Məhkəmə qərarları › İş №e-2(002)-2728/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2728/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2728/2022 19.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsrafilovAsimHaxverdioğlundan 13 Avqust 2021-ci il tarixli, NSNPU-06841 saylı kredit müqaviləsi üzrəəsas borcuna görə 5595,9 (beş min beş yüz doxsan beş manat 90 qəpik) manat, faiz borcuna görə 253,73 (iki yüz əlli üç manat 73 qəpik) manat, dəbbə borcuna görə 494,8 (dörd yüz doxsan dörd manat 80 qəpik) manat, cəmi 6344,43 (altı min üç yüz qırx dörd manat 43 qəpik) manat məbləğində pulun və 83,45 (səksən üç manat qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-ninxeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək,Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli,NSNPU-06841 saylı kredit müqaviləsi üzrə 4023.34 manat məbləğində əsas kredit borcu,kreditdən istifadəyə görə 565.02 manat məbləğində faiz borcu,cərimə borcuna görə 1440 manat olmaqla,cəmi 6028.36 manat və həmçinin ödənilmiş dövlət rüsumu 83.45 manat məbləğində pulun İddiaçı ASCiiin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nəsimifilialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 13 Avqust 2021-ci il tarixli, NSNPU-06841 saylı kredit müqaviləsinə əsasən illik15 % (on beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 7200 (yeddi min iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 13 Avqust 2021-ci il tarixli, NSNPU- 06841 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan İsrafilovAsim Haxverdi oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya),faizləri və əsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında vəlazımı qaydadaicraetməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13Avqust 2021-ci il tarixli, NSNPU-06841 saylı kredit müqaviləsinə görə,cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dan gec olmayaraq hər ay 349,11 (üç yüz qırx doqquz manat 11 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydadaicraetməmişdir. Təqdim olunan maliyyə arayışına əsasənCavabdeh 13 Avqust 2021-ci il tarixli, NSNPU-06841 saylı kredit müqaviləsi üzrə borcununməbləğiəsas borcuna görə5595,9 (beş min beş yüz doxsan beş manat 90 qəpik) manat, faiz borcuna görə 253,73 (iki yüzəlli üç manat 73 qəpik) manat, dəbbə borcuna görə 494,8 (dörd yüz doxsan dörd manat 80 qəpik) manat, borcun cəmi məbləği 6344,43 (altı min üç yüz qırx dörd manat 43 qəpik) manat təşkiledir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq,işə onların iştirakı olmadan baxılmasını,iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbini qismən qəbul edərək, izahat verərək, öz izahatında iddiaçı bank qarşısında borcunun olduğunu,qalıq borcunun 4023 manat olduğunu, faiz borcu və cərimə borcunu qəbul etmədiyini, bununla bağlı ekspertiza keçirilməsi ilə bağlı vəsatətinin olmadığını, bu halalrın nəzərə alınaraq qeyd edilən hissədə iddia tələbinin təmin edilməsini, qalan hissədə isə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sənədlər: xx.xx.2021-ci il tarixli, NSNPU-06841 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 24 ay müddətində, illik 15 % olmaqla, 7200 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, RB-02/PK-5681 nömrəli arayışdan görünür ki, Cavabdeh 13 avqust 2021-ci il tarixli, NSNPU-06841 nömrəli müqavilə üzrə 19 oktyabr 2022-ci il tarixinə olan əsas borc 4023.34 manat, faiz borcu 565.02 manat, cərimə borcu 1440 manat, tələblərin cəmi 6028.36 manat kredit borcunun olduğu müəyyən edilmişdir. Bildiriş vərəqələrinin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini İddiaçı ASC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2021-ci il tarixli, NSNPU-06841 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 23 ay müddətində hər ay 349.10 manat məbləğində, 24-ci ay 349.70 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 7200 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini 24 ay müddətində, kredit müqaviləsi üzrə müəyyən olunmuş ödəniş cədvəli əsasən həmin müddətdə hər ay aylıq ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur.Həmçinin, məhkəmə iclasında cavabdeh iddia tələbinin əsas borcun tutulması hissəsində qəbul edilməsinə dair yazılı ərizə təqdim etmişdir.Cavabdeh iddia tələbinin qalan hissədə qəbul etmədiyini bildirsə də, etirazın əsaslarına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə araşdırması zamanı cavabdehin iddia tələbinə dair etirazının əsasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə qalıq borcu əsas borc üzrə 4023,34 manat, faiz borcu üzrə 565,02 manat təşkil edir. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 1440 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 402 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materialalrından görünür ki, iddiaçı tərəfindən 83.45 manat məbləğində dövlət rüsumu ödənilmiş və buna dair qəbz iş materialalrına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 83.45 manat məbləğində dövlət rüsumunun 69.91 manat məbləğində olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid eidlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həminl Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həminl Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, NSNPU-06841 nömrəli kredit müqaviləsi üzə yaranmış 4023.34 manat məbləğində əsas borc, 565.02 manat məbləğində faiz borcu, 402 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4990.36 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 69.91 manat məbləğində olan hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, NSNPU-06841 nömrəli kredit müqaviləsi üzə yaranmış 4023.34 manat məbləğində əsas borc, 565.02 manat məbləğində faiz borcu, 402 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4990.36 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 69.91 manat məbləğində olan hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar