X6 müştərək qaydada 10136 manat maddi ziyanın, "xxxx" MMCnə ödənilmiş 160,01 manat xidmət haqqının, "xxxx" QSC ilə bağladığı avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında ödədiyi 1680 manatın və 3000 manat mənəvi zərərin, eləcə də hazırki iddia tələbinin qaldırılması üçün ödənilmiş 131 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixində iddiaçı özünə məxsus “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadığı binanın həyətində saxlamışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixində iddiaçı saat 19:30 radələrində binanın 7-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin (yəni cam balkonun) şüşəsinin naməlum səbəbdən qopub “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə düşdüyünü aşkar etmişdir. İddiaçı hadisəni bildikdən sonra dərhal DİN 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra iddiaçının şikayəti üzrə Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma başladılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin sahibi Cavabdeh2dır. Cavabdeh2 həyat yoldaşı X12 öz izahatında bildirmişdir ki, mülkiyyətçi özünə məxsus olan 21 saylı 3 otaqlı mənzilini müqavilə əsasında "xxxx" MMC-yə icarəyə vermişdir və hadisə barədə məsuliyyəti həmin şirkət daşıyır. Hadisə nəticəsində avtomobilə ciddi maddi ziyan dəymişdir. Həmin vaxt iddiaçı dəymiş zərərin ödənilməsi üçün Cavabdeh2 və "xxxx" MMC-nin rəhbərliyinə müraciət etsə də, iddiaçının müraciətinə əhəmiyyət verilməmişdir. Sonra iddiaçı avtomobilinə dəymiş maddi ziyanın hesablanması üçün "xxxx" MMCnə müraciət etmişdr. "xxxx" MMC qiymətləndirmə aktı tərtib etmişdir və həmin qiymətləndirmə aktına əsasən iddiaçının avtomobilinə dəymiş ziyan 10136 manat olaraq qiymətləndirilmişdir, xidmət haqqı üçün 160,01 manat ödənilmişdir. Xətai RPİ-nin 37-ci PŞ-də iddiaçının şikayəti üzrə 28 sentyabr 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra iddiaçı Bakı şəhəri Xətai rayon Prokurorluğuna müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Prokurorluğu da aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyini iddiaçıya tövsiyə etmişdir. Bundan sonra, iddiaçının həyat yoldaşı X7 tərəfindən iddia qaldırılmış, tərəflər arasında məhkəmə mübahisəsi zamanı məlum olmuşdur ki, icarəyə verən "xxxx" MMC ilə icarəyə götürən Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən mənzili icarəyə verməyi, icarəyə götürən isə mənzil ilə əlaqədar bütün öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür, həmin müqavilənin 2.3 və 6.4-cü bəndlərinə görə müqavilənin ilkin müddəti 12 aydır, müqavilə 2022-ci il avqust ayının 20-dən etibarən qüvvəyə minir. Hazırda qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, hadisə törədildiyi zaman mənzil müqavilə əsasında Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının öhdəliyində olmuşdur, zərərə görə məsuliyyəti də həmin şirkət daşımalıdır. Eyni zamanda, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirab və sarsıntı keçirmiş, bu səbəbdən cavabdehlərdən mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, iddiaçı avtomobilindən uzun müddətdir istifadə edə bilmir, bu isə onda əsəb və stres yaşatmış, iddiaçı uzun müddət psixoloji gərginlik altında qalmışdır. Bunlar da iddiaçının şüurunda mənfi psixi reaksiyalara səbəb olmuşdur. "xxxx" QSC ilə bağladığı müqavilə üzrə taksi xidmətlərinə görə ödənişlər nəğd qaydada olmuşdur, ona görə də həmin ödənişlərin məbləği barədə sübut təqdim edə bilməmişdir. Mübahisənin sülh yolu ilə həlli mümkün olmamış, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş (məhkəmə iclaslarında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materialalrında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-523/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC-dən vurulmuş maddi zərərə görə 9589 manat, mənəvi zərərə görə 300 manat, çəkilmiş xərclərin əvəzi 160,01 manat olmaqla, cəmi 10049,01 manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi 98 manatın tutularaq iddiaçı X9 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2128/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-523/2023 saylı, 11 dekbar 2023-cü il tarixli qətnaməsinin qismən-apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi, iş üzrə bu hissədə yeni qətnamənin qəbul edilməsi, iddiaçı X7 “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının cavabdeh "xxxx" MMC-yə münasibətdə tamamilə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 9 saylı evdə yerləşən 21 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. Həmin mənzilə dair mülkiyyətçi ilə digər cavabdeh "xxxx" MMC arasında 20 avqust 2022-ci il tarixində 1 il müddətinə kirayə müqaviləsi bağlanmış, daha sonra isə "xxxx" MMC 22 avqust 2022-ci il tarixində həmin mənzilə dair üçüncü şəxs - Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə 1 il müddətinə icarə müqaviləsi bağlamışdır. Baş vermiş hadisə zamanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 9 saylı evdə yerləşən 21 saylı mənzilin faktiki sahibi Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi, Böyük Britaniya vətəndaşı Rori Qardner olmuşdur. Cavabdeh2 da özünə məxsus mənzilə Rori Qardnerin müvəqqəti qeydiyyata alınmasına razılığını notariat qaydasında təsdiq olunmuş ərizə ilə vermişdir. İşin müəyyən edilən faktiki hallarına, iddia tələblərinə uyğun gələn qanuni əsasın dispozisiya şərtlərindən (Mülki Məcəllənin 1096, 1111.2-ci maddələri) görünür ki, müvafiq otaqdan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulan zərərə görə məsuliyyət, müvafiq otağı tutan şəxs, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyini sübuta yetirə bilmədiyi halda, daşıyır. Otağı tutan şəxs isə məhz bu otağı (mənzili) öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edən şəxsdir. Belə ki, sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehlərdən Cavabdeh2 Bakı şəhəri, Y. Səfərov küçəsi, 9 saylı evin 7-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin mülkiyyətçisi olaraq qalsa, onunla "xxxx" MMC arasında 20 avqust 2022-ci il tarixində 1 il müddətinə kirayə müqaviləsi bağlansa da, adları çəkilən bu iki cavabdeh hadisə baş verdiyi zaman mənzilə sahiblik etməmişlər, bu hal da baş vermiş hadisəyə görə onların müvafiq vəzifələrinin yaranmasını istisna edir. Belə ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əmlakın faktiki sahibi müvafiq otaqdan nəyinsə düşməsi nəticəsində vurulan zərərə görə üçüncü şəxslər qarşısında sahibliyə dayanan məsuliyyət daşıyır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10136 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli hesab-fakturanın surətindən görünür ki, “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün yekun məbləğ kimi 160,01 manat Əlizadə Yelizaveta tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli, 10/5671-9/5801 nömrəli ekspert rəyinin surətindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtoobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9589 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X7 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan "xxxx" QSC (icraçı) ilə X13 (sifarişçi) arasında bağlanmış avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, sifarişçinin sifarişi əsasında icraçı sifarişçiyə və onun ailə üzvlərinə avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya müqavilə ilə və müqavilənin ayrtılmaz tərkib hissəsi hesab olunan əlavə 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya X1 ilə bağlı çıxarışdan görünür ki, X2 həyat yoldaşı X10r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu barədə 1141 nömrəli reyestr kitabının 103418 nömrəli vərəqində xx.xx.2011-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan icarəyə verən X12 ilə icarəçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, hazırki müqavilə ilə icarəyə verən ünvan 2 ünvanında yerləşən və bu müqavilənin ayrılmaz hissəsi olan texniki pasportda göstərilən daşınmaz əmlakı icarəçinin istifadəsinə verməyi öz üzərinə götürmüş, icarəçi isə həmin əmlakı qəbul edib, yaşayış mənzili kimi istifadə etməyi və kirayə haqqı verməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə görə, müqavilə xx.xx.2022-ci il tarixdən qüvvəyə minir və qüvvədə olma müddəti bir ildir. İş materiallarında olan "xxxx" MMC (icarəyə verən) ilə Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (icarəyə götürən) arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mənzil sahəsini icarəyə götürənə icarəyə verir, icarəyə götürən isə mənzil ilə əlaqədar öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü, 6.4-cü bəndlərinə görə, müqavilə xx.xx.2022-ci il tarixdən qüvvəyə minir və qüvvədə olma müddəti bir ildir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, əgər zərər icarəyə götürən və ya onun əvəz edicisi, fəhləsi, müştərisi, qonağı tərəfindən dəyərsə bu zaman icarəyə götürən təmiri öz hesabına edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin hakimi tərəfindən Vəkil ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, iddiaçı X7 cavabehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı (X5 və Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin iştirakı ilə baxılmış mülki iş üzrə qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2128/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hallara, iş materiallarında olan müqavilələrə əsasən, iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyana görə məsuliyyəti hadisə zamanı mənzilin icarəyə götürəni olmuş Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı daşıyır. Ona görə də iddia tələbi həmin cavabdehə münasibətdə maddi ziyan tələbləri ilə bağlı hissədə qismən, yəni ekspert rəyində və qiymətləndirmə üçün xidmət haqqı arayışında qeyd olunan həddə təmin olunmalıdır. Lakin "xxxx" QSC ilə bağlanmış müqavilə üzrə ödənişlər barədə hər hansı sübut təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Ona görə də iddia qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də qismən əsaslı hesab olunmalı, avtomobilinə dəymiş ziyan nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, yaşadığı stress və gərginliyin başadüşülən olması nəzərə alınaraq, ziyana görə məsuliyyət daşıyan Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialından mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pulun tutulması ağlabatan və ədalətli hesab olunmalıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 10-ci bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialından maddi zərərin əvəzi kimi 9589 manat, mənəvi zərərin əvəzi kimi 500 manat, iddiaçı tərəfindən "xxxx" MMC-nə ödənilmiş 160,01 manat olmaqla, cəmi 10249,01 manat (on min iki yüz qırx doqquz manat bir qəpik) məbləğində pul və 89,65 manat dövlət rüsumu tutularaq iddiaçı Əlı̇ zadə Yelı̇ zaveta Eduard qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar